...DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
Əsgərlik
bir mərdlik məktəbi, qoçaqlıq imtahanıdır. Hələ sovet əyyamından bu fikri üstün
saymışıq. Demişik ki, əsgər olmaq oğul adı daşıyan hər kəs üçün çox zəruri bir
həyat sınağıdır. Sağlamlığın izn verirsə, hökmən vətənə əsgər olmalısan. Əgər
qeyri-obyektiv səbəblərə görə əsgər imtahanından keşməyibsənsə, demək, nəinki ər
olmağa, heç qonşuluğa da yaramırsan. Ona görə də əsgərlik şərəfi çağırış vərəqi
təqdim edildiyi andan duyulur və bu münasibətlə ailə daxilində bəzən kiçik, bəzən
isə daha izdihamlı yolasalma mərasimi keçirilir.
Ailə daxilində əsgərlik sevincinin təntənəsi toylarımız qədər çox ürəyəyatımlı
təəssürat yaradır. Hər bir Azərbaycan gənci o günü hərtərəfli tarixləşdirir.
Fotoalbom tərtib edilir, fideoçarx hazırlanır. Mərasimə doğma və yaxın adamlar, dost-tanışlar yığılır.
Onların arasında çağırışçının yaşıdları ilə yanaşı səngər həyatı yaşamış
veteranlar və əsgərlik ömrü sürmüş gənclər də olur. Hər bir iştirakçı öz mənəvi
təsir gücü ilə fərqlənir. Təkcə süfrə arxasında çörək kəsməklə deyil, sevinc və
gülərüz baxışları ilə bölüşür, məsul əsgər postuna hazırlaşan gəncə öz məsləhət
və tövsiyələrini verirlər.
Budur,
halal çörəklə dolanan Həsənli ailəsindəyik. Evin tək oğlu Arifin əsgərliyə
yolasalma mərasimi başlamaq üzrədir. Mərasimdə ən kövrək sima anadır. Əsgər
anası titulunu yenicə qazanmış Qənifə xanımın üzündə sevinc hiss edilir, içində
isə həyəcan dolaşmaqdadır. Hamı ilə birbəbir ünsiyyət yaratsa da, daha çox
oğluna göz yetirir. İnana bilmir ki, oğlu əsgər gedir. Onun ərsəyə gətirdiyi
övlad da ölkənin müdafiəsi üçün silaha sarılacaq, düşmənlə qanlı döyüşə
çıxacaq. Ana özündən asılı olmayaraq tez-tez gözlərini ovxalayır. Hələ övladı
ona uşaq kimi görünür. Əslində isə belə deyil. Sabah bu uşaq onun qanadı
altından çıxaraq döyüşçü sırasında duracaqdır. Qənifə xanım o qədər dərin
düşüncələrə dalır ki, onu səsləyərək ürək-dirək vermək istəyən tanışların
sözünü bəzən eşidə bilmir. Bir tərəfdən də fikirləşir ki, ona söz veriləndə nə
desə yaxşıdır. Bu məqamda səslənən “Azərbaycan əsgəri” mahnısı ananın ürəyinə sərin
su səpir, fərəhlənməyə başlayır, onun qürurlu baxışı o dəqiqə qonaqlar tərəfindən
alqışlanır.
Mahnı kəsilən kimi əsgər atası Adil kişi qabağa çıxır. Övladını möhkəm-möhkəm
bağrına basır, onu öpüşlərinə qərq edir və ucalan səslə ürək sözlərini deyir:
- Çox
fərəhlənirəm. Axır ki, cəbhəyə bizim ailədən də bir əsgər gedir. Daha başımız
aşağı olmayacaq. Arzum odur ki, dədə-baba yurdumuz Dağlıq Qarabağ savaşında
düşmən üzərində qazanacağımız tam qələbədə oğlumun da payı olsun. Çox nikbinəm.
İnanıram ki, oğlum Arif əsl döyüşçü kimi yetişəcək. Mən sovet əsgəri olmuşam.
Oğlum isə bir mərd əsgər olaraq milli ordumuzun şərəfli adını daşıyacaq. Bu, hədsiz
qürurvericidir. Övladıma yaxşı bələdəm, Arif güclü xarakterə malikdir. Ona tövsiyəm odur ki, ordu həyatına
tez alışsın, həmişə komandirlərə hörmət etsin, hərbi andına sadiq olsun, döyüş
sirlərini yaxşı öyrənsin...
Aramsız
alqışlar kəsildikdən sonra söz anaya verilir. Qənifə xanım bir anlıq udqunur.
Əllərini göyə çəkərək Allahın adını səsləndirir və asta səslə öz səmimi ana
sözlərini dilə gətirir:
-
Oğul, biz sənin kimi mərd övladlarımızla güvənirik. İnanıram ki, ana haqqı kimi
vətən haqqını da itirməyəcək, komandir əmrlərini mərdanə yerinə yetirəcəksən.
Şadam ki, sən mənə əsgər anası kimi müqəddəs bir ad qazandırdın. Hələ indi bilmək
olmaz: ön cəbhədə olacaqsan, ya arxa cəbhədə. Döyüşdə arxadan vurulsan, südümü
halal etmərəm sənə! Çalış həmişə qalib əsgər ol və bizə görə heç vaxt nigaran
qalma. Unutma ki, ürəyim daim səninlədir. Ulu Tanrımız sənə yar və yardımçı
olsun!
Oynaq
bir mahnı çalınır. Arifin ata-anası ilə yanaşı bütün qonaqlar şadyana oynayır və
gözaydınlığı verirlər. Döyüş veteranı Elman Həsənoğlu söz demək istəyir:
- Mən vətənimiz uğrunda ağır savaşların iştirakçısıyam. Əvvəl əsgər, sonra isə komandir olmuşam. Yəni əsgər
çətinliklərini də, zabit qayğılarını da yaxşı bilirəm. Ordu mənim üçün doğma
bir aləmdir. Mənə xoş gəldi ki, bu gözəl təntənə içərisində sabah əsgər libasını geyinməyə gedəcək bir oğula
ata da, ana da komandir əmrini yerinə yetirmək, komandirə ehtiram göstərmək məsələsini
öz öyüd-nəsihətində ayrıca vurğuladı. Bu, hərbi əxlaq baxımından çox vacib məsələdir.
Ordu həyatı görmüş hər kəsə yaxşı bəllidir ki, komandir hərbi mühitdə əsas
simadır. Rəsmi dildə desək, komandir əsgərin rəisidir. Amma dəmir hərbi
intizamın hökm sürdüyü bir şəraitdə
komandir həmçinin əsgərin böyük qardaşı, dostu və məsləkdaşı rolunda çıxış
edir. Səngər ruzigarı bu münasibətləri elə müqəddəs bir axara salır ki,
komandir-əsgər davranışı ata-ananın övlada olan məhəbbəti qədər ülviləşir, daim könül oxşayır. Ona görə
də əsgər gedən hər bir qardaşımıza ilk tövsiyələrimizdən biri komandirə hörmət
və etimad göstərilməsi ilə bağlı olmalıdır. Komandirə sözsüz-filansız tabe
olmaq mühüm şərtdir. Çünki komandirin bir nömrəli vəzifəsi tabeliyində olan əsgəri
yurdun bacarıqlı, cəsur və qəhrəman müdafiəçisi kimi tərbiyə etməkdir.
Asudə
dəqiqələri az olan ordu güzəranı həmişə yurd duyğuları ilə bahəm təlim-döyüş
sınaqları, hərbi əməliyyat təcrübəsi ilə qaynayır. Belə müqəddəs duyğu və zəruri
təcrübənin fövqünə yüksələn hər bir oğul vətənin sadiq və etibarlı sakini
sayılır. Hərbçi həyatına pozulmaz intizam və düzən verən vacib ünsürlər bir an
belə gözdən qaçmır, diqqət mərkəzində saxlanılır. Orduda əsas tələb intizamdır.
Onu tamamlayan mənəvi tellər qətiyyən qırıla bilməz. İntizamı sevən, əsl
döyüşçü kimi yetiən oğullar ixtiyarsız olaraq hərbçiliyin fəxri kürsülərinə ucalır,
vətən sevgisi sönməz həyat eşqi kimi onların xidməti prosesində himayəedici bir
qüvvəyə çevrilir. O sevgi təqlid edilmir, insanın içində doğulur və yalnız gerçək
əməllərlə pərvəriş tapır. İdeal əsgər isə öncə ordunun, sonra isə xalqın qəlbinə
həmişəlik giriş haqqı qazanır.
Tez-tez
belə sual eşidirəm: Dinc dövrün əsgəri
ilə müharibədə iştirak edən əsgəri necə müqayisə etmək olar? Ordu ömrü
yaşayanlara bu məlum məsələdir. Lakin ictimai rəy açımı üçün zəruri sualdır. Bu
fərqi xüsusi olaraq qabartmaq istəyirəm. Şahid olduğum gerçək həyat faktları zəngin
və müxtəlif mənəvi təsirlərə malikdir. Əvvəla özümdən başlayım. Mən
1978-1980-ci illərdə Polşada yerləşən Şimali Sovet Qoşunları tərkibində əsgəri
borcumu vermişəm. Açığı, əsgər bölgüsündə xaricdə hərbi xidmətə göndərildiyimə
görə bəxtim gətirmişdi. Bizim hissədə hərbi intizam axsamırdı. Əsgəri münasibətlərdə
baş verən “qoca əsgər” mənəmliyi yerindəcə susdurulurdu. Habelə komandir o cür
neqativ hadisələrdə heç kimi himayə etmirdi. Lakin yaşlı nəslə yaxşı məlumdur
ki, o zaman SSRİ daxilində yerləşən hərbi hissələrdə əsgəri münasibətlərdə eybəcər
forma alan “dedovşina siyasəti” murdar bir səpkidə idarə edilirdi. Komandir heyəti
üzdə o biabırçı davranışı tənqid edir, gizlində isə gənc əsgərlərin hərbi qanunlara
zidd formada təhqir edilməsinə, iyrənc istismar oyunlarına rəvac verir və
ordunu “ded” əsgərlərin əli ilə yaşadır, ağlasığmaz fırıldaqçılıq halları törədirdilər.
Xaricdə yerləşən covet qoşunlarında isə buna oxşar özbaşına əməllər incə
metodlarla ortaya çıxarılsa da, qarşısı dərhal alınırdı. Müstəqil milli
ordumuzda, şükürlər olsun ki, bu barədə heç düşünən də yoxdur. Həm döyüşən
motoatıcı briqadanın zabiti, həm də hərbi jurnalist kimi apardığım müşahidələr nəticəsində
məni sevindirən cürbəcür mənzərələrə şahid olmuşam. Yəni mənfi məqamlarla da
üz-üzə gəlmişəm. Amma milli hərbi əxlaqımız hər zaman o üzdəniraq mənfiliklərə
qarşı qalib çıxıb. Bu gün də həmin məsələ diqqət mərkəzində durur.
Yeri gəlmişkən vurğulayım
ki, erməni ordusu “dedovşina” mərəzinin əlində zəlil qalıbdı. Pisniyyət millətin
bu murdar əməlinə də çarə tapan yoxdur. Daşnak ordusunda kriminal psixologiya
virusunu ölməyə qoymayan “dedovşina siyasəti” geniş miqyasda meydan sulayır.
Erməni xəbər portalları açıq yazırlar ki, erməni ordusunda ölüm hallarının coxu
“ded” əsgərlərin qəddarlıqla müşayiət olunan tam məzəli cinayət əməlləri ilə
bağlıdır. Belə ki, “ded”lər tərəfindən gənc əcgərlər hər gecə yatmazdan
qabaq alt paltarında dizi üstə iməkləməyə,
qoyun kimi mələməyə, it kimi hürüməyə və donuz kimi fısıldamağa məcbur
edilir. Bu əmrə boyun əyməyənlər barədə isə ölüm
hökmü oxunur. Necə deyərlər, heç bir eleksir mürtəd dığa sarsaqlığına əlac
vermir. Hər ay bir “qoca” dığa bir gənc dığaya qənim kəsilir, öz qanlarını içməkdən
doymurlar.
Bəli, şükranlığımız bizə xoşluq bəxş edir. Ömründə
bir dəfə yıxılmayıbsansa, bu o demək deyil ki, səni yıxmaq olmaz. Oldu ilə
öldüyə çarə tapmaq müşküldür. Öyünə bilərik ki, ordumuzda mənfi hallar nə kütləvi
xarakter daşıyır, nə də idarə ediləndir. Necə deyərlər, “qocaman əsgər” gənc əsgərin
könül dostu kimi çıxış edir. Səhv addımlar yerindəcə mühakimə edilir.
Aydın
məntiqdir: Dinc dövrün əsgəri ilə müharibədə iştirak edən əsgər tərəziyə qoyularsa,
qətiyyən bərabər gələ bilməz. Hərbi and içənədək komandirlər tərəfindən gərəkli
güzəşt potensialına geniş meydan açılır. Ehtimal ki, sıra düzülüşündə müəyyən qədər
əks-qütblü xarakterlər təzadlı məqamlar doğurur. Biri təkəbbürlü mövqe göstərir,
biri vasvası hərəkətlər edir, digəri o qədər xırdaçılığa yol verir ki, əsgər
yoldaşları tamam bezdiklərini açıq şəkildə söyləməkdən çəkinmirlər. Bəzilərinin
isə dəmdəməkilik əhvalı həddini aşır və komandir töhməti maksimallaşır. Ən
axırda hərbi and bütün neqativ hallara biryolluq son qoyur. Xüsusi qeyd etmək
istəyirəm ki, hərbi sıraya yeni qədəm qoyan gənclərimizin əksəriyyəti sərt ordu
həyatının hər hökmünə hazırlıqlı olur, sanki anadangəlmə döyüşçü doğulurlar.
Müharibədə
iştirak edən əsgər isə tamam başqa bir şəxsiyyətdir. Könüllülər istisna olmaqla
1992-ci ildə əsgərlərin çoxu küçədən tutulub birbaşa döyüşə salınırdı. Ordu
quruculuğunun ilk cağında bu çox eyibli bir hal idi. Heç hərbi and içməyə vaxt
olmurdu. Sözün düzü, onların əksəriyyəti sovet əyyamında əsgər həyatı yaşamış gənclər
idi. Yəni bu günümüzə yad səslənsə də, covet andı qəbul etmişdilər. Söz düşəndə
etiraf edirdilər ki, biz döyüşə çoxdan hazırıq. Amma əsgər ömrü sürməyənlərin
halı çox pərişan olurdu. Axı, belələri heç silahın dilini də bilmirdilər. Təlaş
içərisində vurnuxan bəzi hürkək əsgərlərdə bağışlanıla bilən qüsurlar ilk günlərdə
iyrənc görünsə də, birinci döyüşdən sonra onların varlığına çökən mənəvi
müvazinət aramla çevrilirdi. O sayaq əsgərlər sanki yıxılan körpə uşaq kimi
yerindən dikəlirdi.
Heç
yadımdan çıxmır. 1993-1994-cü illər ikinci Kəlbəcər əməliyyatına səfərbər
olunan əsgərlərdən biri tələsik qeydiyyatdan keçirildikdən sonra ön xəttə
aparılmazdan əvvəl aldığı avtomat silahı komandirə uzadaraq əsəbi halda gileyləndi:
-
Komandir, döyüşdən qorxan oğul deyiləm, amma indicə verdiyiniz bu zəhrimardan
güllə atmağın bir çəmini başa salın da... Məni heç qınamayın, vallah, əlimə
birinci kərədir ki, silah alıram...
Bu
hərəkəti acizanə giley kimi ərz etmək olarmı?! Əsla yox! Bu, sadəcə yanımcıl
bir qınaq idi və haqlı sayıldığına görə o əsgərin komandirlə hərbçiliyə yad
olan qeyri-səmimi davaranışını heç kim mərifətsiz hərəkət kimi qəbul etmədi.
Əksinə olaraq hamını gülüş hissləri bürüdü. Komandir mehribanlıqla onu
qucaqlayaraq kənara çəkdi və izahatına başladı. Cəmi-cümlətanı beş dəqiqəlik
ayaqüstü təlim əsgərə elə yüksək bir döyüş ruhu bəxş etdi ki, son sözünü ucadan
səsləndirdi:
-
Bax, indi hansı döyüşə desəniz, ürəkdən gedərəm. Bilərəm ki, erməni qanını tökməyə
silahım da var, bacarığım da. Kişilikdə isə erməni heç vaxt bizə çatası
deyil...
Bu, çox təbii bir tərzdə deyilən sadədil,
saf ürəkli gənc əsgər sözləridir. Həqiqətən igid qayəli oğullarımız sayagəlməzdir.
İnşallah, o imkansız və ağrılı güzəranımızda
bizi geri salan təsadüfi zaman sınaqları bir gün öz sözünü deyəcək, dığa ağzı
biryolluq mumlanacaq və tam qələbəmiz barədə xalqımızı muştuluqlamaq xəbəri mənim
qələmimdən çıxacaq!...
Müharibə məngənəsində sıxılaraq hər cür
imtahana çəkilən əsgər üçün bir mühüm nüansa da işıq salaq. Savaş görməyənlər
üçün maraqlıdır: Döyüşün ilk anları necə yaşanır? Hərbi əməliyyatların ilk dəqiqələrdə
qorxuya baş əyməmək mümkün olurmu? Açığı, bu uyğunlaşma prosesi yalnız vahimə
içərisində keçir. Qoçaqlıq damarı tez oyanan oğullar bu sınaq körpüsünü tez
adlayırlar. Ümumən desək, əksər döyüş veteranlarının ümumi rəyinə görə ən azı
üç döyüşdən sonra sağ qalan əsgər artıq döyüşçü statusunu qazanır, yəni döyüşün
dilini əxz edərək həyəcan yükünü yarıdan çox azalda bilir. Sözümüzün bu məqamında
bir hikmətli kəlamın məna dərinliyini izahlandırmaq yerinə düşər. Deyirlər ki,
döyüşə gedəndə bir, dənizə girəndə iki, evlənəndə isə üç dəfə düşün. Şəxsən mən
bu hikmətin məna tutumunu daha da dərinləşdirməyi lüzumlu sayıram. Təkcə
sadalanan üç əməldə deyil, həyatımızın bütün dolanbaclarında ehtiyatlı olmaq
vacibdir. Ehtiyat ən yaxşı dəyərdir. Təcrübəli döyüşçülərimiz həmişə vurğulayırlar
ki, bütün misilsiz qəhrəmanlıqların mayasını cəsurluq məziyyətləri ilə bahəm
ehtiyat potensialı təşkil edir. Ehtiyat həm səni qalib çıxarır, həm də
sağlam...
Xoş və səmimi söz insan qəlbinin saf güzgüsüdür. Qətiyyən ifrata varmaq
fikrim yoxdur. Dağlıq Qarabağ savaşının hər üzünü görmüş bir döyüşçü veteran
kimi açıq ürəklə bəyan edirəm ki, Azərbaycan xalqı əcdadlarımızın layiqli
varisləri sayılır. Qəhrəman əcdadlarımızın – oğuz türklərinin başçısı Oğuz
Xaqanla bağlı keçmiş tarixi mənbələri öyrəndikcə əxlaqi davamçılığın heç zaman sönmədiyini,
igidlik ənənələrinin daha parlaq bir biçimdə yaşandığını yəqinləşdirirəm. Görün
Oğuz Xaqan son döyüşlərinin birində ali məclisi çağıraraq öz övladlarına ana
torpağın müdafiəsi ilə bağlı tapşırıqlarını verdikdən sonra nə deyir:
- Çox yaşadım, çox savaşdım, çox ox atdım, çox ayğırlara mindim, düşmənləri
ağlatdım, dostları güldürdüm. Tanrıya hər şeyi fəda etdim. Sizə də yurdumu
verirəm!...
Əslində
bu ulu müddəa ümumbəşəri qanunlara daxildir. Yurdun müdafiəsi və onun salamat
bir halda gələcək nəslə miras qoyulması çox müqəddəs hesab edilir. Sənə can verən
ana torpaq cavabdehliyi bütün irsi dəyərlərdə üstün məsələ kimi qiymətləndirilir.
Ona görə də bizə ulu babalarımızdan mərdanə miras qoyulmuş torpağımızı daim göz bəbəyi kimi qorumalı, üzərimizə düşən
Vətən haqqını heç vaxt itirməməliyik. Əsl sahib kimi savaşda qanımız, dinc həyatda
isə alın tərimiz torpağımızın canına hopmalıdır. Ulu babalarımız demişkən,
torpağa su qatarsan palçıq olar, qan tökərsən vətən! Bu torpağa qovuşan ulu mərd
babalarımızın ruhu qəlbimizə hakim olmazsa, varlığımız heçliyə dönər. Var ikən
yox sayılarıq!
Gəlin heç vaxt unutmayaq ki, igidi olmayan
torpaq əsl vətən adını daşıya bilməz. İşğal tarixi uzanarsa, yetimləşən
torpağımızın hər qayası, hər daşı, hər çınqılı bizi dözülməz qınaq hədəfinə
çevirər!... Mənim xalqım heç vaxt susmayacaq. Gözümüzü Dağlıq Qarabağdan çəkən deyilik.
Ya gecə, ya da gündüz olsun, fərq etməz, istənilən vaxt Vətən əmrinə daim
hazırıq. Bu əmr ən ali əmrdir. Hər gün, hər saat, hər dəqiqə doğma torpağın
bağrından qopan lal haray bizi igidliyə səsləyir, qan ağlayan Dağlıq
Qarabağımızı azad etməyə çağırır. Axan şəhid qanlarımıza and olsun ki, intiqam
yaman olacaq, dığa çiyinlərində kəllə qalmayacaq!
İbrahim MƏSİMOĞLU,
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий