LİDER TABOR KOMANDİRİMİZ
Müdriklərin
söz işığında bir kəlam biz döyüşçüləri çox düşündürür: deyilir ki, müharibədə
bir tərəf udur, sülh şəraitində isə hər iki tərəf. Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı olaraq bu fikir müəyyən qədər bizə də aid edilə bilər. Lakin indiki durum
məni heç məmnun etmir. Savaş meydanında əsl uduş istəyirəm. Düşmənimiz sağ-əməlli
qüvvə olsaydı, barışığa imza atardıq, amma “hay” deyilən bir cındır millətin
dizini qırmaq bizdən ötrü, necə deyərlər, “bir üstəgəl bir” misalı qədər asan və
sadədir. Ola bilsin ki, mənim bu sözlərimə kimsə şübhə etsin. Yəni ehtimal edirəm
ki, ordumuzun ilk dövrlərindən yaşadığımız böhranlı hallardan, dövlətçilik
işinin kəm-kəsirlərindən, çətinliklə olsa da, arxalı erməni daşnaklarına qarşı
hərbi əməliyyatlarda qazandığımız uğurlardan, habelə düşmənin hələ son nöqtəsi
qoyulmayan işğalçı əməllərindən tam xəbəri olmayanlar da ola bilər. Hər bir
halda biz susmamalıyıq.
Ordumuzla
bağlı olaraq həm məlumatlı, həm də məlumatsız yurdkeşlərimiz üçün ürəyim sözlə
doludur. Bir müharibə veteranı kimi mövqeyim dəyişməzdir: Biz heç vaxt ana
yurdumuzun müdafiəsi üçün döyüşçü postundan üz döndərməmik. Tariximiz göz
qabağındadır. Ərlik keyfiyyətlərinə görə seçilən xalqımızın hünərvərliyinə hünər
çatmaz. Biz xain düşmənə uduş verən sülhə razı deyilik, həmişə döyüşçü olmağa
hazırıq. Ona görə də baş qatmaq mahiyyəti daşıyan mənasız sülh danışıqları qəlbimizə
xoş gəlmir. Bu qətiyyətli qərarı verənlər yüzlərlədir. Onlardan biri də Azərbaycan
Silahlı Qüvvələrinin təməl daşını qoyan ilk motoatıcı briqadamızın lider
döyüşçüsü, ehtiyatda olan polkovnik-leytenant Qurban Teymurxan oğlu
Qurbanovdur.
Səngər
qardaşım Qurban Qurbanovun əsil-nəcabəti adi kəndlərlə bağlı deyil. Milli el qəhrəmanımız
Alının adından öyünən tarixi Faxralı kəndindəndir. 1965-ci il oktyabrın 6-da bu
kənddə dünyaya göz açaraq halal zəhmətlə yaşayan ata-anasının qoyduğu vətənçilik
dəst-xətti ilə kamilləşmişdir. Ona “lider döyüşçü” deməyimin real əsasının gerçək
mənbələri intəhasızdır. Qurban səngər tariximizin ilk imzalarındandır. Şıxov
könüllü döyüşçü yığnağının mərdanə iştirakçısı kimi sözü ilə əməli bir
olmuşdur. Savaşdan-savaşa onun
yetişdirdiyi döyüşçülərin himayəsi, təlim-tərbiyəsi altında təbii axarla bu gün yeni milli cəngavərlər ərsəyə
gəlməkdədir. Qurbanın ənənəsi kəsilmir. Ordudaxili liderlik meyilləri daha da
geniş miqyas alır. Onun təmsil etdiyi şanlı 1-ci tabor qəhrəmanlıq əməlləri ilə
müstəqilliyimizin ilk dövründə beynimizə soxulan müəyyən təfəkkür stereotiplərini
çilik-çilik etdi. Sübut olundu ki, biz ordu yarada bilərik və daha yüksək
döyüşçü dəyərlərinə malik bir silahlı qüvvə kimi qalib də olarıq. Necə ki, şəninə
mahnılar bəstələnmiş 1-ci taborumuzun basılmaz igidləri Dağlıq Qarabağ
savaşında məsul və həlledici məqamlarda murdar dığalar tərəfindən önə çəkilən
ruslardan ibarət xüsusi təyinatlı qüvvələrə tutarlı döyüş dərsi verə-verə
varlığımızı düşmənə yaxşıca qandırdılar.
