CƏSARƏT DƏRSLƏRİ
Sözgəlişi deyirlər ki, hərgah əsgər libasını əyninə geyinən adamın səviyyəsi o pal-paltarın cəsarət səviyyəsindən aşağıdırsa, şərəf libasına əl atması da məsləhət deyil. Bu söyləməni belə də anlamaq olar ki, hər kəs nə edəcəyini, özü də necə edəcəyini dəqiq və qətiyyətlə ölçüb-biçməlidir. Amma “qorxaqlar əsgər paltarını geyinməyə yaramaz” hökmü də qanunlarımıza zidd səslənir. Azərbaycan vətəndaşı adını daşıyan hər bir kəs öz ölkəsində əsgərlik borcunu yerinə yetirməlidir. Qorxaq da olsa, cəsarətsizlik göstərsə də, madam ki, əqli, fiziki cəhətdən sağlamdır, gərək Vətən qarşısında öz müqəddəs vəzifəsini - əsgərlik borcunu ləyaqətlə icra etməlidir. Biz “qorxu”, “təşviş”, “vahimə” sözlərindən niyə bu qədər çəkinir, ehtiyat edirik. Əgər insanı kainat həqiqətləri içərisində bir təbii varlıq kimi anlayırıqsa, onun qorxu hissini dərk etmək mövzusunda da ifrata varmamalıyıq. Dünyada qorxusuz insan varmı? Əlbəttə yox! Biz gündəlik həyatımızda bəzən texnika və mexanizmlərin bədbəxt h...