BU DIĞA YALVARIŞI BİZƏ ÇOXDAN AGAHDIR!...
Ermənistan bu gün bir ələbaxan dövlət
olaraq çaşqın bir sima arxasında gizlənir. Konkret və sabit fəaliyyət istiqamətini
müəyyən edə bilməyən Baş nazir Nikol Paşinyan yalnız gözləmə mövqeyindədir, nə
edəcəyini bilmir, beynəlxalq görüşlərdə bəzən Rusiyadan, bəzən də Avropa tərəfindən
aldığı məxfi göstərişləri uca tribunalardan karıxa-karıxa söyləyir. Siyasi
natarazlıq həddini aşır.
2019-cu ildə cəbhə xəttində xeyli qurban
verilsə də, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibədən yayınmaq mümkün
oldu. Beləliklə sərsəm dığa rəhbərliyi bir il də qazandı. Bu, onlar üçün yetərli
sayılır. Əldə oyuncaq kimi oynadılan erməni liderləri Qarabağ savaşının uzanması
nəticəsində qeyri-rəsmi müstəqillik tarixini haçansa daşnakların gizli
iclaslarında öyünərək gözə soxacaq və bağıracaqlar ki, baxın biz Dağlıq
Qarabağı xeyli müstəqil yaşatdıq. Bu ikrah doğuran öyüngənlik şovinist xəstəliyinin
murdar bir törəmə virusudur.
Ermənistan idarəetmə sisteminin ölü bir sistem
olması barədə açıqlama verən “Politik.am” nəşri yazır ki, hər hansı ölkə
başçısının səhv əmri nəticəsində qlobal təhdidlər yarandıqda müxtəlif hakimiyyət
qolları arasında təmkinləşdirici mexanizmlər fəaliyyət göstərməyə başlayır, Ermənistanda
isə bunlar sadəcə mövcud deyil: “Əgər
sabah, kabus və qeyri-mümkün bir ssenari kimi Nikol Paşinyan qonşusunu raketlə
vurmaq qərarına gələrsə, kim onu saxlayacaq, hansı məhdudlaşdırıcı mexanizmlər
işləyəcək, qanunverici orqan Paşinyanın cibindədir, icra orqanı da onun cibindədir,
məhkəmə hakimiyyətindən Paşinyanın cibində olmayan yalnız Konstitusiya Məhkəməsi
qalıb. İctimai təzyiq və vətəndaş cəmiyyəti haqqında danışmaq isə sadəcə artıq
söhbətdir... Bizim ölkə ilə bağlı təsəlliverici məqam odur ki, baş nazir
qeyri-müharibə şəraitində birbaşa orduya əmr verə bilməz və ən başlıcası təcrübəli
ordu generalları keçmiş qəzet baş redaktoru Paşinyanı dayandıra biləcəklər.”
Bu mühakimənin izaha ehtiyacı varmı?!
Mənim
fikrimcə, müharibə labüddür. Danışıq prosesi o zaman səmərə verər ki, ortalıqda
nəsə müsbət bir irəliləyiş olsun. Bu da yoxdur. Daşnaklardan haqq gözləməyə də
dəyməz. Erməni məntiqi ağıla söykənən fikir və qərarlara yad bir məntiqdir. Çünki
Ermənistanın bir dövlət kimi müstəqilliyi nisbidir. Onlara siyasi meydanda yalnız
ağılsız olmaq imtiyazı verilib. Ona görə də 2019-cu ildə danışıqlar prosesinin
aktiv mərhələsi kimi nə Prezidentimiz İlham Əliyevlə Nikol Paşinyanın görüşündə,
nə də Rusiyanın Xarici İşlər naziri Lavrov tərəfindən Moskvada təşkil olunmuş
nazirlər görüşündə də müəyyən bir həll paketinin müzakirə olunduğunu düşünə
bilmirəm. Ola bilsin ki, bəzi konkret məsələlər müzakirə olundu, lakin həll
paketi deyilən məsələ hələ qaranlıq içərisində qalmaqdadır.
Mənə
qaranlıq olmayan məsələ ondan ibarətdir ki, erməni ordusu bizim ordu ilə
müqayisədə çox geridə gedir. Bir müharibə veteranı kimi 1992-ci ilin hərbi əməliyyat
problemləri mənə yaxşı bəllidir. Bəzən adi artilleriya hazırlığı zamanı mərmimiz
çatmırdı. Bəzən də bizə elə keyfiyyətsiz mərmilər verilirdi ki, atıldığı yerdə
azacıq fısıldayaraq susurdu. Onlar nə hədəfi düzgün yaxalayır, nə də tutarlı məhvetmə
gücünə malik idi. Adicə tank əleyhinə idarə olunan raket vasitəsilə dayanan,
yaxud hərəkətdə olan hədəfləri vura biləcək kadrlarımız, necə deyərlər, barmaq
hesabı ilə sayıla bilərdi. Gəlin, söz düşmüşkən, bir müqayisə də aparaq. Ermənistanın
Müdafiə naziri David Tonoyan yekəxana bir tərzdə aləmə car çəkir ki, Azərbaycan
savaşa başlasa, guya Rusiyadan aldıqları “İskəndər-E” vasitəsilə bizə yaman
divan tutacaqlar. Lovğalığın da öz həddi
var. O elə zənn edir ki, çilik-çilik olmuş Ohanyan istehkamından daha basılmaz
istehkam qura biləcək. Hakim dairələrdə onu tənbeh edənlər də az deyil. Lakin lovğa
dilini kəsmir ki, kəsmir. Tezliklə o da öz səhvinin qurbanı olacaq. Bilmir ki,
biz öz inadımızdan dönən deyilik.
Çox demirəm, ağzı yırtıq ermənilərin bizim
“Polonez” və “Lora”mızın zərbə dalğasını uda biləcək qüvvəsi varmı?! “Lora”nın
bir raketinin məhvetmə radiusu 90 metrdir. Birnəfəsə 4 raket tullayır.
“Polonez”in isə məhvetmə radiusu 80 metrdir. Onun bir atışla atdığı 8 raketin
dağıdıcı həmləsinə ermənilər dözə biləcəklərmi?! Əlbəttə ki, yox! Daha nə deməyə
ehtiyac var. Hələ onlar bilmirlər ki, “Lora”nın atış uzaqlığı 430 km-dir.
“Polonez” ondan 100 km az yol qət etsə də, ikisinin birnəfəsə cəmi 12 raketi
altında hansı erməni ordu istehkamı salamat qala biləcək?! Yeri gəlmişkən onu
da qeyd etmək istəyirəm ki, Azərbaycan
Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə
dünyada 52-ci yerdədir. Əgər düşmən döyüş meydanından kənara
çıxsa, o zaman bütün Ermənistan qan gölünə dönəcəkdir.
Mən yalnız iki əməliyyat-taktiki raket
kompleksi barədə bəzi üstün rəqəmlərə işıq saldım. Məxfilik naminə çox mətləbin
üstündən sükutla keçirəm. Amma onu deməsəm, heç cür özümdən razı qalmaram.
Bizim ulu dədə-baba yurdumuz uğrunda döyüşlər üçün alışıb-yanan mərd və cəsur əsgərlərimiz
saysız-hesabsızdır. Həm canlı qüvvə, həm də hərbi texnika sarıdan gücümüz tükənən
deyil.
Biz
yaxşı bilirik ki, erməni ordusu ən çoxu bir həftə döyüş aparan kimi əsgər qıtlığı
yaranır, məcbur olaraq döyüşə avtomobil müfəttişlərini, yatağa düşən yaşlı vətəndaşlarını
cəlb edirlər. Onların da bir qismi yolda ürəkqopma mərəzinə tutulur, bir qismi əyri
yollarla sıradan yayınır, bir qismi gəbərir, bir qismi öz qanına bələnir, ağır yaralanır,
bir qismi də könüllü əsir düşür. Əsir düşən dığalar da yalnız qan ağlayır və
yalvarırlar ki, bizi bağışlayın, biz ermənilərə nəinki Dağlıq Qarabağ, heç müstəqil
Ermənistan dövləti də lazım deyil, bizə dinc dünya gərəklidir. Bu dığa yalvarışı
bizə çoxdan agahdır!...
İbrahim
MƏSİMOĞLU


Комментарии
Отправить комментарий