SÖZÜM XAİN DÜŞMƏNƏDİR
Gözlərə pərdə asma, ac qalacaq ürəyin,
Şeytanlıq nəyə lazım, yerə
gələr kürəyin, Həyatda hec olmasa, bir kərə haqq söyləyin, Sənə kəfən olacaq qara qanlı köynəyin.
Haramlıqla ucalan dağın qar görən deyil,
Qarabağ göyərsə də sənə bar verən deyil!
Haram qatma tarixə, sənə kim verdi riza?!
İyrənc bəd əməllərin yığdı bizi boğaza,
Dönük çıxdın qonşuya, yerin düşdü ayaza,
Ay yağı, daha gecdir, sən gedirsən güdaza.
Haramlıqla ucalan dağın qar görən deyil,
Qarabağ göyərsə də sənə bar verən deyil!
Sənə təkcə torpaq yox, havamız da
haramdır,
Süni dövlət, haram yurd: bu necə bir
yaşamdır?!
Yalana inanan kəs olsa da bir avamdır,
Əyri yolun yolçusu əvvəl-axır nakamdır!
Haramlıqla ucalan dağın qar görən deyil,
Qarabağ göyərsə də sənə bar verən deyil!
Səndən giley eləyir neçə Alban kilsəsi,
Gəlir özül daşından azəri türkün səsi,
Sənə qənim olacaq Qarabağın nəfəsi,
Şuşasız heç yaşamaz Azərbaycan ölkəsi!
Haramlıqla ucalan dağın qar görən deyil,
Qarabağ göyərsə də sənə bar verən deyil!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий