ERMƏNİ ORDU DİLƏNÇİLİYİ
Zaman daim həyatımızda hər şeyi
ölçür, biçir, hesablayır və hərəyə öz yerini göstərir. Vaxt vardı ki, daxili
siyasi çəkişmələr ucbatından biz uçurum qarşısında dayanmışdıq. Fürsət qazanan
arxalı düşmənimiz qaniçən siyasətini aramla həyata keçirir, bizə işğal acısı
yaşadırdı. Dövlət çevrilişi cəhdləri baş
verəndə isə özümüzü sanki uçurum içində hiss edirdik. Düşmənlə üzbəüz döyüşlərdə
əsgərlərimiz mənən güclü olduğuna görə ordumuz alayarımçıq təminatın zəif
dayaqları üzərində öz duruşunu çətinliklə saxlaya bilirdi. Bir yandan da dayısı
erməni olan sakinlərimiz öz xəyanətindən əl çəkmir, erməni kəşfiyyatına dayaq
verərək uğurlarımızın tam nəticələnməsinə əngəl törədirdilər. Bütün maneələrə və
daxili siyasi bəlalara baxmayaraq özümüzü zavallı, biçarə hesab etmirdik. Dirənişimiz
dığaları heyrətə salırdı. Fədakar və cəsur döyüşçülərimiz hesabına daşnaklara ağır
savaşlarda ibrətli dərs verirdik. Bizim güclü iradəmiz, nəhayət, öz sözünü deyə
bildi. Zamanın sınaqlarından üzüağ çıxdıq. İkili siyasət yeridən dığalar isə iyrənc
beynəlxaq oyunların içərisində olan-qalan simalarını da itirdilər.
İndi biz möhkəm təməl üzərində qəti
qələbəyə doğru gedirik. Ermənistan isə artıq uçurumun ən təhlükəli bir nöqtəsində
haray qoparmaqdadır. Erməni diaspor dəstəyi sönməsə də, sosial şəbəkədə verilən
məlumatlara görə bir qismi əks mövqeyə çəkilir. Bu səbəbdəndir ki, Ermənistan
ordusunun qida, tibbi ləvazimat və geyim dəstləri ilə təminatında yaranmış
problemlərin həlli üçün ianə kampaniyalarının həyəcanlı səsi eşidilir. Erməni
saytlarında Ermənistan ordusunun hərbi plaşlara olan kəskin ehtiyacı ödəmək
üçün yeni ianə kampaniyasına start verilməsi barədə məlumat yayılıb. Ön atəş xəttində
dığalar yağış yağanda selə qərq olurlar. Nəmli geyimdə tez soyuqlayan əsgərlərin
sayı artdığına görə hospitala göndəriş sıx növbə sisteminə salınıb. Ən gülünc
doğuran fakt ondan ibarətdir ki ianə kampaniyasının təşkilatçısı yalvarıcı bir tərzdə təkcə Ermənistanda deyil, habelə xaricdə yaşayan erməniləri
1 dollar məbləğində də olsa, orduya dəstək verməyə çağırıb. Bəzi erməni
politoloqları açıq şəkildə etiraf edirlər ki, bu maddi yardım yalvarışı Ermənistan
ordusuna xas olan ənənəvi bir problemdir. Hətta o faktı da əlavə olaraq bəyan
edirlər ki, toplanan ianələrin bir qismi ordu komandanlığı tərəfindən mənimsənilir,
şəxsi məqsədlər üçün müxtəlif maxinasiyalar edilir.
İanə hesabına ordu saxlamaq nə qədər
vaxt çəkəcək?! Bu dilənçiliyin sonu olacaqmı?! Bəs, belə dilənçi durumda olan
ordunun bəzi komandirləri nə üçün dil boğaza qoymur, yersiz öyünərək şərəfsiz qazanılan hərbi
uğurlarından dəm vururlar. Ermənistan ordusunun təchizatında ciddi problemlərin
aşıb-daşdığını nədəndirsə, dilənçi ölkənin səfeh baş naziri Nikol Paşinyan da
son zamanlar vaxtaşırı dilə gətirir.
Bu, gələcəkdə baş verəcəyi ehtimal edilən
böhranlı halların hələ harasıdır? Nikol hakimiyyəti uçurulduqdan sonra daha çox
qaranlıqda qalan bəzi mətləblər açılacaq. Onda Nikolun ağzını yuma bilməyəcəklər.
Ümumən desək, erməni ictimai həyatında deyilənə görə öz siyasi xadimlərində fərqli
bir vərdiş qabarıq görünür. Onlar vəzifə kreslosundan məhrum olan kimi
başlarına ağıl işığı yaman güc gəlir. Həqiqətən daşnak ruhuna zövq verməsə də, erməniyə
yaraşmayan bir formada əsl həqiqətləri açıqlamağa meyil göstərir, saxta dövlətin
saxtakar əməllərinin üstünü açırlar. Bu mənada Ermənistanın keçmiş baş naziri
Qrant Baqratyan qınaq obyektinə çevrilib. Daxili həyəcanını gizlədə bilməyən Qrant Baqratyan görün nə deyir: “Gələcək müharibədə biz nə hücum edə bilərik,
nə də Azərbaycanın hansısa obyektini dağıda bilərik? Azərbaycan Ordusunun atəş
gücü bizim imkanlarımızdan ən azı 2-3 dəfə çoxdur...Bu gün Azərbaycan ərazisi
üzərində müxtəlif növlü radiolokasiya sistemi mövcuddur. Azərbaycan
radiolokatorları respublikanın hüdudlarından çox-çox uzaqlara baş çəkməyə
qadirdir... Erməni təyyarələri və raketləri sərçə kimi vurulacaq, qisas almaq
mümkün olmayacaq. Növbəti müharibə mərhələsi bərpa olunarsa, Azərbaycan bizə
heç bir halda qələbə şansı verməyəcək.”
Erməni siyasi xadimlərinin səfehliyindən o qədər təngə gəlmişik ki, onlardan
düz söz eşidəndə məəttəl qalırsan. Necə inanasan ki, ermənidə belə bir zəka
var? Bəlkə də, dərindən yoxlasan, Qrant erməni çıxmayacaq. Hər halda rəsmən
hökumət başçısı olub. Azərbaycan Ordusunun inkişafını günbəgün izləyib. Yəqin
ki, artan hərbi qüdrətimizdən yaranmış qorxu hissləri onu haqq yoluna çıxarıb.
İndiki bir durumda sözün düzünü deyən Qranta nə demək olar? Həqiqət evinə doğru
gəlişiniz mübarək, ay dığa!
İbrahim
MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий