DÜŞMƏNƏ ULTİMATUM
Zaman o
zaman deyil, daha
dövran dəyişib,
Ordum döyüş
ustası, dövlətim təkmilləşib,
Səngərin çox
qocalıb, belin də lap əyişib Vədəsidir, tez rədd ol, dədə-baba yurdumdan!
Tərgit əyri
deməyi, gəl indi
düz danışaq,
“Arsak”ın mənasına
gəl qədimdən yanaşaq
Ağlın varsa,
ayıq ol, gəl
sülhə razılaşaq,
Vədəsidir, tez rədd ol, dədə-baba
yurdumdan!
Oyuncaq dövlət
qurdun tarixi torpağımda,
Mənə arxa
çevirdin doğma Qarabağımda,
Az çərənlə
yalandan, dilin yansın
ağzında,
Vədəsidir,
tez rədd ol, dədə-baba yurdumdan!
Dünya durduqca
yaşar mənim Azərbaycanım!
O, bir hümmət
məkanı, işğala dözməz
canım,
Yağı təslim
olmasa, beynimə vurar
qanım!
Vədəsidir, tez rədd ol, dədə-baba yurdumdan!
Sökmə abidələri,
itərmi yaddaş izi?!
Hanı doğma
adlarım? Qaytar Xankəndimizi Atma itə namusu,
boğaza yığdın bizi! Vədəsidir, tez rədd ol, dədə-baba yurdumdan!
Almadınız torpağı, alıb
verdilər sizə,
Qusacaqsan bir zaman
qanın dönər dənizə,
Azıx mağarası
da car çəkir hər üzünə,
Vədəsidir, tez rədd ol, dədə-baba yurdumdan!
Vətənə can qoyubdur, minlərlə ər babamız,
Məğrur bir ordu
qurdu ulu Heydər babamız,
Baba əmanətinə qurban gedər hamımız,
Vədəsidir, tez rədd ol,
dədə-baba yurdumdan!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий