“KOMANDİR SƏRT OLMALIDIR”
Mətləb xatırlayırdı ki, cəbhəyə gələndən bircə dəfə də ağır hərbi əməliyyatdan geri çəkilməyib. Xəstə olanda da yataqda çox uzanmayıb. Bəs bu gün niyə onu əməliyyata aparmadılar? Adi soyuqlamaya görəmi?.. Suallar onu rahat buraxmırdı. Nəhayət, özünü ələ alıb ayağa durdu. Qərargahdan öyrəndi ki, 5-ci tabor bu gün üç dəstəyə bölünüb. Bir dəstəyə Ağdərədən gələn yola nəzarət etmək tapşırığı verilib. Digər dəstələr Yanşaq istiqamətində strateji yüksəklikləi ələ keçirməlidirlər. Cəmi iki ədəd 60 mm-lik minaatan qurğusu vardı. Biri Kamran Mustafayevdə idi, digərini isə Mətləb götürüb yola düzəldi. Mövqe seçdikləri Keçəldağdan Mətləbin gözü su içmirdi. Düşmən buranı görə bilərdi. O, təzəcə xəbərdarlıq etmək istəyirdi ki, zirvəyə bir mərmi düşüb partladı. Əsgərlərimiz daş-qaya arxasında sığınacaq tapıb yerə uzandılar. Qurban Əliyev alnından yaralandı. Mətləb əsgərlərinə yerlərini dəyişməyi əmr etdi. Dalbadal atılan mərmilərdən onlar özlərini itirmişdilər. Mətləb soyuqqanlıqla irəli yer...