DIĞALAR LAĞIMDAN ÇIXA BİLMƏDİLƏR...



Ön atəş xəttinə gecə gedəsi olduq. Hədəfə çevrilməməkdən ötrü sürücü maşının işıqlarını söndürmüşdü. Ay işığı bələdçimiz idi. Yol boyu gözlərimiz azad olmuş kəndləri, dərə-təpələri ara vermədən süzürdü. Seyrək-seyrək sürünən qaraltılar ürəyimizə cürbəcür fikirlər salırdı. Lakin 701 saylı hərbi hissə döyüşçülərimizin sayıqlığını, qurulan müdafiə istehkamlarının möhkəmliyini gördükcə fərəhləndirdik. Qərargahın idarəetmə maşınına çatanda qol saatıma baxdım: 23:45 dəqiqə idi. Baş çavuş Fikrət Alıyev cəbhədaşlarını – Vəli Məmmədovu, Ramiz Novruzovu, Asif Vəliyevi başına cəm etmişdi. Gecə əməliyyatının koordinatları saf-çürük olunurdu. Hər bir döyüşçü ayrıca öz mülahizəsini söyləyirdi.
4 il döyüşlərdə saç ağardan Fikrət hamını dinləyib yekun sözünü dedi:
- Piyadalar səhər bizim yolumuzu gözləyəcəklər. Ortalığa hökmən bir şey qoymalıyıq. Sizi bilmirəm, mənə elə gəlir ki, bu dəfə caynağıma bir vazgen ilişəcək.
Füzuli rayonunun azadlığı uğrunda həmləmizin coşub-çağlayan dəmi idi. Geri baxan, yıxılıb yolda qalanımız gözə dəymirdi. “N” taborunun zabiti Əhəd İsmayılov üstündən addımlayıb keçdiyimiz bir düşmən səngərindən şübhələndi:
- Ay Nəcəf, bir ayaq saxla, bəri bax. Görürsənmi, bu səngərin bir tərəfində leş-leşə qalanıb, amma o biri tərəfində lağımın deşiyi görünür. Gəl, içini yoxlayaq.
Gizir Nəcəf Əhmədov sıravi əsgər Məhəbbət Qarayevlə lağıma sarı gələndə atəş açıldı.
Əhəd əlini əlinə sıxaraq şadlandı:
- Nə əla oldu. Gorbagor olmuş erməni özünə burada hazır qəbir qazıb ki...
Səngərin dörd tərəfi yerli-yataqlı nəzərdən keçirildi. Məlum oldu ki, görünən deşik açıq səngərin qazmasına gedən yolun ağzıdır. Qumbara davası başladı. Nəcəf və Məhəbbət növbə ilə qazmanın ağzını qəlpələrlə irilədib toz-dumana qərq etdilər. Rus dilində düşmənə ultimatum verildi:
- Təslim olun! Əks halda torpaq altında diri-diri basdırılacaqsınız!
Lakin qorxudan səsi içində boğulan dığalar heç cınqırlarını da çıxartmadılar. Nəcəfin hövsələsi daraldı və tüstü şaşkalarını bir-bir var gücü ilə deşiyə doldurdu. Ağ-boz tüstü qatışığı içəri dolduqdan sonra tam sakitlik yarandı. Döyüşçülərimiz yenə ehtiyatı əldən vermədilər. Deşiyin ağzını torpaqlamağa başlayanda son dəqiqələrini yaşayan dığalar əli ilə torpağı eşələyib zarıyırdılar. Nəcəf isə acıqlı-acıqlı deyinirdi:
- Dedik axı təslim olun. Təslim olmaq istəmirsinizsə, bax, beləcə gəbərməlisiniz.
Məhəbbət beli əlinə aldı. Deşiyin ağzına ehmalca torpaq atanda birdən duruxdu:
- Bu nədir, bel nəsə yumşaq şeyə dəyir. Deyəsən, əclaflar meyitləri deşiyin ağzına tıxayırlar. Elə bilirlər ki, buradan yenə güllə atacağıq.
Nəcəf onun səsini kəsdi:
- Başına kül olsun, ay dığa, guya meyiti qabağa verməklə sağ qalacaqsan?!.
Lağımın deşiyi tamam tutuldu. Təxminən bir saatdan sonra ağzı açıldı. Ehtiyatla içəri daxil olduq. Lağım 10 metrədək yer altında uzanırdı. 8 meyit sayıldı. Altısında qəlpə yarası vardı. Biri ağzına tüstü şaşkasını soxub gəbərmişdi. Görünür, ya özünü belə intihar etmək qərarına gəlib, ya da ağciyərlik etdiyinə görə yoldaşları onu belə boğublar. Dığanın biri yarasız idi. Demək, hava yolu kəsiləndən sonra boğulub.
...Şiddətli döyüşlər ordumuzun xeyrinə davam etməkdədir. Yeni əks-hücum, yeni döyüş ruhu... Bu dəfə Müdafiə Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xüsusi təbliğat şöbəsinin təyinatı əsasında bölgəmizə təşrif buyurmuş döyüş maşınının ekipajı – Alı Cəlilov və əsgər Azər Əliyev birbaşa ön xətdə əsgər marşlarının, Vətən sevgisi üstə köklənmiş mahnıların sehri ilə döyüşçülərimizin qalibiyyət əzmini ehtizaza gətirirlər. Musiqi dalğası altında döyüşün təravəti ayrı bir məzmun kəsb edir:

Bilinməz dünyanın yaşı,
Gəl bu yükü özün daşı.
Axma, anamın göz yaşı,
Qalmaz belə, qalmaz dünya.

Düşməni dəhşətli hisslər bürüyür: Azərbaycan ordusu cəngə musiqi ilə, şux təranələrlə çıxır. İgidlərimizin qanı qaynayır, ölüm vahiməsi ərşə çəkilir. Düşmən piyadaları çaşqın vəziyyətə düşüb basılırlar.
...İsmayıllı rayonundan olan Ramazan İsmayılov nikbindir. Çünki onun qoç igidləri düşmənin arxasına keçmək üçün zəruri olan məsafəni itkisiz qət etmişlər. Cəsur döyüşçü, baş çavuş Vaqif Bədirov əlinin içini qaşıyır: “Vay erməninin halına, əlimin içi heç belə qaşınmamışdı”. İki taqım döyüşqabağı düzülüşə açılır. Həmlə obyekti yaxın, həmləyə keçmə səddi məlum, hücumu davametmə səmti də aşkardır. Bircə qalır döyüş əmri vermək. Yox, bir şərt də yaddan çıxmayıb - əgər “N” taborunun həmləsinə digər tabor da uğurlu dayaq versə, necə deyərlər, Korqanda yuva quran dığaların kitabı bağlanacaq.
Vaqif Qədirov toplu şəkildə duran ermənilərin tən ortasına qumbaraatan silahla bir qəlpələnən mərmi atır. Xəmirə dönən erməni başı, erməni əli, erməni bədəni ət şaqqası kimi göydə oynayır. Zabit Elşən Sultanovun özü də döyüşə girir. Artilleriyaçılar düşmənin təminat yolunu arxadan odlayırlar. Güllə yağışına tab gətirməyən erməni quldurları pərən-pərən düşürlər. İkisi yaralı olduğuna görə qaça bilmir, öz yoldaşlarına çığıra-çığıra qalır. Lakin kömək edən olmur. Ramazan dığaların səmtinə bir qatar güllə göndərir. Güllələr hədəfə dəyir. Amma Ramazan həmyerlisi Xanlar Abdullayevi xilas edə bilmir. Düşmən tankından atılan mərminin qəlpələri həm Xanları, həm də salyanlı Zahir İsmayılovu yaxalayır. Ağlamağa, sısqamağa macal tapılmır. Güllə, mərmi səsindən qulaq tutulur. Güllə xəzinəsi boşalan Ramazan yerə əyilir. Dodaqaltı hiddətlə deyinir. Uzanıqlı halda xəzinəni avtomatdan çıxaranda sol ayağında istilik hiss edir.
- Zəhrimar! Heç bunun yeri idimi?
Pəhləvan cüssəli Ramazan sol ayağını yerə dirəmək istəyir. Lakin ağrı güc gəlir. Dizin-dizin xəndəyə sürünür. Onun əzab çəkdiyini görən cəbhədaşı Nəriman başı üstünü alır:
- Bu saat kömək edərəm...
Savaş iki saat davam etdi. “N” taborunun həmləsi nəticəsində döyüş meydanında murdar xislətli dığa meyitləri yerə sərili qalmışdı. Bu günümüzün şəri də beləcə asta-asta qarışdı, lakin uğurlu həmlənin xoş təəssüratı ilə zarafatlaşan igidlər ermənilərin dar ayaqda bir-biri ilə necə donquldaya-donquldaya söyüşmələrini misal çəkərək gülüşürdülər: “Ara, kişi ol, qaçma, türklər gəlirlər...”
Allah sizi daim güldürsün, Azərbaycan igidləri!

İbrahim MƏSİMOĞLU
11 may 1994-cü il















Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”