Сообщения

Сообщения за май, 2020

DÖYÜŞ ANDI

Изображение
Bu gün bəyan edirəm,   and içirəm torpağa, Mən od adlı yurdumun   halal bir övladıyam And içirəm elimə,   vurğunam bu oçağa, Neçə min yurddaşımın   yalnız bir qanadıyam. Mən imzamı atıram   qürur verən qədərə, Namus ləkə götürməz,   torpaq mənim namusum. Şərəflə and içirəm,   qurban doğma ellərə, Yurdumun sevgisindən   axı   mən necə doyum?! Mən döyüşə gedirəm,   dönməz mənim inadım, Müqəddəs ocaqların   qisası yerdə qalmaz. Qana qan almalıyam,   pozulmaz döyüş andım, Düşmən gora quylanar,   haqq həmləmiz xar olmaz. Ya   ucalan bir qazi,   ya   da şəhid olaram, İşğala son qoyular,   doyar    nifrət yağışı, Qan içən hər yağıdan   zor intiqam alaram, Qatilləri tez   tutar    anaların qarğışı!                       ...

ƏYİLMƏZ BAYRAQ

Изображение
Sənədli hekayə Çox ehtimal ki, Mobilin heç bir xidmət qüsuru, elə fiziki əmması yox idi. Lakin taborun aşbazı təyin edilən gündən etibarən özündən razılıq edə bilmir, komandirin nə vaxtsa ona minnət qoyacağından çəkinirdi. Öz gözündə özünü eybəcərləşdirən tabor aşbazının canında bu cür hisslər, bəlkə də, onun cəbhədaşlarının hər sözünə qarşı həssaslığından, həddindən ziyadə nazikürəkliyindən çözələnirdi. Özünü öz içində nə qədər sorğu-sual etsə də, Mobilə heç kim söz atmırdı. Heç kim demirdi ki, kişi xörək bişirməz, avtomatını əlinə alıb nankor dığalardan xalqının hayıfını çıxar. Tənəli sözləri Mobil Qarsalanoğlu yalnız tənha qalıb duyğulananda özünə deyirdi. Bir qələt eləmişdi ki, tabor komandiri Qurban Qurbanlı “kim yemək bişirməyi bacarır”   - soruşanda ixtiyarsız olaraq şeşələnmiş və “mən hər işi bacarıram”, - demişdi. Bir dəfə cəsarət edib təsadüfən düçar olduğu “qələt” barədə komandirə ürəyini boşaltmağa cəhd göstərmək istəyərkən elə ilk kəlmələrdən dili topuq çaldı...

BİR ƏSGƏR-ANA, DÖYÜŞÇÜ-QADIN VAR

Изображение
Qadının bir müqəddəs borcu varsa, o da ana olmaqdır. Şəxsi həyatı keçməkeşli, acısı şirinindən çox olan Bəsti xanımı tay-tuşları ona görə qınayırlar ki, müqəddəs borcunu yerinə yetirmiş ana kimi onun cəbhəyə getməsi vacib deyil: “Qadın hara, cəbhə hara?! Düşmən qabağına qadın çıxarmaqla özümüzü təhqir etmiş olarıq!” Bəsti xanım töhmətlənsə də, onun ürəyindən keçənləri açmağa dilmanc tapılmır. Daxili sızıntılarının, şəxsi həyat problemlərinin səsi eşidilmir. Özünəməxsus təbəssümlə gülümsəyir, özgənin dərdini çəkir, lakin özününkünü heç kimə vermək istəmir. Əldə-ətəkdə qurdalanmağı öz ləyaqətinə sığışdırmayan bu qadın cəbhəyə gəlişini belə yozur: - Laçının Güləbird kəndində yaşayan rəfiqəm Qətibəyə görə laçınlılarla çox ünsiyyətim olub. Hər dəfə qonaq gedəndə deyirdim ki, erməni quldurları Laçını işğal etsələr, Milli Orduya keçib bacardığımı edəcəyəm. Əhdimi pozmaq istəmədim. Laçınlılardan ibarət könüllü tabor yaranan kimi özümü ora yetirdim. Hərb işində naşı   idim. Məni o...

ERMƏNİSTAN BİZİM ÜÇÜN QARANLIQ MƏKAN DEYİL

Изображение
                                          Vaxt vardı ki, hər addımında təkcə bizə yox, həm də bütün türk dünyasına bəzən mədəni üslubda söz atan, bəzən isə həyasızcasına şər-böhtan yağdıran   Ermənistan bir cilddən digər cildə girərək Dağlıq Qarabağ iddiası ilə informasiya mübarizəsində istədiyinə çata bilirdi. Özünü yazıq bir xalq kimi gözə soxaraq min bir oyundan çıxırdılar. İnternet meydana gəldikdən sonra fəaliyyət imkanlarını xeyli artıran daşnaklar öz taktiki hiylələrini işə keçirmək məqsədilə böhtançılıq manevrlərini aradabir dəyişirdilər. Tarixi həqiqətləri inkar edərkən zora düşsələr də, gücləri çatmayan daşları qaldırmağa çəhd edir, saxta xəbər yayma bicliyinə güc verməklə yanaşı kompüterdən istifadə zamanı ortaya çıxa biləcək riskləri idarə etməyi bacarırdılar. Beynəlxalq meydanlarda yarımçıq kö...

15-19 APREL 1994-cü il: AŞAĞI ƏBDÜRRƏHMANLIYA HÜCUM

Изображение
MƏHƏBBƏTİN ORDU MƏHƏBBƏTİ Zabit Məhəbbət Qəribovu həmişə ordu üçün, milli hərbi qüdrətimiz üçün daxilən yanan görmüşəm. Mənən çox dözümlüdür. Tovuz rayonundandır. Savadlı, mədəni cavandır. Dünyanın hər cür işindən baş çıxarmaq üçün daim çalışır, öyrənir. İdealı Azərbaycan ordusudur. Kiçik qələbəmizi böyük hesab edir. Deyir ki, biz iki ölkə ilə vuruşuruq... Məhəbbət orduya əsgər kimi gəlmişdi. İndi bölük komandiridir. Mənəvi və fiziki qüvvəsinin tam gərginliyi ilə döyüşür. Cəsur, dərrakəli, təşəbbüskar əməllərinə görə ilk zabit rütbəsi alıb. Dönə-dönə deyir ki, güclü ordu yaratmaq üçün əsas 3 şərt vacibdir: mənəvi-psixoloji hazırlıq, fiziki hazırlıq, hərbi hazırlıq. Onun sınaqdan dəyanətlə çıxmış bölüyü bu şərtlərə əməl etdiyinə görə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində erməni piyadaları qır-saqqız olub səngərdən yapışsalar da, bölüyün qarşısına qoyulan vəzifə yüksək döyüş göstəriciləri ilə yerinə yetirildi. SIÇRAYIŞ Aprelin 15-də Məhəbbətin bölüyünün sağ və...