Сообщения

Сообщения за февраль, 2020

ƏSL BAYRAMLIQ HAÇAN OLACAQ?!

Изображение
                                                Nə qədər sonu bilinməyən ideya və məqsədlər naminə gecə-gündüz arzulasan da ideal hədəf sandığın o məqama səni çatdırmaq üçün zaman öz gərdişini dəyişən deyil. Nə də hər gün üzümüzə açılan səhər səni hədsiz bezikdirən o həsrətə con sözünü demir. Bax, Bayramın bəlası da bundadır. Ali istəklər uğrunda bütün varlığı ilə çalışsa da, hətta zaman dialektikası o vətəncanlı zabit həmkarımıza hələ heç nə vəd etmir. Axı, insaf da yaxşı şeydir, Bayramın qəlbi neçə illərdir bayramlığa həsrətdir. Özü demişkən, ulu Qarabağımızla bahəm doğma yurdu Zəngilan erməni işğalından qurtarmayınca bu barədə söz açmaq olmaz. Düzdür, gündən-günə qüdrətləşən ordumuzun aprel zəfərinin təntənəsi içərisində hamımız bayram libası geyinmişdik. Bayram da biz...

NİSGİLİ YOX OLMAYAN ÜRƏK

Изображение
                                                        Silahlı Qüvvələrimizin qızıl fondunda döyüşçülükdən hərbi həkimliyə qədər şərəfli yol keçən hərbçilərimiz də var. Bu yol fərqli hünər və mərdlik yoludur. Vətənin dar günündə belə qoçaqlıq hər kəsə qismət olmur. Qoca tarixin müxtəlif dolaylarında erməni millətçiləri tərəfindən öz yurdundan pərən-pərən edilən, amansızcasına qırılan və cürbəcür təhqirlərə məruz qalan soydaşlarımızın intiqamını almaq üçün daim   fürsət gəzən cəsur həkim Aslan Həşimov bu yolda bütün sınaqlardan mərdanə çıxmışdır.             Ulu yurdumuzun bir qismini kor qoymuş erməni gavurlarının xislətinə çoxdan bələd olan Aslan həkim, necə deyərl...

AYDINLIQ İNSAN ÖMRÜ ÜÇÜN VACİB ŞƏRTDİR

Изображение
                          MƏNİM FİKRİMCƏ, İNSAN YAŞLA DEYİL, YAŞAMAĞININ DƏYƏRLİ GÖSTƏRİCİLƏRİ İLƏ AYDINLAŞIR VƏ ÖZ LAYİQLİ QİYMƏTİNİ ALIR. İSTƏRDİM Kİ, HEÇ KİM QARANLIQDA ÖMÜR SÜRMƏSİN. AYDINLIQ İNSAN ÖMRÜ ÜÇÜN VACİB ŞƏRTDİR. HƏMÇİNİN BU AYDINLIĞIN DOĞURDUĞU EHTİRAMLI MÜNASİBƏTDƏN, XÜSUSİ DİQQƏTDƏN DƏ ÇOX ŞEY ASILIDIR. BİGANƏLİKLƏ ƏHATƏLƏNƏN İNSAN HƏYATDAN HƏRTƏRƏFLİ ZÖVQ ALA BİLMİR, RUHDAN DÜŞÜR, TƏNHALIĞA MEYİLLƏNİR, ÜRƏYİ DAİM SOYUQLAYIR. BELƏ ÖMÜR YALNIZ BƏDBİNLİK BƏXŞ EDİR. BİZ DÖYÜŞ VETERANLARI SAYĞI VƏ HÖRMƏTİ ÜSTÜN TUTAN VƏTƏN OĞULLARIYIQ, BİGANƏLİYİ SEVMİRİK. BİZƏ VERİLƏN ÖMRÜ MƏRDANƏ YAŞAMAĞA CAN ATMALIYIQ Kİ, HEÇ VAXT KƏDƏR VƏ QINAQ BİZİ BOĞMASIN.        60 İLLİK YUBİLEYİMLƏ ƏLAQƏDAR OLARAQ MƏNƏ GÖSTƏRİLƏN HÖRMƏT VƏ DİQQƏTƏ GÖRƏ RESPUBLİKA VETERANLAR TƏŞKİLATININ RƏHBƏRLİYİNƏ DƏRİN MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM. DAİM VAR ...

YÜKSƏK DƏYƏRLİ HƏRBİ ƏXLAQ VURĞUNUYAM

Изображение
MƏN PEŞƏKAR HƏRBÇİ OLMASAM DA, O MÜQƏDDƏS ADIN MƏRDANƏ DAŞIYICISIYAM. YÜKSƏK DƏYƏRLİ HƏRBİ ƏXLAQ VURĞUNUYAM. ONA GÖRƏ DƏ BİR NEÇƏ GÜN ƏVVƏL İŞIQ ÜZÜ GÖRƏN ÜÇÜNCÜ KİTABIMA “HƏRBİ ƏXLAQIN DƏYƏRİ” ADINI QOYMUŞAM. İNŞALLAH, MÜDAFİƏ NAZİRLİYİNİN HƏRB TARİXİ MUZEYİNDƏ KİTABIMIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK. BÜTÜN VƏTƏNCANLI İNSANLARI, DÖYÜŞÇÜ YOLDAŞLARIMI MƏRASİMƏ DƏVƏT EDİRƏM. YAXIN GÜNLƏRDƏ TƏDBİRİN GÜNÜ MÜƏYYƏN EDİLƏCƏK!...                                                    

HƏRBİ HƏKİM FƏDAKARLIĞI

Изображение
                                             Müstəqil həyatımızı əngəlləmək üçün daşnak erməni əli ilə törədilən Qarabağ savaşının qəribəlikləri az deyil və ordusu yenicə ayaq açan bir məmləkət üçün bu təəccüblü hallar təbii sayılmalıdır. Özüm canlı şahid olmuşam. Bəzən adi bir taksi sürücüsü tabor komandiri vəzifəsinin yükünü çəkməli olmuşdur. Bəzən ömründə birgünlük hərbi təlim görməyən əsgər elementar bilgisi olmasa da, düşmən minasını zərərsizləşdirmək məcburiyyətində qalmış və bilərəkdən canını torpaq eşqinə qurban vermişdir. Bəzən də savaş təcrübəsi olmayan həkim öz şəfaverici missiyası ilə yanaşı əlinə silah alaraq düşmənlə üzbəüz döyüşə atılmışdır. Bu qəribəliklər kadr kasadlığı ucbatından baş versə də, sözün kəsə anlamında onu demək olar ki, yurdumuzun müdaf...