“GÜLLƏM HƏDƏFƏ DƏYMƏLİDİR”
1992-ci ilin
oktyabrında Laçının Sus kəndi uğrunda döyüş planı tutulanda kəşfiyyatın son məlumatı
alındı. Başbilən tabor komandiri Qorxmaz Qarayev zabitlərə qəti sözünü söylədi:
- Son məlumat
inandırıcıdır. Düşmən kəndin içərisində mövqe seçib. Hücum zamanı onlar yalnız
iki yoldan çıxıb qaça bilərlər. Həmin yolları arxadan kəsməliyik.
- Biz də inanırıq
son məlumata, - deyə zabitlər razı olduqlarını bildirdilər.
- Arxadan keçən kəndin
iki yolunu 17 nəfərə tapşıraq. Bir təzə diribaş əsgərimiz var. Gəray Həsənovu
deyirəm. Bu əməliyyata o da getsə, yaxşı olar.
Axşam saat 23.00 radələrində
Laçın polisinin bələdçiliyi ilə Gəraygil Sus kəndinin arxasına doğru tərpəndilər.
Yol meşənin içərisindən keçirdi. Payızın orta ayı olsa da, ağaclar yarpaqlarını
tam tökməmişdi. Ətrafa çökən qatı duman döyüşçüləri həyəcanlandırırdı. Çünki
onlar bir-birini yalnız səslə tanıyır və zahirən özlərini danışıqsız ayırd edə
bilmirdilər. Digər tərəfdən, dumanın qatılığı düşmənin müşahidə qabiliyyətini zəiflədirdi.
Dəstəyə gəncəli
gizir Elşən Abbasov rəhbərlik edirdi. Təcrübəli komandir sıldırımlı qayalıqdan
yol salmağı üstün tutdu.
- Düşmən səngərinin
ara məsafələri minalıdır.
Əsgər Gəray Həsənov
düşmənin 200 metrliyində hazır durmuşdu. Döyüşçülərinin bir-bir düşmən arxasına
keçməsini gözləyirdi. Təxminən gecə saat 2 tamamda igidlərimiz Sus kəndindən
Laçına gedən yolları nəzarət altına aldılar.
Gəray iri bir xəndəkdə
mövqe seçmişdi. Qabaqdan onu görmək, hədəfə almaq mümkün deyildi. Arxadan – düz
yolun ortasından isə onun mövqeyi aydın gözə çarpırdı. Lakin arxayın nəfəs
alırdı. Bilirdi ki, teleqüllədən gələn əlavə hərbi qüvvələrimiz güclü həmlə ilə
arxamıza keçməlidirlər.
Səhər saat 7.15 dəqiqədə
igid komandir Qorxmaz Qarayev hava telefonu ilə əməliyyatın başlanması barədə əmr
verdi. Artilleriya hazırlığı az çəkdi. Qorxubilməz əsgərlərimiz ancaq irəli
gedirdilər. Erməni faşistləri döyüşə-döyüşə geri çəkiləndə Gəraygilin pusqusuna
düşdülər. Masallı igidi Elşən Eyvazov düşmənin bir PDM-ni qumbara ilə sıradan
çıxartdı. Canlı qüvvə sarıdan xeyli itki verən və basıldığını hiss edən erməni
piyadaları meşəliyə dağıldılar. Bu vaxt Gəray Həsənov başını azacıq yuxarı
qaldırıb irəli baxdı:
- Vallah, bu, sürünən
dığaya oxşayır...
Dığa sürünə-sürünə Gərayın
10 metrliyinə qədər çatdı. Lakin hələ bizimkiləri görə bilmirdi.
Gəray yanında mövqe
tutan göyçəli Mehbalı Zeynalabdiyevə və ağbabalı Sərxan Hüseynova üz tutub vəziyyəti
anlatdı:
- Dığa öz ayağı ilə
tələyə düşüb. Siz məni qoruyun, mən onun arxasına keçirəm.
- Gəray, müqavimət
göstərsə, dığanı gülləyə basacağam ha! – deyə Mehbalı cəbhədaşını diqqətli
olmağa çağırdı.
Gəray ehmalca
dığanın arxa tərəfinə süründü. Başını qaldıra bilmirdi. Hər iki istiqamətdən
güllələr sürətlə süzüb keçirdi. Gəray dığaya yaxınlaşıb cəld dikələrək onun
üstünə atıldı və silahını əlindən alıb çığırdı: “Təslim ol!”.
Sanki dığa bunu
çoxdan gözləyirmiş. Dinməz-söyləməz Gəraya çönüb baxdı. Ayağa durub əllərini
yuxarı qaldıranda Gəray onu vurub yerə yıxdı:
- Yerə əyil, ay
donuz balası, yoxsa gəbərərsən. Görmürsən ki, başımızın üstündən güllələr
süzür.
Gəray tutduğu əsiri
sürüyə-sürüyə xəndəyə saldı. Məlum oldu ki, Göyçə ermənisidir. Adı Aşot, soyadı
Arturyandır. 30 yaşı var. 5 dəqiqədən sonra atəş səsləri kəsildi. Qərargahdan xəbər
alındı ki, Sus kəndi düşməndən təmizlənib. Gəray hərbi əsiri aparıb tabor
komandirinə təhvil verdi. Onun bu cəsur hərəkəti ilə əlaqədar olaraq ailəsinə təşəkkür
məktubu göndərildi.
Qorxmaz əsgər Gəray
Həsənovun qəlbi 1988-ci ildən üzü bəri yaralanmaqdadır. Ağbaba mahalının Güllücə
kəndində erməni faşistləri tərəfindən onun ailəsinin, özünün başına açılan
müsibətlər döyüş anlarında sanki təzələnir. Namus, qeyrət təəssübü çəkən bu
igidimizin qibtə ediləsi ən mühüm mənəvi keyfiyyəti qorxmazlığıdır. Gəray düşməndən
ona görə qorxmur ki, onu dərindən tanıyır. Bilir ki, erməni xain və hiyləgərdir.
Eyni zamanda yaxşılıq, mərdlik qanan deyil. Bu qarnıqurdlu millət öz qanını
axıtdıqca sakitləşir. Demək, yeganə nicat yolu düşməni öz qan gölündə
boğmaqdır. Gəray Həsənov döyüşçü qardaşı Şirazla da müharibə mövzusunda
danışanda erməni mənəviyyatı, daşnak xisləti haqqında yekdil fikrə dayaqlanır və
nankor qonşuya birgə lənət oxuyurlar.
22 yaşlı baş çavuş Gəray
Feyzulla oğlu Həsənov Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə 1992-ci ildən
başlayıb. “Mənim hər bir gülləm hədəfə dəyməlidir”, - deyə öz sərrast atış
qabiliyyətinə güvənən və hər gülləsinin qiymətini bilən Gəray Həsənov ordumuzun
nümunəvi igidlərindəndir. Qamışlı döyüşündə qumbaraatan silahla düşmənin bir ədəd
“UAZ”, bir ədəd “Niva” maşınını partladıb – sərrast atışla 8 nəfər yüksək rütbəli
erməni faşistini cəhənnəmə göndərib. Kəlbəcərdə gedən uğurlu hərbi əməliyyatlara
görə Gərayın qəhrəmanlığı yüksək qiymətləndirilib. Respublika prezidentinin fərmanı
ilə baş çavuş Gəray Həsənova “Azərbaycan Bayrağı” ordeni verilib.
4 avqust 1995-ci il
P.S. Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı
kimidir. Gəray bizim qalibiyyət rəmzlərimizdən biridir. Biz həmişə belə mərd
döyüşçülərimizlə şərəf duyuruq!...

Комментарии
Отправить комментарий