“ARSAK” ERMƏNİ NƏFƏSİNƏ YAD KƏLMƏDİR
Erməni
hansı siyasi oyunlar oynasa da, daha fələkin çərxi onların xeyrinə dönən deyil.
Fələk onların şeytanfikirli bəhanələrini qəbul etmədiyi kimi ulu tarix də saxta
müdaxilələrin, keçmiş dünyamıza yalan bənd salanların üzərindən qara xətt çəkir.
Xain düşmənimiz Qarabağa “Arsak”
adı qoymaqla elə zənn edir ki, saxta tarixçiliyinə haqq qazandırmaq üçün əsl
tarixi həqiqətləri kölgə altında saxlamaq şansı çox davamlı olacaq. Əsla yox! Erməni
fitnə-fəsadlığı, erməni fırıldaqçılığı nə Qarabağın tarixi ləyaqətinə ləkə
salacaq, nə də o qədim yurdumuzda dinc yaşamaq halallığını qazana biləcək. Gerçək
əsası olmayan gümanlar sağlam düşüncəli insanların fikir məhsulu ola bilməz. Belə
bəd əməllər yalnız erməniyə xasdır. Onların düşüncələrində yalan hakimdir.
Saxta ideyalarına tabe olan milli əqidə potensialı çox zəif zəncirlərlə hasilə
gəlir və real zərbəyə tuş gələn kimi dağılır. İblis nəfəsli erməni ürəyi bu cür
murdar ovqatı özünə çox doğma sanır.
“Arsak” indiki Qarabağımızın qədim adı olsa da, öz
tarixi tədqiqatçılarımızla yanaşı dünya alimləri bəyan edirlər ki, nə qədim, nə
də müasir erməni dilində bu coğrafi adın
nə məna daşıdığını tapa bilməzsiniz. Yəni “Arsak” erməni mənşəli söz deyil.
Tarixçi alimlər etimoloji təhlil apararaq yazırlar ki, “Arsak” iki sözün birləşməsindən ibarət olan bir toponimdir: ar və sak. Sak qədim
türk tayfalarından birinin adıdır. “Ar”
sözü isə dilimizin fonetik dəyişikliyi nəticəsində formalaşmış “ər” sözü kimi
istifadə edilir. “Ər” sözü qədim dilimizdə igid, cəngavər, qonaq mənalarını
verir. Bu həqiqəti kimsə tarixin
qaranlıq bir küncünə qısa bilməz. Əsl tarix erməni uydurmasını qəbul etmir. Daşnak
ağzı nə qədər bağırsa da, tarixin qulağı daha erməni yalanlarını eşitməkdən
usanıb. Real tarixi məxəzlərdə “Arsak” sözünün mənası da, bu adı daşıyan ərazi
də tam aşkardır. Həmin ərazidə yaşayan sak tayfası öz cəngavər əməlləri ilə
sahib olduqları yurdu “Arsak” adı altında tanıtdırmışlar. Erməni isə tarixi kələyindən
utanmır ki, utanmır. Biz onlara ya diplomatik biçimdə, ya da ədalətli ordumuzun
gücü ilə qandırmalıyıq ki, “Arsak” erməni nəfəsinə yad kəlmədir, bir gün o kəlmə
sizlərin boğazında ilişib qalacaq və son nəfəsiniz olacaq.
Bu günlərdə ermənilərin bərpa etmək bəhanəsi ilə
dəyişikliyə məruz qoyduğu Şuşanın Yuxarı Gövhər ağa məscidinin son görüntüləri
yayımlanıb. Bu növbəti bir daşnak hiyləbazlığıdır. İşğal faktını kölgələyərək
guya mədəni bir missiya daşımaq mənzərəsi yaradırlar. Bu məqsədlə Qarabağda
yaşayan rus tarixçisi Anton Yevstratovu qabağa veriblər. Əslində ona da rus
deməyə dilimiz gəlmir. Artıq o Anton içində beynəlmiləlçi rusluğunu yaşadan
Anton deyil. Hərdən onu erməniləşən yeni soyadla çağırırlar. Əlbəttə, bu
çağırış mənəvi içliyini itirən bir rusun ürəyincədir. Deyilənə görə daşımaq
istədiyi “Yevstratyan” soyadının halalığını da almışdır. Bu dığalaşan rus hətta
sosial şəbəkədə paylaşdığı videoda Şuşa məscidinin daxili və xarici
hissələrinin ciddi dəyişikliklərə məruz qaldığını gizlətmədən açıqlayaraq deyir
ki, Yuxarı Gövhər ağa məscidi İranın maddi irsidir.
Axı, bu
yalnışlığın örtülməyən bir həqiqət gözü də var. O irsin müəllifi
azərbaycanlılar deyilmi?! “İran” dediyiniz dövlətin əsl sahibi kimdir?! Tarixi
yaxşı-yaxşı oxumaq gərəkdir. Bəzədilmiş erməni yalnışlığına təbii rəng vurmaq
hiyləsi ilə məsciddə yenidən bərpa işlərinin layihəsi İranın memarlıq şirkəti Part Saman Cahan
tərəfindən hazırlanıb. Bütün saxta bərpaçılıq işləri Ermənistanın IDEA fondunun
maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin əsas maliyyəçisi isə erməni
əsilli rusiyalı iş adamı Ruben Vardanyandır. İşğal altında qalan
torpaqlarımızda bu qeyri-sivil tendensiyanın qarşısı qəti surətdə alınmalıdır.
Erməni vandalizmi yerindəcə boğulmalı və onların əsl siması dünyaya daha
ətraflı çatdırılmalıdır.
Gerçək tarix belədir: Şuşada
yerləşən Yuxarı Gövhər ağa məscidi
1883-cü ildə inşa edilib. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. Bu
tarix qan yaddaşımızda yaşamaqdadır. Onu təhrif edəni bəndə bağışlasa da, Allah
heç vaxt bağışlamaz.
Erməni
təkcə bizə qarşı vandallıq etmir. Onlar Gürcüstan ərazisində şivən qoparırlar ki, bu ölkədə
mövcud olan 465 kilsə yalnız ermənilərə məxsusdur. Bu barədə əsassız iddialar geniş yayılmaqdadır. Buna görə də
erməni-gürcü qarşıdurması bəzən orta templə davam edir, bəzən isə ciddi savaş
ab-havası doğurur. Gizlin daşnak planları hələ qüvvədədir. Onların planına görə
Dağlıq Qarabağdan sonra növbəti müharibə gürcülərə qarşı başlanacaq.
1993-94-cü illərdə keçirdiyimiz 2-ci Kəlbəcər
hərbi əməliyyatlarında doğma motoatıcı briqadamızın tərkibində ictimai-siyasi məsələlər
üzrə təlimatçı kimi yaşadığım qürurlu və bədbinli anları yada saldıqca
haldan-hala düşürəm. Düşmənə yaxşı divan tutmuşduq. Gülləsi tükənən 1-ci
taborumuzun igidləri məcbur olaraq qaçan erməniləri daşa basırdılar. Meydançay
boyunca gedən yolda erməni meyitlərinin
sayı bilinmirdi. Dağ aşırımı tamam buz bağlamışdı. Şaxtanın təsiri altında
sanki torpağa sancılmış meyit əlindən yollar keçilməz olmuşdu. Yerə səpələnmiş
murdar dığa cəsədlərini təmizləyə-təmizləyə özümüzə yol açırdıq. Dığalar yalnız
qaçışırdılar. Qabağımıza daş dığırlamağa cəhd edən dığalar yerindəcə gəbərirdilər.
Qısa vaxt ərzində Kəlbəcərin 12 kəndini düşməndən təmizlədik. 5 əsir tutduq. Hərbi
qənimətlərimiz saya gəlmirdi. Azad etdiyimiz kəndlərdə bütün evlər darmadağın
edilmişdi. Bircə tövlələrə əl dəyilməmişdi.
Kənd qəbiristanlıqlarında qəbir daşları yerlə yeksan olmuşdu. Bir
salamat başdaşı gözə dəymirdi.
Sussuzluq
kənd qəbiristanlığında şahid olduğumuz bir neçə məqamı yada salmaq istəyirəm:
”Qəbirlərin lal sükutunu ürəyimizin döyüntülərinin səsi pozur. Murdar erməni
işğalçıları bütün qəbirləri təhqir ediblər. Mərhumların başdaşlarına həkk
olunmuş şəkilləri avtomat gülləsi ilə dağıdılıb. Heyrətli baxışlarımız elə bil
torpaq altında uyuyan yurddaşlarımızın daş baxışları ilə toqquşur. Yaşlı bir
qocanın küskün surəti sanki bizi qəmli-qəmli məzəmmət edir: “Yurdumuzu niyə yiyəsiz
qoydunuz?” Bizi soyuq tər basır. Qocanın sualına cavab verməkdənsə ölmək
yaxşıdır.
Bəzi qəbirləri
tamamilə söküblər. Yəqin öz meyitlərini basdırmaq istəyiblər. Öz əsil-zatını
şişirdən, saxtalaşdıran bu millət, görünür, bizim qəbirlərə sahib çıxmaqla nə
vaxtsa sübut etməyə çalışacaqdır ki, Kəlbəcərdə onun əcdadı “yatır”. Adamı dəhşət
bürüyür. Hansı əcaib oyunlar qaldı ki, bu xain qonşumuz bizim başımıza açmasın?
Yox, belə getməz. Əcdadlarımızın ruhunu təhqir edən əllər kəsilməsə, bizim
özümüzə “kişi”, “bu ulu torpağın oğluyam” deyib yaşamağa haqqımız yoxdur...”
Təkcə
Kəlbəcərdə deyil, bütün işğal olunmuş torpaqlarımızda dığaların gündəlik işi
tarixi saxtalaşdırmaqdan ibarətdir. Harada qədim, yaxud indiki azərbaycanlı izi
varsa, o iz pozulur və süni erməni tarixi həkk edilir. Beynəlxalq tribunalarda
da hay-həşir salırlar ki, guya erməni milləti yazıq millətdir, tarixi
torpaqları öz əlində deyil. Canfəşanlıqla yaxasını yırtan bu dığalara isə “sus”
deyənlər çox azdır.
Erməni
saytlarında təzə bir xəbər də yayıblar ki, düşmən qüvvələrimiz Azərbaycanın
milli at cinsi olan Qarabağ atlarını da özünküləşdirməyə girişiblər. Belə ki,
işğal altında olan Xocalı rayonunun Muxtar kəndində yeni atçılıq mərkəzi
yaradılıb. İppodromu və at saxlamaq üçün tövlələri olan mərkəzdə Qarabağ
atlarının sayının artırılması və sonradan xaricə satılması planlaşdırılır.
Mahnılarımızdan tutmuş milli xörəklərimizədək hər şeyi öz adına çıxmaq istəyən
arsız dığalar, unutmasınlar ki, gün gələcək,
o Qarabağ atlarımız hirslənərək erməni ağzını bir təpiklə yırtacaq və əsl sahibini
öz tərkinə çıxmağı dəvət edəcəkdir.
Nazim
Mustafa, Araz Qurbanov və Elşad Əlilinin birgə yazdıqları ”Erməni saxtakarlığı.
Yalan üzərində qurulan tarix” kitabını oxuyan zaman erməni uydurmalarının zəngin
faktları barədə xeyli məlumat əldə etmişəm. Kitabda qeyd edilir ki, vaxtilə rus
pravoslav kilsəsinin yepiskopu, şərqşünas və arxeoloq Porfiri Uspenski də “Mənim
yaranış kitabım” əsərində ermənilərin saxta din tarixi yaratmaqda ənənəvi
ustalıqlarını xüsusi qeyd etmiş, hətta onların “qədim yazılı sübutlar” yaratmaq
texnologiyası ilə tanış olduqdan sonra bu sözləri yazmışdı: “İnanmayın! Ermənilərin
tarixi sənədlərinə inanmayın! Onlar fırıldaqçıdırlar, saxta sənədlər düzəldirlər.
Onların “qocalması”, saralması, köhnəlməsi üçün bu kağızları ya təzək qalağı
altında saxlayır, ya da rütubətli yerlərə qoyurlar”.
Bu qədər
saysız-hesabsız sübutlar erməni gözünə soxulsa da, erməni erməniliyindən bir
addım da geri çəkilmir. Alimlər demişkən,
antropoloji quruluşu 16 antropoloji tipdən, yaxud sayı 72-dən çox olan
xalqların qarışmasından əmələ gələn, yəni süni yolla mayalandırılan bir millətdən
insanlıq gözləməyə dəyərmi?! Hələ utanmaz-utanmaz
bir tərzdə özlərinə yeni əcdad axtarırlar. Murdar ürəkləri istəsə, yeni bir
dünya da “icad edərlər.” Süni tapıntı onlar üçün adi bir tarixi hoqqadır. Necə
ki, özünə “hay” deyib “haylığın” nə olduğunu dərk etməyən bəzi dığalar şaxta
babanı da milliləşdirməyə meyil göstərirlər. Vallah, bu millət yer üzündən
qovulası bir millətdir. Biz isə onlardan sülh razılığı almağa havayı vaxt
itiririk...
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий