BAYRAĞA SİPƏR İGİDLƏR
Üç
rəngli bayrağımızı hifz edərək səngərdə qəhrəmancasına şəhid olan Akif
Hüseynova və Mobil Qarsalan oğluna ithaf edirəm.
Yanşaq
dil açdı, hay saldı, səsi ərşə dirəndi,
Onu
qamarlayan düşmən düşdü qorxu izinə.
Şaxta
vurmuş qaya-səngər oldu bizə havadar,
Qaraldı
qanı dığanın, qəlpə dəydi dizinə.
Həmləni
sərt əngəlləyən, atəşdən uzaq qalan
İki
yağı ön postunu Haçaqaya səmtində,
Murdar
qanına bələyib dağıtmaq əmri alan
Mobil-Akif
cütlüyü də sıçradı öz dəmində.
Mobil
tabor bayraqdarı, Akif ölməz bir hünər,
Şir
ürəkli qəhrəmanlar özlərinə güvənər!
Əldə
bayraq tutan Mobil düşmənə od ələdi,
Mindi
qəfil yel atına polad qalxan igidlər.
Mobilin
bayraq eşqindən Susuzluq gəldi cana,
Meydançayın
göz yaşları, bəlkə, indi dayana.
Doğma
səslər, hənirtilər sevindirdi torpağı
Düşmən
bağrı tən yarıldı, leş töküldü hər yana!
Qarlı
səngər, isti yara, ümidsizlik soyuğu,
Daşnak
üz tutdu qaçmağa, kəsildi dal quyruğu.
Pis
yelləndi qara külək, meyitlər səpələndi
Deşdi
dığa gözlərini Mobil-Akif yumruğu.
Birdən
namərd tərs bir güllə yaxaladı Mobili,
Akif
qaldı yalnız tənha, artdı həyəcan seli.
Qucaqlayaraq
bayrağı çıxartdı qumbaranı,
Qızdı
qəzəb-kin atəşi, coşdu hünər təməli.
El
namusu çəkən igid qorxu bilməz ölümdən,
Bayraq
mənlik timsalıdır, Akif qaçarmı gendən.
Qumbara
son ümid kimi gəbərtdi üç dığanı
Akifə
tuş gələn ölüm boğazlandı yenidən.
Şəhid
ruhlar çəkdi keşik, öldü dığa inamı,
Bayrağı
dalğalandırdı ordumun ehtiramı,
Bar
verdi Mobilin andı, Akifin etibarı,
Düşmən
qan, təlaş içində tərk etdi Yanşağımı!
O
üç rəngli bayrağımız and yeridir bizlərə,
Bayraq
ar, qeyrət rəmzidir, vermərik yad əllərə,
Əsla
ləkə götürmərik, təhqirə heç dözmərik,
Alqış, bayrağı şərəflə hifz edən əsgərlərə!
İbrahim MƏSİMOĞLU


Комментарии
Отправить комментарий