Bir
tutarlı sualım var: Seysulan döyüşündə savaş xəttini Yevlax rayonuna qədər
uzatmaq xülyasına düşən dığaların önə çəkdikləri rus xüsusi təyinatlılarının
dizini kim qırdı?! Bəlkə də, bu həqiqət bəzi siyasiləşən qüvvələrə qaranlıq
içində görünür. Bu gerçəkliyə kim kölgə sala bilər?! Mən canlı şahid kimi
danışıram. Həmin döyüş istiqamətində bir hərbi hissəmiz öz komandir müavinini
itirdi. Bu məqamda 701 saylı döyüşçü heyəti önə verildi. Xilaskar adı qazanmış
döyüşçüləri ilə öyünən 5-ci taborumuz isə iti sürətli Seysulan savaşında köməksiz
dayana bilmədi. Bu zaman əməliyyata Qurban Qorbanovun rəhbərliyi altında “dəmiryeyənlərimiz”
cəlb edildi. Döyüş prosesi yaman qızışdı. Düşmən tərəf göstərdiyimiz peşəkar
savaşqanlığa məəttəl qaldı. 1-ci taborun mətin döyüşçü zəncirini qıra bilməyən
xüsusi damğalı “ağ ayılar” gənc savaş peşəkarlarının hünəri qarşısında susmalı
oldular. Necə deyərlər, “ağ ayıların” qorxudan qanı qaraldı. Onların varlığına
çökən susqunluq hətta “Krasnaya zvezda” qəzetinin səhifələrində dilə gətirildi:
“Biz daha Dağlıq Qarabağ uğrunda döyüşlərə getməkdən vaz keçirik. Çünki daha Azərbaycan
Ordusu mövcuddur. Biz döyüşdə ölürük...” Bu etiraf muzdlu rus döyüşçülərinin
etirafı idi!... Bəli, əsaslı deyilmişdi. Söz yox ki, bu etiraf bizim 1-ci
taborun məğlubedilməz və çox cəsur döyüşçüləri, lider komandirimiz Qurban
Qurbanovun ağıllı taktiki gedişləri hesabına hasilə gətirilmişdi.
Seysulan döyüşü barədə milli hərb tariximizə
saldığım səngər reportajlarımdan bir haşiyə çıxmaq istəyirəm: “Döyüşçü əsgərimiz
İmran İbrahimovun “bəxşeyiş”i daha qiymətli oldu. O, dünəndən bizimkilərə aman
verməyən düşmən tankını qumbara ilə düz mühərrikindən odladı. Tank son nəfəsdə
lüləsini üstümüzə tuşlayıb üç mərmi atdı. İmran bundan əsəbiləşib bir dizini
yerə dirədi və ikinci qumbaranı atdı. Bu dəfə tankın səsi birdəfəlik kəsildi…
İmran İbrahimov şəhid olmuş silahdaşının cəsədini
çıxarmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin
çiynindən çəkə-çəkə arxaya sürünürdü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri
gəlib çıxdı. Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə hazır
dayanmışdı. Uzaqbaşı eyni məqamda hər ikisi atəş aça bilərdi. Nədənsə, rus əvvəlcə
qımıldanmadı. Lal oyunu başlandı. Rus əsgəri əli ilə soruşdu ki, nə edirsən?
İmran da lalsayağı başa saldı ki, cəsədi aparıram. Rus barmağını silkələyə-silkələyə
onu hədələdi. Amma ani olaraq arxasını çevirib uzaqlaşdı. İmran, imkan olsa da,
onu arxadan vurmadı:
- Arxadan vurmaq kişilikdən deyil…
Qanlı Seysulan döyüşünün üçüncü günü bizim
həmləmizlə başladı. Geri alınmış mövqelərdə zabit İlqar Dadaşov gecə ikən
etibarlı səngərlər qazdırmışdı. Tünbətün olmuş düşmən də yeni qüvvələr gətirmişdi.
1-ci taborumuz taboru heç vaxt üzləşmədiyi güclü müqavimətlə rastlaşmışdı...”
Döyüşün
qurtaracağı məsul bir məqamda muzdlu rus zabiti ilə bir dığanın mübahisəli söhbətini
eşidən döyüşçü əsgərimiz İmran İbrahimov görün nə söyləyir: “ Dığa təkidlə
deyirdi ki, döyüşü dayandırmayın. Muzdlu rus zabiti isə ona hirsli bir halda
söyərək dedi ki, bu savaş ermənilik deyil, döyüşü biz başlamışıq, biz də
dayandırırıq. Daha Azərbaycan Ordusu var. Biz döyüşdən çıxırıq!...”
Amma hirsindən dodağını çeynəyən Qurban Qurbanova motoatıcı briqada
komandanlığından kimsənin “dayan” kəlməsini deməyə ürəyi gəlmirdi. Hamı bilirdi
ki, dayanmağı inkar edən Qurban çox haqlıdı. Biz düşməni öz “uca arxası” ilə
birgə əzirdik. Di gəl ki, qan bahasına qazanılan irəliləmə fürsət bir gün içərisində
əldən çıxarıldı. Lap yuxarıdan gələn əmrə qarşı etiraz səsləri ucalsa da, axşam
cağı operativ tapşırıqlara yerindəcə əməl
edildi. Beləliklə bu gün bizi boğaza yığan və düşmən tərəfə nəfəs dərmək şansı
verən o qaraüzlü atəşkəsin ilk addımını atmalı olduq!
Bəzən kal təfəkkürə malik olan
adamlar haqq anlayışını gec dərk edirlər. Lakin bu dərketmə labüddür. Çünki
haqsızlıq anlayışı beynimizə güclü təsir edəndə tez haqq yoluna gəlirik. İndi
ulu tarixini qəlbimizdə yaşatdığımız Dağlıq Qarabağ haqqını, viranə qalmış ana
yurdumuzun işğal faktının həqiqi mahiyyətini
bilməyən varmı?! Bu qədər süstlük olar?!
Mən istər mülki olsun, istərsə də hərbçi kollektivi olsun, bütün
kollektivlər arasında bir müharibə iştirakçısı kimi insan psixologiyası
baxımından böyük fərq görmürəm. İş, yaxud xidmət qanunları eyni olmasa da, mənəvi
tələblər həmişə hakimdir. Bu mənada 1-ci taborun komandiri obyektiv səbəblərə
görə dəyişildikdən sonra kənar taborlardan ehtimal edilən fikirlər heç bir
halda öz real təsdiqini tapa bilmirdi. Gənc ordumuzun ilk illərində nizamsız,
qarmaqarışıq və təzadlı məqamlara tez-rez təsadüf edilirdi. Bəzən kollektivlərdə
vəzifədə birinci yeri tutan komandir hörmət sıralamasında axırıncı yeri
tuturdu. Bəzən ciddi bir şəkildə heç subordinasiya ovqatı hiss edilmirdi. Ona
görə də ayaq yoluna gedən komandirin dalınca təsadüfi bir istiqamətdən qumbara
atılırdı. Yaxud dilinə yiyəlik edə bilməyən bir tabor komandiri açıq bir şəkildə
hamının ölüm hədəfinə çevrilirdi. Lakin bu sayaq xoşagəlməz hallar da çox davam
edə bilmirdi. 1-ci taborun isə öz mənəvi dərinliyi vardı. Qurban bu dərinliyə
sahib olan bir döyüşçü idi. Tabeliyində olan zabit və əsgərlərə savaş
ustalığını ustalıqla öyrətməyi yaxşı bacarırdı. Səbəbsiz deyil ki, 1-ci tabor mətin
şəxsi heyəti öz şərəfli döyüş tarixində uğurlu hücum və həmlələrə görə yüksək
qiymətli təltiflərin çoxunu məhz Qurban
Qurbanovun komandirliyi dövründə qazanmışdı. Xüsusi şücaət və misilsiz qəhrəmanlıq
nümunələrinə görə cəmi 12 medal və ordenin verilməsi barədə vəsatət onun imzası
ilə yuxarı komandanlıq qarşısında qaldırılmışdı.
Şaxtalı,
qarlı-boranlı bir şəraitdə Murovdağ hərbi əməliyyatını mərdanə bir tərzdə həyata
keçirən 1-ci taborun döyüşçüləri
motoatıcı briqadamızın daxilində “dəmiryeyənlər” adını qazanmışdılar. Bu
şərti ad sonralar yuxarı komandanlıq tərəfindən də məmnunluqla qəbul edilirdi.
Ən basılmaz nöqtələrə “dəmiryeyənlər” sorğu-sualsız göndərilirdi. Ordudaxili
sönməz güc və nüfuz sahiblərinin ad gerçəkliyi bacarıqlı tabor komandiri Qurban
Qurbanovun hərbi taktiki gedişləri sayəsində yeni hünər formaları biçimində qəlbimizi
dağa döndərirdi. Döyüşçü qəlbində kök salan komandir hikməti yeni mərdlik mənbələri
yaradır və savaşdan-savaşa təzə qəhrəman könülləri dil açırdı.
Doğrudan
da, dərinlik olan yerdə təkcə dərin sirlər gizlənmir, həm də cəsarətə güc gətirən
limanlar lövbər salır. Qurban bu “limanlara” düzgün nizam verirdi. Döyüşlərin ən
qızğın çağında da göstərdiyi təmkinlə hərbçi üçün uyarlı sayılan komandir sərtliyi
arasında balanslaşma pozulmurdu. Onun təmkini hamıya xüsusi zövq verirdi.
Bilirdilər ki, Qurban əbəs yerə hirslənmir. Bu, söz yox ki, özünə və tabelikdə
olan şəxsi heyətə yüksək tələbkarlıq hisslərindən irəli gəlirdi. Qurbanın hərbi
əməliyyat zamanı kəskin rəftar situasiyaları düzənlikdə əsən sərt küləklərə bənzəyirdi.
Yəni kəskinləşən xasiyyətin, qəfildən coşan tündməcazlığın haqlı əsası olurdu.
Baxışında sərtlik görünsə də duruşunda vüqarlılıq hiss edilirdi. Bu və ya digər
hərbi əməliyyatın təhlilində tabor komandiri Qurban Qurbanovun ”yox” cavabı bəzilərinə
ilk baxışda soyuq razılaşma kimi mənalandırılsa da, bu ağıllı imtinanın dəyəri
sonra əməli yolla öz təsdiqini tapır və komandirə olan hörmət damcı-damcı
deyil, selləmə bir axarla artırdı.
Gəlin
1-ci taborun bölük komandiri olmuş medallı zabitimiz Elman Quliyevin bir döyüş
xatirəsini yada salaq. Elman söyləyir ki, 1-ci tabor 1992-ci ilin payızında
Laçın rayonunun Hoçaz dağında mövqe tutmuşdu. Cəsur Qurbançılar yaxşı düşünülmüş
taktiki gedişlərlə dığaları itkiyə məruz qoyur və öz hərbi təcrübələrini uğurla
zənginləşdirirdilər. Dayanmayan qəfil həmlə və hücumlarımızdan düşmən yaman
qorxuya düşmüşdü. Elman öz dəyanətli komandiri barədə xüsusi fəxr hissi ilə
qeyd edir ki, Qurban Qurbanovun çevik hərbi priyomlara və taktiki hiylələrə əsaslanan
həmlə planları bizi irəli aparırdı. Bir həmləmiz daha çox uğur gətirdi. Dığalar
bizim zərbələrimizə tab gətirməyərək döyüş texnikalarını qoyub qaçdılar. Kifayət
qədər silah ehtiyatı qazandıq. Hərbi qənimət kimi ələ keçirdiyimiz iki tankı
yerindən tərpətmək bizə problem olmuşdu. Qurban sovet dövründə əsgər olarkən tankçılıqla bağlı müəyyən
bilgilərə malik olduğuna görə tankın birini öz gücünə işə sala bildi. Lakin
qeyri-müəyyən texniki qüsur ucbatından həmin tankı işlək vəziyyətdə saxlaya
bilmədik. Digər tankı isə təmir üçün çəkib
aparmaq mümkün olmadı. Qurban bu barədə briqada komandiri Zadir Rzayevə
operativ məlumat verdi və mütəxəssis kimi köməyimizə çatan yüksək təcrübəli
tankçı zabitimiz Xəyyam Həsənov bütün problemlərə son qoydu. Yəni Qurban
Qurbanov yeri gələndə komandir, məqamı yetişəndə isə bir əsgər kimi fəaliyyət
göstərir və fərqli üstün cəhətləri ilə şəxsi heyətin rəğbətini qazanırdı.
Lider
döyüşçümüz Qurban Qurbanov Azərbaycan Politexnik İnstitutunun məzunudur. Ali təhsil
aldığı ocağın rəsmi adını sovet sözlüyünə uyğun yazmağımın səbəbi var. Yəni demək
istəyirəm ki, Qurban çətin sayılan klassik təhsil yetirməsidir. Əsgərliyini də
sovet ordusunda çəkib. Ana yurdun keşməkeşli səngər ruzigarı onu peşəkar hərbçi
kimi yetişdirib. Taqım komandiri postundan tabor komandiri səviyyəsinədək səngər
ömrü sürmüşdür. Sonra motoatıcı briqada komandirinin müavini vəzifəsindən
başlayaraq əməliyyat və döyüş hazırlığı üzrə müxtəlif məsul vəzifələri layiqincə
yerinə yetirmiş və nəhayət, hərbçi müəllim statusunu da qazanmışdır. Bütün vəzifələrdə
yüksək çalışqanlıq və hərbi peşəkarlıq nümunəsi göstərir, habelə qəfil verilən
tapşırıqların ağırlığından yorulmurdu. Qurban əksinə olaraq, çətinliklərlə dolu
hərbi xidmətdən yox, xidmət olmayan yerdə köklənən bekarçılıqdan üzgünləşirdi.
Dünya
tarixində savaşların gediş forması və tarixi çox mürəkkəbdir. Onları tarixçilər
incələdikcə daha gizli mətləblər üzə çıxarılır. Elə savaşlar olub ki, reallıqda
bitmiş hesab edilsə də, ürəklərdə döyüş səsləri kəsilmir. Sinəmizə dağ çəkən
Dağlıq Qarabaq savaşı da bax beləcə sönüb-tükənməyən bir savaşdır. Qurban
Qurbanovun başçılıq etdiyi taborun igidləri ötən hərbi əməliyyatlarda öz əməllərinə
görə heç vaxt baş aşağı olmayıb. İlk sınaq kimi Daşaltı əməliyyatından
başlayaraq Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Füzuli uğrunda gedən ağır döyüşlərdə
1-ci tabor birinciliyini itirməyib. Ona görə də Qurban Qurbanov bu gün bizi
bezikdirən atəşkəs rejimindən söz düşəndə inamla deyir ki, bizə itirmək rəva
deyil, bizim ordu qalib ordu statusuna malik bir ordudur. Bu haqlı sözlərə əlavə
nə
İbrahim
MƏSİMOĞLU

Комментарии
Отправить комментарий