Tiqran Karibyan: “Mən ədalətsiz ordunun əsgəriyəm”
(ƏSİR DÜŞMÜŞ KARİBYAN TİQRAN SEPİKOVİÇLƏ MÜSAHİBƏ)
- İndi atəşkəs
dövrüdür. De görüm, necə oldu ki, əsir düşdün?
- Mən gənc əsgərəm. Xidmət etdiyim bölükdə yaşlı
döyüşçülər təzə gələnlərə çox əzab verirlər. Kimi döyür, kimi gecə-gündüz
paltar yuduzdurur, kimi də istirahətsiz olaraq odun doğradır. Mən bu hərəkətlərə
dözmədim. Ona görə məni möhkəm döydülər. Qaçmağa məcbur oldum. Amma qatı dumana
düşüb yolumu azdım və əsir düşdüm.
- Bizim əsgərlər də
səni döydülərmi?
- Yox, əksinə, yemək-içmək verdilər.
- Tərcümeyi-halını
söylə, görək, Ermənistanın özündənsən, yoxsa xaricdə yaşayan ermənisən?
- Ermənistandanam. 1977-ci il fevral ayının 4-də
Sevan şəhərində doğulmuşam. Orta məktəbi qurtardıqdan sonra heç bir yerdə işləməmişəm.
Çünki iş yeri tapa bilməmişəm. Ailəmiz 5 nəfərdən ibarətdir. Atam, anam, bir
qardaşım və bir bacım var. Qardaşım Ambarsum 14 yaş, bacım Lüsine 5 yaş içərisindədir.
- Ata və anan nəcidirlər?
- Adi fəhlədirlər. Müharibə başlayandan bəri onlar
da işsiz qalıblar. Ailəmiz çətinliklə dolanır.
- Haçandan bizə
qarşı döyüşürsən?
- Mən hələ döyüş görməmişəm. 8 aydır ki, orduya
çağırılmışam. Bunun 3 ayını təlimdə olmuşam.
- Dinc dövrdə bir nəfər
azərbaycanlı ilə ünsiyyətdə olmusanmı?
- Xeyr.
- Bəs azərbaycanlı
haqqında nə eşitmisən? Azərbaycan xalqına qarşı şəxsi fikrin nədir?
- Azərbaycanlılar haqqında həm yaxşı, həm də pis
sözlər eşitmişəm. Lakin əsir düşdüyüm andan hiss edirəm ki, sizin xalq humanist
xalqdır. Allah bizi bir-birimizə düşmən edənin evini yıxsın!
- Əgər özünü ədalətli
adam hesab edirsənsə, de görək, Dağlıq Qarabağ hansı dövlətin torpağıdır?
- Mən sıravi bir adamam. Orta məktəbi də pis
oxumuşam. Tarixi yaxşı öyrənməmişəm. Bircə onu dəqiq bilirəm ki, Dağlıq
Qarabağı bizim ordu müharibə ilə işğal edib.
- Demək, sən ədalətsiz
ordunun əsgərisən, belə deyilmi?!
- Bəli, mən ədalətsiz ordunun əsgəriyəm.
Yazıq, fağır görkəm almış erməni hərbi əsirini
ittihamedici nəzərlərlə başdan-ayağa süzürəm. Allah bilir, bu yazıq sifətin
arxasında hansı xain, namərd niyyətlər gizlənir. Varlığına şeytan girmiş bu
daşnak balası, həqiqətən, özünü məzlum, həm də ədalətsiz hesab edirsə, döyüş
libasını geyib hansı məqsədlə torpağımıza soxulubdu? Yoxsa günahlarına görə
bizdən üzr istəməyə gəlibdi?! Yox, bu fikir də ağlabatan deyil. Xainlik,
satqınlıq, hiyləgərlik, baiskarlıq daşnakların qanında, canındadır. Bu gün təsadüfən yaxalanıb əsir düşməsəydi, bəlkə
də, sabah və yaxud sonralar bizə güllə atanlar sırasında “milli qəhrəman” kimi
durardı. Əl-üzünə, pal-paltarına baxıram. Ehtimal ki, canında 2-3 ayın
kiri-pası var. Bədəni bit-birə ilə doludur. İsti gödəkçəsi üç yerdən
yamaqlanıb. Çəkməsi yırtıqdır. Soruşan gərək, ay erməni “milli qəhrəmanları”,
haçana kimi bu dilənçi kökündə haramzadalıq edəcəksiniz?!
Müsahibəni aldı:
İbrahim MƏSİMOĞLU
11 mart 1996-cı il

Комментарии
Отправить комментарий