ÇAPÇI İNDİ İGİD KOMANDİRDİR
Cəbhədən əvvəlki Elmanla indiki Elmanı bir-birinə oxşatmaq olmur. Üzüntülü psixoloji məqamlar onun sakit, mülayim təbiətini dəyişib. Lakin ana südü ilə qəlbində lövbər salan Vətən məhəbbətinin özül daşları nə sınıb, nə də laxlayıb. Kiçik leytenant Elman Həsən oğlu Quliyev vətən səngərinə girməsinin səbəblərini belə nəql edir: - “Azərbaycan” nəşriyyatında çapçı işləyirdim. Eyni zamanda BDU-nun jurnalistika fakültəsində qiyabi təhsil alırdım. Nəşriyyatda bir çox rəngli qəzetlərin çapını mən yerinə yetirirdim. Qəzetlərdə milli qeyrət, namus, torpaq mövzusunda yazılan məqalələr həyata baxışlarımı elə oynatdı ki, Qarabağ uğrunda vətənpərvərlik yürüşünə könüllü getməyi qərara aldım. İş yoldaşlarım dedilər ki, sənin əməyinə nəşriyyatda ehtiyac çoxdur. Vətənə əmək cəbhəsində də xidmət etmək lazımdır. Fikrimdən dönmədim. Dedim ki, səngər mənim kimi sağlam cavanlar üçündür. İş yerimdə məni əvəz edən tapılar. 1 noyabr 1991-ci il. Bu tarixdə Elman “N” hərbi hissəsinin əsgəri kimi cə...