SƏİDİN DƏFNƏ ÇƏLƏNGİ
Əsl müsəlman kimi şəriət qayda-qanunlarına ciddi əməl
edən Səid Qədəməli oğlu Taran hər döyüşə öz əsgərlərini müqəddəs kitabımız
“Quran”ın altından keçirib aparır. Vətən müharibəsini – cihadı ömür bağının şərəfli
dəfnə çələngi sanır: “Kişi olan kəs Vətən qan ağlayanda bu çələngi boynuna
keçirə bilmirsə, yaşamağı haramdır”. Tətiyi hədər yerə basmayan Səid cəmi 38
erməni quldurunun canını alıb. Bu döyüş göstəricisi Səidin göz yaddaşında
qalanıdır. “Sərrast atəş hesabı”nın dürüstlüyünə gümanla münasibət bildirəndə
ciddi surətdə əsəbiləşir: “Mənim şahidim döyüşçülərdir, zəhmət olmasa, soruşub
öyrən, gözəgörünməz İlahinin şahidliyinə görə öyrənilsə, bəlkə də hesabıma yüzdən
çox kafirin adı düşər”. Çox doğrudur: atdığı qəfil qumbara ilə, qurduğu mina ilə,
uzaq hədəfə tuşladığı qumbaraatan silahla, Allah bilir, nə qədər erməni faşisti
zülmət dünyasına qovulub.
...Gözləri buz bağlamış Meydançay savaşında Səid
“N” taborunun cəsarətli döyüşçüləri ilə açıq vuruş meydanına girdi. Bu həmləyə
həlledici döyüş anı kimi çox ehtiyac vardı. Çünki uca dağlara dırmaşan düşməni
hiylə ilə aşağı salmaq və bir neçə istiqamətdə döyüşə cəlb etmək yolu ilə
ordumuzun tutarlı əks-həmləsi üçün fürsət yaranırdı. Dağlıq şəraitdə savaşın çəmini
yaxşı bilən Səid ön cərgədə Meydançayın qoynuna atıldı. Orta mövqeyədək sürünə-sürünə
irəlilədi. Sən demə, düşmən hücum koordinatlarımızdan xəbər tutmuşdu. Belə ki,
beş dəqiqə öncə bir “KamAZ”da təzə qüvvə gətirdilər. Daşnaklar maşından Səidin
odlu atəşi altında düşdülər. On nəfərini mövqe seçmədən gəbərtdi. Sonra iri çay
daşlarının arasında 3 dəqiqə daldalanıb nəfəsini dərdi. Onunla birgə gələn,
amma atəş mövqeyini seçməkdə ləngiyən döyüşçülərimizi erməni gülləsi yaxaladı.
Qulu, Karlen və Allahverdi şəhid oldular. Səid çox qəhərləndi. Öz döyüşçüsü Azər
Vəliyevlə Meydançayda tək qalmışdı. Güllə yağış kimi üstünə yağırdı. Ani göz gəzdirib
iki dığanın da axırına çıxdı. Azərə təkidlə tapşırdı ki, geri çəkilsin. Lakin
özü döyüşdən hələ doymamışdı. İntiqam hissi ilə çayın kənarına atılanda 3
yerindən – çiynindən və ayaqlarından yaralandı. Əlini yaralarına gəzdirdi.
Sümükləri salamat idi. Ayaqlarını və çiynini güllə yumşaq yerindən deşib
keçmişdi. Səid bərkiyib daşlaşmış qarı yara-yara süründü. Dağ çayından ovulmuş
iri və yumru bir daşa qısıldı. Duanı cibindən çıxarıb uddu. Öz-özünə pıçıldadı:
- Düşməni ovsunladım. Dua öz gücünü ən azı 5 saat
saxlayacaq. Bu da ağır vəziyyətdən çıxmağa kifayət edər.
Səidin üst-başı qana bulaşmışdı. Lakin döyüş əzmini
hələ saxlamışdı. İki dəfə atışdıqdan sonra düşmənə tor qurmağa başladı: dığalar
gələn istiqamətdə arxası üstə yerə sərildi. Özünü ölümcül hala saldı. Avtomatın
qundağını sağ əlinin içində saxladı. Düşmən onu ölmüş hesab edib Bağırlı dağına
doğru qaçdı. 5 nəfər erməni isə yolun kənarı ilə yeni mövqe seçmək istəyirdi. Səid
yumulmuş gözlərinin ucu ilə onları izləyirdi. 30 metr məsafə qalar-qalmaz
Koroğlu cəldliyi ilə yerindən sıçradı və yerə əyilə-əyilə qaçan 5 dığanı qırdı.
Onun fədakar vuruşu qısa müddətdə bizim döyüşçülərin Meydançay istiqamətində təşəbbüsü
ələ ala bilməsinə imkan verdi. Əzazil daşnaklar Yanşağa üz tutub qaçdılar. Səid
qısıldığı çay daşını qucaqlayıb öpdü:
- Dar macalda Vətən daşı da adama qahmar çıxır...
Minalardan ən təhlükəlisi kapron-kauçukdan
hazırlanmış minadır. Bunu xüsusi qurğu da aşkar edə bilmir. Heç vaxt qorxu
qoltuğuna girməyən Səid isə daşnak ləpirini gözübağlı görür. Yanşağın azadlığı
yolunda Səidin intuisiyası ehtimal olunan itkimizin miqdarını yarıya qədər
azaldıb. 37 düşmən minasının 32-ci kapron-kauçukdan olsa da, hamısı Səidin
birbaşa iştirakı ilə zərərsizləşdirilib. Yaşaq kəndinin girəcəyində yolun
Meydançayın içərisindən keçən hissəsindən 5 mina çıxarılıb. Bu, super
ustalıqdır. Axı şırıltı ilə axan çay altında düşmən əlinin hansı izini tapmaq və
ya görmək mümkündür? Bəli, Səid murdar izləri ürəyinin gözü ilə görür.
Yanşaq murdar əllərdən azad olmuşdu. Düşmən qonşu kəndlərin
yüksəkliyində pusqu qurmuşdu. Yeni qüvvə gətirib əks-hücuma hazırlaşırdı. “N” kənd
yoluna mina basdırmaq lazım idi ki, düşmən texnikası sağ cinahdan müdafiəmizi
yara bilməsin. Bu, çox ağır tapşırıq idi. Çünki erməni quldurları “N” yoluna nəzarət
edirdi. Səid istehkamçılara dedi ki, ermənini hipnoz eləmək mənim boynuma,
ancaq siz minaları tez basdırın. Səidin planı və bilavasitə iştirakı ilə
tapşırığı istehkamçılardan Seyfulla, Telman və Habil uğurla yerinə yetirdilər.
- Siz döyüşdə sərbəst hərəkət edərək düşmənin gözünə
görsənir və onu aldada bilirsiniz. Axı açıq, güllətutan sahədə addımlamaq
ehtiyatsızlıqdır.
Səid gülümsəyərək cavab verir:
- Əlbəttə, bu, risqdir. Həm də açıq hərəkət düşməni
çaşdırır. Bəzən elə zənn edir ki, öz qüvvələridir. Amma yüksək dərəcədə cəldlik
olmadan belə təhlükəli varianta əl atmaq ağılsızlıqdır. Bu zaman gözəyarı ölçmə
qabiliyyətin olmalıdır. Döyüşçü operativ vəziyyətdən tez baş çıxarmalıdır. Bir
an gecikdinsə, uğur səndən üz döndərəcək.
29 yaşlı igid zabitimiz Səid Taran öz sənətinin
halal sahibidir. Həm komandir kimi döyüşü hərbi təfəkkürü ilə idarə edir, həm mətin
əsgər kimi ön atəş xəttinə çıxır, düşmənə gözlənilməz mövqelərdən ağır həmlə
edir, həm də ən məsul əməliyyatların könüllü iştirakçısı olur. Yanşaq uğrunda
döyüşdə misilsiz qəhrəmanlıq və cəsarət nümunəsi göstərdiyi üçün Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin fərmanı ilə o, “Hərbi xidmətlərə görə” medalına layiq görülmüşdür.
Prezidenti Heydər Əliyevin fərmanı ilə o, “Hərbi xidmətlərə görə” medalına layiq görülmüşdür.
İndi mətin döyüşçü Səid Taran medallı zabitdir.
Onun fədakar əməyinə layiqli qiymət verilsə də, öz ləyaqətinin ucalığını, əsl dəyərini
hələ axtarır. Sizə qəribə gəlməsin, Səid o zaman özündən razı qalacaq ki, Ana
torpağımıza ortaq çıxan qəsbkar kafirlər bit-birə kimi qırılıb yox olacaqlar.
Ona görə də dönə-dönə deyir ki, “bizim ləyaqətimizin əsas meyarı torpağımızın
azadlığıdır”...
2 mart 1994-cü il
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий