“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”
Müharibə əlili, ehtiyatda olan polkovnik-leytenant İntiqam Bahəddin oğlu Mirzəyev ömrünün 56-cı baharını qarşılamaqdadır. Peşəkar hərbçidir. Lvov Ali Hərbi Siyasi Məktəbini bitirib. İlk xidmət yeri Qazaxıstanın Ayaquz qarnizonunda olub. Sonra Almaniyada sovet qoşunları tərkibində nümunəvi xidmət göstərib. Bir neçə ildən sonra Zaqafqaziya Hərbi Dairəsində qarnizonlardan birinə təyinat alıb. Doğma ordumuzda ilk addımı “Xalq Ordusu” redaksiyasında atıb. Həmin ağır illərdə tale elə gətirdi ki, İntiqam öz ruhuna uyğun bir vəzifəyə - döyüşkən briqada komandirinin müavini vəzifəsinə təyin edildi. Hərbi əməliyyatlarda çox savadlı, fədakar və cəsur təbiətli bir zabit kimi daim öncüllük edib. Mahiyyət etibarı ilə tutduğu vəzifələr hərbi tərbiyəçi funksiyası ilə bağlı olsa da, onu ordu daxilində “döyüşən komissar” deyə çağırırdılar. İntiqam ana yurdumuzu sevən və sevdirən bir mərd oğuldur. ...





Комментарии
Отправить комментарий