RUSLARIN ERMƏNİ NİGAH UDUŞU YALNIZ TƏHLÜKƏ DOĞURUR
Zaman keçdikcə başıbəlalı ermənilərin qəbahət
yükü artır. Hələ törətdikləri çox günah və səhvləri boyunlarına almırlar. Bəndə
bilməsə də, uca Allahımıza hər şey məlumdur. Tarixə yazılan erməni milli xatalarını,
dost xəyanətlərini, saysız-hesabsız qonşu günahlarını, haramzada əməllərini də
etiraf etsələr, tamam yerə çökəcəklər. Onların bir iyrənc qəbahəti də qadınları
ilə bağlıdır. Daha bizlik deyil, əfsuslar
olsun ki, vaxtilə saxta beynəlmiləlçilik ideyaları altında erməni qadını ilə
ailə həyatı quranlarımız olub. Bu yolla çox xəyanətlərin dərdini çəkmişik.
Dağlıq Qarabağ problemindən doğan nankor münasibətlər ucbatından bəziləri qonşu
xəyanətinə dözməyərək nigahı pozublar. Bəzi peysərə verən nakəslərimiz isə yenə
öz mövqeyini saxlayır, hətta dilinə giley də gətirmirlər. Halbuki bəzən belə
eşidirik ki, həm soyadını, həm də adını dəyişmiş “hayqanuşlarımız” məxfi şəkildə
erməni hərbi kəşfiyyatına qulluq edirlər. Bunu dolayı yolla bilsələr də, hər
şey olduğu kimi ortaya qoyulsa da, erməni eşqinə qul olan bəzi “ərlərimiz” yenə
susurlar. Məgər onlar bilmirlər ki, sovet dövründə yüksək dövlət məmurlarının buyuruğu
ilə min bir oyundan çıxan erməni katibələrinin bəlasını azmı çəkmişik?! Doğum
evlərində nigah vasitəsilə soyadını dəyişən erməni mamaçalar gizlin yollarla
kökümüzü kəsməyə çox cəhd ediblər.
Tarixçilərə yaxşı məlumdur ki, müəmmalı
erməni keçmişində qadın məsələsi həmişə baş mövzu sayılıb. Erməni fahişələrinin
aça bimədikləri qapını kim aça bilərdi? K.Marks kimi nəhəng və nüfuzlu tarixi
bir şəxsiyyət nahaq yerə deməmişdir ki, öz arvadlarını yaşamaq və qazanc
xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur.
Baş qoşulsa, böyük bir tarix yazılar. Gerçəklik budur ki, ermənilər öz
siyasi məqsədləri naminə nəinki özgə şahlara, bəylərə, yüksək ranqlı məmurlara,
super biznesmenlərə, hətta qaraçıya da qız veriblər. Məkrli “qadın xidməti”
onların “Böyük Ermənistan” yaratmaq siyasətində uğurlu oyunlarından biri hesab
edilir.
Doğrudan da, hər zamanın öz hökmü var. Qədim
vaxtlarda erməni qadını dayaz çaylara baş vururdu. İndi isə daha dərin qatlara
nüfuz edən “hayqanuşlar” böyük qüdrət sahibi kimi ali idarəedən şəxs
funksiyalarını həyata keçirir, necə deyərlər, “dərd nədir” bilmirlər. Açıq bəyan
edilir ki, hazırda erməni qadını ilə evlənmək Rusiya həyatında sanki bir
lotereya uduşudur. Erməninin erməni ilə nigahı isə bir fırtına burulğanı içərisində
yaşamaqdır. Bəzən rus artistləri acı çəkmədən boşanaraq erməni qadınlarına ürək
açırlar. Bu zaman boşanma mənfi hal kimi xatırladılmır. Əksinə üstün əməl kimi
vurğulanır, ictimai nüfuz qazanılır.
“Gradator.ru” saytında erməni qadınının
nüfuzu barədə yayımlanan bir fakt görün nələrdən xəbər verir. Yazı belə bir sərlövhə
altında qoyulub: “Erməni qadını ilə evlən və nüfuzlu mükafat al”. Rusiya
ictimai həyatına yaxşı bələd olanlar üçün açıqlanan faktlar heç bir şübhə
doğurmur. “Rusarminfo.ru.” erməni saytına istinadən qeyd edilir ki, dördüncü dəfə
erməni qadınla evlənmək sayəsində Aleksandr Revva "dəbdə olan" Rusiya
mükafatına layiq görülüb. Bu
informasiyanın əsas mahiyyəti ondan ibarətdir ki, Rusiya mədəniyyəti, rus dövlətçiliyi
erməni əlində daşnak siyasətinə uyğun ömür-gün sürür. Xüsusən yaradıcı şəxslər
o fikrə eyham atırlar ki, yalnız ermənilərlə evlənərək Rusiyada nüfuzlu mükafat
almaq və ya xidmət nərdivanı vasitəsilə birtəhər inkişaf edə bilərlər. Yəni
Rusiyada ermənilərlə dostluq qurmaq, onlara qəlbən yaxınlaşmaq, birgə xidmət
etmək bu və ya digər dərəcədə yüksək və əlçatmaz uğurların təminatı deməkdir?
Sözügedən saytda dəqiq faktlarla açıqlanır
ki, bu il fevralın 17-də Moskvada Oksana Fyodorovanın “Moda Topical” jurnalının
"İlin cütlüyü" adlı illik mükafatının təqdimetmə mərasimi keçirilib. 2020-ci
ildə illik mükafatın qalibləri məşhur rusiyalı şoumen, müğənni Aleksandr Revva
və xanımı Anjelika olub. Aleksandr Revva öz İnstagram profilində "Kimsə bu yaxınlarda "parazit
" mükafatına, kimsə də dünən "İlin cütlüyü" mükafatına layiq
görülüb" sözlərini yazaraq mükafatlanma zamanı çəkilmiş fotoları paylaşıb.
Bunula yanaşı “Rusarminfo.ru.” erməni saytı sevincək bir ruhda bildirir ki, Anjelika
Revva erməni mənşəlidir. 2018-ci ilin sentyabrında o, həyat yoldaşı ilə birlikdə
Ermənistana səfər edib, burada öz soy-köklərindən və tarixi vətəninə olan məhəbbətindən
danışıb. Bəli, məqsədli nigahın gizli mətləbi tədricən bəlli olur.
Yazıda əlavə
olaraq TNT erməni telekanalı xatırlanır və qeyd edilir ki, həmin kanal bütün yeni
layihə və verilişlərini "Tarixi vətən sevgisi" ruhunda əks etdirir. Məlum
olduğu kimi, bu telekanalı prodüserlər Artur Canibekyan və Qarik Martirosyan
vasitəsilə Rusiyanın erməni lobbisi idarə edir. Erməni prodüserləri kimi işləyən
rusiyalı artistlər artıq başa düşüblər ki, ermənilərlə dostluq etmək, hətta
qohumluq əlaqələrinə girmək lazımdır. Səhv etmiriksə, bu yolu tutan Revva yeganə
rus artisti deyil və Semyon Slepakovun da arvadı ermənidir.
Bu, erməni qadınlarının nigahaltı gizli siyasətinin
Rusiya ilə bağlı faktlarından biridir. Nigah oyunlarına aid çox misal çəkmək
olar. Tarixçi-alim Nazim Mustafanın ABŞ həyatında aşkarladığı daha tutarlı
bir fakta işıq salmaq istəyirəm: “Bill Klintonun prezidentliyi dövründə
“Hayastan” Ümumerməni fondunun sədri Manuşak Petrosyan yeganə qadın ki, Ağ Evə
arxa qapıdan girib-çıxırdı. O, Klintonun xanımı Hillari ilə dostluq edirdi. Bu
dostluğun arxasında nələr dayanırdı, bunu ermənilərin özləri yaxşı bilirdilər.
Bill Klintonun Monika Levitski ilə macəralarını xatırlasaq, Manuşak Petrosyanın
Ağ Evə arxa qapıdan girib-çıxmasının mənası aydın olur”. Erməni soyqırımının
ABŞ dairələrində çox çeynənilməsinin bir səbəbi məhz “hayqanuşların” nigah
hoqqalarının bitib-tükənməyən bir seriyasıdır. Erməni məşuqələrin məxfi fəaliyyəti
yazılarsa, böyük bir tarixi əsər yaranar. Ona görə ki, erməni qadın mövzusunun
tarixi kökləri dərindir. XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış rus tədqiqatçısı
Vasili Veliçko erməni hiyləsinin çox üzünü aça bilmişdir: «Erməni qadınları
başqa xalqların nümayəndələri ilə həmişə əlaqədə olublar. Doğrudur, bu əlaqə bəzən
zor gücünə olub. İran əsgərləri, türklər, gürcülər və dağlılar bu zaman erməni
qadınlarından nə abır-həya, nə də nəciblik gözləyiblər. Məhz bu səbəbdən ermənilərin
damarlarında bu qədər müxtəlif mənşəli qan axır». Beləliklə qarışıq nigah yolu
ilə dünyanı öz murdar qanları hesabına korlayaraq ermənilər əsl insanları və əsl
insanlığı gözdən salırlar.
Bir fərqi də haşiyələndirmək istəyirəm. Son
zamanlar lider rolunda çıxış edən rusiyalı erməni qadını nüfuz tərəzisində Ermənistan
qadınından ağır gəlir. Erməni tərəfi bu barədə nəsə gizlətmir. Etiraf edirlər
ki, dilənçi sifətinə düşən Ermənistan qadınları bu gün cinsi istismar üçün ərəb
ölkələrinə dadanıblar. Deyilənə görə, erməni qadınları bazarda baha qiymətə
satılır. Nəticədə fərdi qazanclar çox olsa da, bu milli itkinin altından erməni
diasporası sağ-salamat çıxa bilməyəcək. Ermənistan qadınsız qalacaq. Bir də
ayılıb görəcəklər ki, Dağlıq Qarabağ səngərinə əsgər doğa biləcək erməni qadını
çox azdır. Ehtimal ki, siyasi erməni rəhbərlərinin səfehliyi ucbatından bu məsələ
də öz həllini çətin tapacaq.
“Qafqaz siyasəti” portalının redaktoru
teleaparıcı Maksim Şevçenko deyir ki, müasir Ermənistan Rusiya imperiyası tərəfindən
uydurulmuş ərazidir. Əsaslı mühakimədir. Amma bu fikirlə əlaqədar bir iradımız
var: İndiki erməni qadınlarının nüfuzu sayəsində elə bir vaxt gələcək ki, Rusiya həyatında Maksim Şevçenkonun həmin
sözlərini məntiqi baxımından tərsinə səsləndirəcəklər. Deyəcəklər ki, Rusiya
“Böyük Ermənistanın” uydurulmuş ərazisidir və bu dünyanın bir yiyəsi var, o da
ermənidir. Bəli, erməni qadın nigahı tədricən dəbdən düşməsə, bu ehtimal gercəkləşə
bilər. Rusların erməni nigah uduşu yalnız təhlükə doğurur. Vaxtında ayılın, ay
möhtəşəm ruslar!
İbrahim
MƏSİMOĞLU
müharibə veteran, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий