DÖYÜŞ ANDI




Bu gün bəyan edirəm,  and içirəm torpağa,
Mən od adlı yurdumun  halal bir övladıyam
And içirəm elimə,  vurğunam bu oçağa,
Neçə min yurddaşımın  yalnız bir qanadıyam.

Mən imzamı atıram  qürur verən qədərə,
Namus ləkə götürməz,  torpaq mənim namusum.
Şərəflə and içirəm,  qurban doğma ellərə,
Yurdumun sevgisindən  axı  mən necə doyum?!

Mən döyüşə gedirəm,  dönməz mənim inadım,
Müqəddəs ocaqların  qisası yerdə qalmaz.
Qana qan almalıyam,  pozulmaz döyüş andım,
Düşmən gora quylanar,  haqq həmləmiz xar olmaz.

Ya  ucalan bir qazi,  ya  da şəhid olaram,
İşğala son qoyular,  doyar   nifrət yağışı,
Qan içən hər yağıdan  zor intiqam alaram,
Qatilləri tez  tutar   anaların qarğışı!

                                             İbrahim Məsimoğlu


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”