BASILMAYAN ÖMÜR YAŞA!...
Medallı zabitimiz Elman Həsənoğlunun təmsil
etdiyi bölük Qarabağda yazılan savaş tariximizdə basılmaz bir ömür yaşamışdır.
Onun ilk komandiri Yunis Nəcəfov Azərbaycanın Milli Qəhrəmanıdır. Bölüyün 9 əsgəri
“Azərbaycan bayrağı” ordeni ilə, 7 nəfəri “İgidliyə görə” medalı ilə təltif
edilmişdir. Qələmə aldığım bu döyüşən sətirlər basılmaz bölüyə ithaf edilir.
Ordumun
nər sinəsində ilk qüvvətli bir nəfəs,
Yurd
möhnətiylə səsləşən dəliqanlı dərin səs,
Dur,
çənəsini boş qoyan daşnağın dilini kəs!
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Qara
günlü Malıbəyli səndən imdad diləyir,
Qan
ağlayan Daşlıdağ da sizsiz çox qəribsəyir,
Həyət-baca
yas içində torpaq da irinləyir,
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Yazdı
igid tarixini qaya-səngər qovğası,
Tez
diz çökdürdü düşməni Murovdağın davası,
Haqq
savaşımız bitməyib çalınsın cəng havası,
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Kərkicahan
səninlədir, qurtar qara zilləti,
Üç
yüz altmış altı saylı alayın xəyanəti,
Qanla
yuyulacaq: anlayın bu niyyəti!
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Sizdə
əsgər rəşadəti, zabitin qüdrəti var,
Düşməni
dərbədər salan savaş məharəti var,
Yurduma
can verənlərin namuslu xidməti var,
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Qan
axıdır, qopmalıdır, Daşaltı yara qaysağı,
Pas
atmasın Ələsgərin qumbaralı darağı,
Son
uğurlu bir həmlə çək, tükəndi söz yarağı,
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Milli
Qəhrəman Yunisin mərd məramı yaşayır,
Dustaq
el-obalarımız yeni igid arayır,
Atəşkəsin
sükunəti sinəmizi dağlayır,
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
Sən
mənim heç vaxt dönməyən müharibə iqbalım,
Könüllərdə
parıldayan qələbəli hilalım.
Ordumun
can damarına güc verən bir amalım,
Basılmayan
ömür yaşa, cəsur Elman bölüyü!
İbrahim
MƏSİMOĞLU


Комментарии
Отправить комментарий