OLDUM SƏNGƏR MÜXBİRİ
Zəhmət
adamından yazıb bənd oldum müxbirliyə,
Bol
ruh verdim əməkçiyə, şad mənəvi birliyə,
Dağlıq
Qarabağ savaşı səslədi ön cəbhəyə,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
Oldum
ilk briqadamızın “komissar” köməkçisi,
Sınadı
vətən sevgimi ön xilaskar dəstəsi,
Yazılarım
hər hücuma nikbin söz himayəsi,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
Cəbhənin
ön xəttidir Murovdağın qayası,
Misilsiz
pöhrə verdi hər yazımın mayası,
Dolaşdı
igid ruhuna səngər yazı sədası,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
Nəcib
xətt saldı qələmim, qoç igid hünərindən,
Azərbaycan
əsgərinin əyilməz qamətindən,
Qəlbimə
hey su səpildi yazı bərəkətimdən,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
Neçə
qələbə xəbəri yazıldı qismətimə,
Tutulan
daşnak əsiri yalvardı qələmimə,
Saxta
erməni tarixi baş əydi haqq səsimə,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
Bol
isti səngər yazıma mükafat “Dan ulduzu”,
Bərq
vurur səkkizguşəli Azərbaycan ulduzu,
Bəzədi
ordu ömrümü hər qəhrəman ulduzu,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
Daşnak
avaz, ritm oğrusu, şər-böhtan abidəsi,
Dilimizin
söz oğrusu, usandırdı hər kəsi,
Kəsdi
uzanan dilini ordumuzun həmləsi,
Niyə
küsüm taleyimdən, oldum səngər müxbiri.
İbrahim MƏSİMOĞLU
701 adlı döyüşçü heyətinin “komissar” köməkçisi

Комментарии
Отправить комментарий