ERMƏNİSTAN TƏLAŞ İÇƏRİSİNDƏDIR
Koronavirus
pandemiyasının qıfılı tapılmayan sirləri bütün dünyanı sarsıtmaqdadır. Ən çox təlaşa
düşən dövlətlərdən biri öz gücü ilə yaşaya bilməyən Ermənistandır. Ayaq üstündə
dura bilməyən iqtisadiyyatı ilə yanaşı işğalçı ölkənin ordusu da səngərdə
virusla mübarizədə başını itirib. Mart ayından başlayaraq erməni ordusunda
yaranmış koronavirus pandemiyasının yayılması haqqında ətraflı məlumat verilməsə
də, rəsmi olaraq 35 nəfərdən test götürüldüyü və onlardan 6-da cavabların müsbət
olduğu açıqlanıb. Habelə bildirilib ki, yoluxanların arasında həm zabit, həm
gizir, həm də müqaviləli hərbi qulluqçular var. Ümumən desək, Ermənistanda
koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir.
Sabiq baş nazir Qrant Baqratyan etiraf edir
ki, martın ortalarında Ermənistanda fövqəladə vəziyyət elan ediləndə cəmi-cümlətanı
18 koronavirus xəstəsi vardı, indi bu göstərici 2619-dur. Yəni yoluxanların
sayı az qala 146 dəfə artıb. Martın 15-də dünyada hər yüz min adama 2 xəstə
düşürdü. Ermənistanda isə 0.4 xəstə. Hazırda dünyada hər yüz min adama 46 xəstə
düşür. Ermənistanda isə bu rəqəm 91-ə çatıb. Ölkənin bəzi mətbu orqanları, o
cümlədən müxalif mövqeli erməni saytları bu informasiyanın gerçəkliyinə şübhəli
münasibət sərgiləyərək mövcud vəziyyətin daha çox ağırlığından xəbər verirlər.Təbii
ki, bu yanaşma tipik erməni xislətinə doğma yanaşmadır.
Aprelin 14-də erməni deputat Sipan
Paşinyan sosial şəbəkədə “İcevan mənşəli ukraynalı iş adamı Andranik Qazaryan tərəfindən
maliyyələşdirilməklə 1100 ehtiyacı olan ailəyə əsas ərzaq məhsullarından ibarət
sosial yardım göstəririk” deyərək bir şərh yazıb. Ermənistanın “Joğovurd” nəşrinin
məlumatına görə, yoxsullar üçün nəzərdə tutulan həmin bu qida məhsulları Ermənistan
Müdafiə Nazirliyinin əməkdaşlarının diqqətini çəkib və gecə saatlarında ərzaq
torbalarını qarət etmək qərarına gəliblər. Görün erməni ordusu nə gündədir.
Soyğunçuluq edən şəxslər – Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Qeğam
Saruxanyan, Qarik Petrosyan və Erik Meliksetyandır. Onlar hərbi qulluqçulardır.
Demək, özünü saxlaya bilməyən ac-yalavac daşnak ordusu gecə-gündüz yalnız öz
soyğunçu niyyətini düşünür.
İşğalçı ölkədə siyasi-iqtisadi böhran gündən-günə dərin qatlara işləyir.
Hələ bu harasıdır. Bu azmış kimi Ermənistan-Rusiya, Ermənistan-Amerika münasibətlərində
eniş müşahidə olunur. Rusiya qazın qiymətini qaldırır, Amerika isə Ermənistanın
5 şirkətini qara siyahıya salıb. Belə ki, martın 16-na olan vəziyyətə görə, Ermənistanın 5 şirkəti ABŞ Ticarət
Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun qara siyahısına daxil edilib.
Siyahıya daxil edilmiş şirkətlər ABŞ tərəfinin lisenziyası olmadan Birləşmiş
Ştatlardan məhsul ixrac etmək, yenidən ixrac etmək və ya ölkə daxilində köçürmək
hüququna sahib deyil. Bunlar Ermənistan Baş Mülki Aviasiya İdarəsinin keçmiş rəisi
Artyom Movsesyanın əmisi Rafik Movsisyana aid aviaşirkət olan “Vertir” MMC,
beynəlxalq şəbəkənin bir hissəsini təşkil edən “Veteren Avia” MMC, “İrəvan Əlaqə
Vasitələri Tədqiqat İnstitutu” QSC və “Markel” QSC-dir . Bax, bunlar erməni nankorluğunun acı aqibətidir.
Mövqeyi sürüşkən olan fərsiz erməni
“inqilabi hakimiyyətinin” sərsəmliyi erməni xalqına hələ çox bəlalar bəxş edəcək. Nə yalancasına irəli sürülən cəfəng iddialar,
nə də qətiyyətsiz hərəkətlər Ermənistan tərəfinin zəifliyini maskalaya bilmir.
Ön atəş xəttində zəif iradəli Ermənistan güclü iradəli Azərbaycanın təsir dairəsində
çabalamaqdadır. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi
general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər
heyətinin ön xətdə yerləşən hərbi hissələrə səfəri erməni tərəfini yaman qarın
ağrısına salıb. Döyüş havasından çox
qorxurlar. Buna baxmayaraq yenə də İrəvanın militarist ritorikası ucalmaqdadır.
Deyirlər ki, guya Azərbaycan tərəfi davakarlığı artırır və ön xətdə təxribatlara
əl atır. Bu səbəblərə görə Ermənistan Ordusu müasir müşahidə cihazları ilə təmin
edilib ki, cəbhə bölgəsinə nəzarət işi gücləndirilsin. Lakin azmış daşnak ağlı
tamam iqtidarsız bir həddə düşüb. Məgər müşahidə gücü olmadan onlar bizim
gücümüzə bələd deyil. 2016-cı il aprel yumruğunun zərbəsindən hələ erməni
ordusunun qulağı kəskin gülultudan savayı bir səs duya bilmir. Hələ daim bərələ
qalan sarsaq dığa gözlərini demirəm. Növbəti zərbədə onların hamısı kar və kor
bir duruma düşəcək. Biz geri çəkilən deyilik. Mövqeyimiz dəyişilməzdir: Bəşəri
simaya malik olmayan faşist daşnak hökuməti
ya Dağlıq Qarabağdan geri çəkilərək sülhə qol çəkməli, ya da qan içində
boğulmalıdır, başqa yol yoxdur!
Daha sarsıdıcı bir fakt: Koronavirus
bəlasına qarşı əlacsız qalan Ermənistan daim xəyanət etdiyi Türkiyə dövlətinə
kömək üçün əl uzatdı. Çünki əlacı kəsilmək üzrədir. Dilənçi vəziyyətinə düşən xalqı da, təminat qıtlığı ucbatından soyğunçuluğa meyil salan ordusu da koronavirus qarşısında diz çöküb. Bəli, Türkiyə ona tərəf uzadılan bu əli göydən asılı vəziyyətdə
saxlaya bilərdi. Bunu etməyə haqqı da
çatırdı. Çünki Ermənistan təkcə saxta genosid oyunları ilə türklərə qarşı
saysız biabırçı əməllər törədib. Lakin tarixən dünyada əzəmətli mərhəmət sahibi
kimi sevilən Türkiyə öz yardım əlini qabağa verdi və xain qonşuya kifayət qədər
təminat yaratdı. Əlbəttə, bu humanist addımı İslam əxlaqına sahib olan kəs heç
bir halda pis dəyərləndirə bilməz. Lakin bu yardımın daşnak kontekstində ağla gəlməyən
bir əmması var: görəsən, Türkiyənin bu humanist addımından erməni xalqı bir ibrət
dərsi ala biləcəkmi?! Hələ ki, bu suala cavab vermək tezdir…
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий