ACLIQ DÖZÜMÜ



                        

Qışın ağır oğlan cağı Murov yolu qarlandı,
Qar qalxdı qurşaq boyu, ərzaq yolu bağlandı,
Tanklar qara pərçimləndi, ümid yeri daşlandı,
Mətin birinci briqadam, ac olsa da vuruşdu.

İgidlər boğdu ölümü, həm də aclıq hissini,
Kəsdi daşnak kələyini, qorunma çarəsini,
Azad etdi on üç kəndi, boşaltdı öz hirsini,
Mətin birinci briqadam, ac olsa da vuruşdu

Şaxtalı qar    bağlantısı bizi sınağa çəkdi
Ordu azadlıq eşqiylə özünə toxtaq verdi
Nə qurumsaq dığalara , nə aclığa baş əydi          
Mətin birinci briqadam , ac olsa da vuruşdu  
                                                                                                                                        Üç  gün asta uzandı qoşun  ərzaq qıtlığı,
Basılan düşmən qüvvəsi duymadı bu aclığı,
Ruhumuza qida verdi azad vətən torpağı,
Mətin birinci briqadam, ac olsa da vuruşdu.

Yeni bir silah qazandıq- bu da aclıq dözümü,
Yaşa ordumun  əsğəri,   sən doğrultdun özünü,
Sıramıza ilk gələn gənc,   unutma bu sözümü,
Mətin birinci briqadam ,  ac olsa da vuruşdu.
  
                           İbrahim   MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”