BİRİNCİ BRİQADAM, SİZƏ ZƏFƏR YARAŞIR!
Faşist dığalara ibrətli dərs verdiniz,
Birinci briqadam, sizə zəfər yaraşır!
Yanar yurd aşiqi, ordumun ilkinisiz,
Birinci briqadam, sizə zəfər yaraşır!
Dara çəkiləcək xain daşnak günahı,
Bizi rahat qoymur ulu Qarabağ ahı,
Siz Heydər əsgəri, sərrast İlham silahı,
Birinci briqadam, sizə zəfər yaraşır!
“Yeddi yüz bir” adlı bahadır yuvasısız,
Qəddini əyməyən uca hünər qalasısız,
Müdam quduzlaşan düşməni qovasısız,
Birinci briqadam, sizə zəfər yaraşır!
Tutarlı tay hanı Qorxmaz qorxmazlığına?!
Sahib sahib çıxdı yurd toxunmazlığına,
Siz təməl qoydunuz el basılmazlığına,
Birinci briqadam, sizə zəfər yaraşır!
İntiqam səsləyir vətən intiqamına,
Şəhid ruhlarımız yetər ülvi kamına,
Alqış igidlərin sönməz ehtişamına,
Birinci briqadam, sizə zəfər yaraşır!
Dayanma, manevr et, ey Rəhman kəşfiyyatı,
Vur yağı başını odlu Xəyyam qıratı,
Habilin, Əsədin kəsilməz təminatı,
Birinci briqadam, sizə zəfər yaraşır!
Nəriman, əmri ver, daha cəsur Elmana,
Daşnak yuvasını salsın gülləbarana,
Erməni harayı tez yayılsın cahana,
Birinci briqadam, sizə zəfər yaraşır!
Sərraf topçularla el sevən Elsevərim,
Hədəfi yaxala iti gözlü mehvərim,
Hücumda şikarlı, od nəfəsli hünərim,
Birinci briqadam, sizə zəfər yaraşır!
Hicran dəqiqliyi, Çingizin taktikası,
Gorbogor quldurun keçdi ələ yaxası,
Başı şaqqalandı, döndü qana yuxası,
Birinci briqadam, sizə zəfər yaraşır!
Siz vurğun oldunuz Murov ruzigarına,
Şaxta kar etməz yurd sevgili yarına,
İnadınla son qoy xalqın intizarına,
Birinci briqadam, sizə zəfər yaraşır!
Bəhrəm arxalandı ulu Hoçaz dağına,
Od vurdu daşnağın qarasına, ağına,
Hoçaz yad kəsləri saldı öz ayağına,
Birinci briqadam, sizə zəfər yaraşır!
Şahin hədəf seçdi minaatan Mətləbə,
Tünbətün sərgərlər tuş gəldi kin-qəzəbə,
“Xilaskar” güc verdi tükənməz bir mətləbə,
Birinci briqadam, sizə zəfər yaraşır!
Hirsinə dözmədi qaya-səngər soyuğu,
Sizə qahmar çıxdı vətənin hər oyuğu,
Daşnak sizdən ötrü bir boş hava qovuğu,
Birinci briqadam, sizə zəfər yaraşır!
Yar düşmən qəlbini dəliqanlı Əbülfət,
Qəti aman vermə, daha tapmasın cürət,
Siz güvənc yerimiz, sönməz varlı məmləkət,
Birinci briqadam, sizə zəfər yaraşır!
“Bayraq namusumdur, verərəmmi düşmənə?!
Mən sipər olaram ona həmlə çəkənə!”
Tərs Mobil inadı, ecazkar bir təntənə!
Birinci briqadam, sizə zəfər yaraşır!
Ay Qurban, bir daha qurban vermə düşmənə,
Basdır qəm-kədəri, dayaqlan tək vətənə,
Qəfil həmlələrlə güclü ilham ver mənə,
Birinci briqadam, sizə zəfər yaraşır!
Basıldı köməksiz, əyilmədi dözümü,
Şəhid qan gölündə Kəlbəcərin ölümü,
Ucal Qənizadə, sil qəm yaşlı gözümü,
Birinci briqadam, sizə zəfər yaraşır!
Hücum sorağında ürəyimiz sökülür,
İgid baxışlardan, gözlərdən od tökülür,
Tam qələbə üçün güclü tədbir görülür,
Birinci briqadam, sizə zəfər yaraşır!
Siz vətən sevinci, ucalan şərəfisiz,
Şərqin azad ruhlu nər qoşun xələfisiz,
Dığa boğazında düyünlü kələfisiz,
Birinci briqadam, sizə zəfər yaraşır!
Daim tanrısına təpik atan düşməni,
Qov haram yerinə, tez çək dumanı, çəni,
Qisas al, qalib gəl, sev yurdumu sevəni,
Birinci briqadam, sizə zəfər yaraşır!
Səngər süfrəsində bölünən saf tikənin,
Haramxor daşnağın kif qəlbini sökənin,
Dəyəri ölçülməz... bunu anlayın yəqin!
Birinci briqadam, sizə zəfər yaraşır!
Siz təlimlərdə yox, döyüşdə yetişdiniz,
Suda, dağ-qayada, səngərdə çəkişdiniz,
Arxalı dığayla yalnız tək əyişdiniz,
Birinci briqadam sizə zəfər yaraşır!
Hanı o mətanət, sizə məxsus dəyanət?!
Hanı o qətiyyət, sizdən doğan cəsarət?!
Qələbə həmləsi, bir gün baş verər qəflət.
Birinci briqadam sizə zəfər yaraşır.
Hər döyüş tarixin xalqımın yaddaşında,
Hövsələ tükənir “Məmməd Araz daşında”,
Çox yaz Məsimoğlu, ahıllaşan yaşında,
Birinci briqadam, sizə zəfər yaraşır!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий