İNTİQAM İNTİQAMA SƏSLƏYİR
Cəsur
döyüş komandirim İntiqam Mirzəyevə ithaf edirəm
İntiqam ordumuzun bir məğrur komissarı,
Qisməti
üstün olmaq, yoxdur onun uyarı,
Hərbi
səmtdən baxımı seçər düzgün qərarı,
İntiqam
intiqama səsləyir ordumuzu!
Hər əməli
başında yurd sevgisi bir hakim,
O, torpağı öpərkən vəcdə gəlir ürəyim,
O,
diri bir şəhiddir, nəyə gərək mütərcim?!
İntiqam
intiqama səsləyir ordumuzu!
Kəlbəcər
savaşında qoşunun ruh dayağı,
Bağırlı dağ döyüşü İntiqamın od çağı,
Əridi qorxusundan düşmənin ürək yağı,
İntiqam
intiqama səsləyir ordumuzu!
Ömər dağ basqısında İntiqam söz xəncəri,
Yağı boynunu əydi onun aslan hünəri,
Uğurlu
xidmətinin saya gəlmir günləri,
İntiqam intiqama səsləyir ordumuzu!
Yayıldı hissə-hissə şad döyüş vərəqəsi,
Dillərdə
əzbərləndi nikbin ruhlu kəlməsi,
Sözlə
yıxdı düşməni, heyran etdi hər kəsi,
İntiqam
intiqama səsləyir ordumuzu!
Onun odlu vicdanı dönə-dönə deyinir,
Beynində
dayanmadan amansız döyüş gedir,
Onun dərdinə dərman ordu qələbəsidir,
İntiqam intiqama səsləyir ordumuzu!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий