HƏYƏCANLI BİR XƏBƏR ALMIŞAM...


                              

      Möhtərəm səngər qardaşlarımız, dünən cəsur və çox vətəncanlı döyüş komandirim, 1-ci qrup müharibə əlili, ehtiyatda olan polkovnik-leytenant İntiqam Bahəddin oğlu Mirzəyevin səhhəti ilə bağlı həyəcanlı bir xəbər almışam. O, ani olaraq ürək infarktı keçirdiyinə görə çox ağır bir vəziyyətdə “Bakı Medikal Plaza” klinikasına təxliyə edilib. Həkimlər onun  mövcud durumunu çox ağır hesab edirlər. Müvafiq müayinələrdən sonra açıq ürək əməliyyatı keçiriləcək.
     Deyirlər ki, xəstəlik atlı gələr, piyada gedər. Ümidvaram ki, uca Allahımız müqəddəs qazimizə  vaxtında şəfa verəcək və bizləri hədsiz sevindirəcəkdir. Bütün yurdsevər imkanlı soydaşlarımızı, müqəddəs silahdaşlarımızı  qəfil surətdə dar vəziyyətə düşən əlil qazimizə hərtərəfli yardım etməyə səsləyirəm. Gəlin çox hörmətli səngər qardaşımıza bu müşkül durumunda maddi-mənəvi dəstək verək.
      İlk günlərdən etibarən ordu quruculuğu sahəsində layiqli xidmət göstərmiş, uğurlu və çox ağır hərbi əməliyyatlarda mərdanə iştirak etmiş İntiqam Mirzəyevin səhhətinin tam yaxşılaşdırılması barədə şad xəbəri səbirsizliklə gözləyirik. Keşməkeşli səngər ömründə yaş torpaq yatağı, daşlar balıncı, göy üzü yorğanı olan igid qazimizin bu bəlası, inşallah, hünərvər həkimlərimizin zəngin bilik və təcrübəsi hesabına dəf ediləcək. 
    Ümidimiz üzülən deyil. Çünki uca Tanrımız həmişə qazilərin yanındadır.  İmdad eylə, yardım eylə, mədəd eylə Allahım!
                                                                    
                                                               İbrahim MƏSİMOĞLU

        P.S. ƏTRAFLI VƏ DƏQİQ MƏLUMAT ALMAQ ÜÇÜN ƏZİZ VƏ ÇOX HÖRMƏTLİ QAZİMİZİN OĞLU ƏLİ MİRZƏYEVİN CİB TELEFONUNUN NÖMRƏSİNİ TƏQDİM EDİRƏM: 055 211 50 52

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”