QORU ULU VƏTƏNİ


       
                                                

Yurdumun işğal  dərdi  usandırdı  bizləri,
Necə  ildir,  tez  solur  Şuşamın  dağ gülləri,
Sil  xalqımın  bəxtindən  qəmli  qara  günləri,
Xarı  bülbül  qan  udur,  əsir  şəhla  telləri!

Mənim  cəsur  əsgərim,  irəli  cək  sinəni!    
Dayanma,  özünə  gəl, qoru  ulu  vətəni!
    
Siz  azadlıq  yolçusu,  zülmətdə  ay  işığı,
Yağılara  od  vuran  od  yurdumun  ocağı,
Səs  salır  tariximin  sınmış  qolu-budağı,
Bəs  haçan  kəsiləcək  ana  torpaq acığı?!
    
Mənim  cəsur  əsgərim,  irəli  cək  sinəni!    
Dayanma,  özünə  gəl, qoru  ulu  vətəni!

Qarabağa nəfəs  ver,  sök  yağı  səngərini,
Doğma  dağlarımızın  qır  əsir  zəncirini,
Şad  et  şəhid  ruhunu,  göstər  mərd  hünərini,
Səngərdə  boğ  yağını,  iç zəfər  şərbətini!

Mənim  cəsur  əsgərim,  irəli  cək  sinəni!    
Dayanma,  özünə  gəl, qoru  ulu  vətəni!

                            İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”