ONLARI TÜLKÜ AQİBƏTİ GÖZLƏYİR
Deyəsən, bu il bizim üçün
çox əlamətdar olacaq. Ordumuz sürətlə qüdrətlənir. Düşmən bağrını qana
bulayacaq modern silah və texnikalara sahib oluruq. Səbirli və dəyanətli
mövqeyimizdən bütün dünya da yaxşı xəbərdardır. Nəticə verməyən sülh
danışıqlarından boğaza yığılan xalqımız düşmənə qarşı həlledici döyüşlərin
başlanmasının labüd olduğunu açıq şəkildə bəyan edir. Ölkə rəhbərliyi
tərəfindən də geç və ya tez bir zamanda orduya hücum əmrinin veriləcəyindən söz
açılır. Erməni ordusu isə bir tərəfdən geri gedir, təminat problemləri artır, əsgərləri
ön xətdə deyil, qeyri-döyüş şəraitində gəbərirlər. İlin əvvəlindən çox xeyirli
xəbərlər alırıq. Gəbərən də, gəbərdən də ermənidir. Yanvarın 1-dən fevralın 16-na
qədər Ermənistan ordusunda 11 əsgər cəhənnəmə vasil olub. Biri özünü intihar
edir, biri digərini öldürür, biri də qəzaya tuş gəlir.
Son günlər ermənilərin "Epress.am" saytında
yayımlanan və geniş rezonans verən bir xəbər barədə də düşmən ölkədə söz-söhbət
kəsilmir. Qeyd edilir ki, 24 yanvar 2020-ci il tarixində Ermənistanın işğalçı
ordusuna çağırılan Albert Şaroyan adlı bir çağırışçının səhhətində ciddi
problemlər var imiş. Belə ki, onun bir ayağı digərindən qısa olduğuna görə çətinliklə
yeriyir. Üstəlik “ayaqaltı düzlük” deyilən xəstəliyi də var. Amma bu xəstəlik
komissarlıq tərəfindən onun xidmətə yararlı olmadığını elan etməsinə mane
olmayıb. Etiraz edilsə də, komissarlıq qanunsuz hərəkət edib. Çağırışdan sonra əsgər
adını almış Albert Şaroyanın durumu daha da pisləşib. Bu barədə
"Epress.am" saytına Helsinki Vətəndaş Assambleyasının Vanadzor
ofisinin sülhməramlı şöbəsinin koordinatoru Arminə Sadikyan məlumat verib. Əsgər
ailəsi şikayət edir ki, problemin həll edilməsi üçün tərpəniş yoxdur.
Sözügedən erməni əsgərin bacısı Kima
Şaroyan “Feysbuk” sosial şəbəkəsində öz statusunda qardaşının dərdini belə
açıqlayır: “Xahiş edirəm ki, səhhətində problem olan uşaqların bu gün hərbi xidmətə
çağırılması ilə bağlı fikirlərini paylaşsınlar. Dağlıq Qarabağda xidmət edən
qardaşım yaman gündədir. Doğuşundan bəri ayaqları ilə bağlı problem onu incidir,
əlildir, lakin çağırışla bağlı tibbi müayinələr zamanı xidmətə onun yararlı
olduğu "bildirilmişdi". Bu vəziyyətə siz də uyğun gəlirsiniz, ya yox?
Gəlin bu söhbəti ətraflı mühakimə edin. Qardaşım əsgər kimi bu günə qədər keçirilən fiziki məşqləri edə bilməyib. Heç kim bu məsələni
mümkün qədər tez həll etməyə çalışmır. Onu ordudan çıxarmaq əvəzinə ağrıkəsici
iynələr vurmaq üçün tibb mərkəzinə göndərirlər, bu da heç bir müsbət nəticə
vermir”...
Erməni əsgər bacısının sözlərinə görə, həm
Ermənistanın Müdafiə nazirinə, həm də hökumət başçısına bu barədə müraciət edilib,
lakin hələ cavab yoxdur. Sözün açığı, dərinləşən və müxtəlif ictimai
partlayışlara səbəb olan düşmən problemlərinin sosial şəbəkədə müzakirəsi bizə
xoş gəlir. Əvvəla, erməni bizim üçün haqlı rəqib deyil. İkincisi, öz dövlətinə
müstəqil olaraq sahiblik edə bilməyən, öz xalqına mənasız müharibə girdabında əzab
verən səfeh bir ölkə rəhbərlərinin siyasi didişmələrini, intihar hallarını
onlara verilən ilahi bir cəza kimi qəbul edirik. Ədalətsiz düşmənin qərəzli
düşmənçiliyi özünə qənim kəsilib. Bəşəri nizam həddini aşan, başıpozuq Ermənistan
dövlətindən ayrı nəsə haqlı bir iş gözləmək olarmı?!
Haşiyə çıxdığımız erməni əsgər
probleminin bir mühüm cəhətini qabartmaq istəyirəm. Niyə xəstə və əlil ermənilər
yararsız hesab edilsə də, hərbi xidmətə aparılır? Bu sualı cavablandırmaq üçün
gerçək faktlar az deyil. Hələ Dağlıq Qarabağ savaşının əvvəlində Ermənistan səngərə
sala biləcək qüvvəni çətinliklə tapa bilirdi. İmkan əldə edənlər bir bəhanə
yolu ilə ölkədən qaçırdılar. Odur ki, bir aylıq fasiləsiz döyüşdən sonra komissarlıq
İrəvan polisini toplayıb döyüşə göndərirdi. Murdar daşnak siyasətinin “Böyük
Ermənistan” hay-küyçülüyünün iç üzünü o zaman biz yaxşı görmüşük. Yalnız sadə
ermənilər güdaza verilir, daşnak başçıları isə var-dövlət yığırdılar. İndi
ordunun canlı qüvvə qıtlığı böyük problemə dönübdü. Çünki ölkə xaos içindədir. Əhali üçün əsas
çıxış yolu Ermənistanı tərk etməkdir. Erməni ekspert Liya Xocoyan bildirir ki,
əmək qabiliyyətli insanlar ağır sosial şərait, işsizlik, məhkəmə
instansiyalarının ədalətsizliyi, korrupsiyanın hədsiz artması, oliqarxlaşma və
inhisarlaşma səbəbindən köçüb gedirlər. Onun sözlərinə görə, yeni hökumət
ölkədə əsl iqtisadi xaos yaradıb və vəziyyətdən çıxış üçün xarici borclara ümid
edir. Amma bu borcu ödəmək getdikcə daha müşkül olur. Təbii ki, belə vəziyyət
daha çox sayda insanların Ermənistanı tərk etməsinə rəvac verir. Ümumiyyətlə,
qarşıdakı dövr ərzində ölkəni böyük demoqrafik problemlər gözləyir.
Əgər sabah döyüş başlasa, Ermənistan səngərə
salmağa adam tapa biləcəkmi?! 1992-93-cü illərdə pul gücünə rusları qabağa
verirdilər. Onlar da yavaş-yavaş formalaşan ordumuzun tutarlı zərbələrini
aldıqdan sonra geri çəkiləsi oldular və “daha Azərbaycan ordusu var, bizə ölüm
gətirən pul gərək deyil” deyərək erməni fitnəsinə arxa çevirdilər. Bu həqiqətlərə
müharibə veteranlarımız əyani şəkildə yaxşı bələd olmuşlar.
Belə çox davam etsə, hərbi nöqsan və
eyibli əməllərdən əli əsən düşmənimizin əl-ovucunda bir şey qalmayacaq. Di gəl
ki, dil boğaza qoyulmur. Görmüşük ki, eyibli adam öz eyibini dərk edə bilsə,
başına palaz çəkər, utanc görkəm alar. Ermənilər isə tülkü dərisi geyib
bir-biri ilə didişir və hiyləgər oyun oynayırlar. Çox ehtimal ki, onları tülkü
aqibəti gözləyir. İnşallah, şir pəncəsi altında biryolluq can verəcəklər.
İbrahim MƏSİMOĞLU,
müharibə
veteranı, ehtiyatda olan polkovnik-leytenant



Комментарии
Отправить комментарий