ERMƏNİZM BƏLASI
Erməni kimdir və bu millət dünyada necə qavranılır? Yaxud ermənizm nədir və bu anlam özündə nəyi ehtiva edir? Dünya tarixində bu sualların cavabı müxtəlifdir. Aydın məsələdir ki, bu şovinist siyasətin əsas hədəflərindən biri kimi bizə çox tarixi həqiqətlər bəllidir. Çünki ermənizmdən doğan dərd yükünü bizim belimizə yükləmişlər. Dini amillər üzündən bu barədə dünyanın yarısı susmaqdadır. Tarixin ələyindən keçən subyektiv mühakimələr isə az deyil. Uydurulan tarixi təzadlar bəzən gülünc hal alır. Bu bəlanın başlıca səbəbi ondan ibarətdir ki, daş kitabələrin başına oyun açaraq tarixi məzhəkəçilik yaradan ermənilərdən savayı yer üzündə soy-kökü mübahisə doğuran ikinci bir millət yoxdur. Böyük şairimiz Nəsimi demişkən “əfsun və əfsanələrlə kimsə həqiqi insan rütbəsinə yüksələ bilməz”.
Mən
demirəm ki, ermənini millət saymaq
olmaz, süni yapma üsulu ilə hasilə gətirilsə də, bu gün onlar dünyanın siyasi
düzənində millət kimi tanınır. Lakin
mayası saxtakarlıqdan yoğrulduğuna görə
bu millət heç bir milli kökə calaq ola bilmir. Ermənilər özlərini “hay”
adlandırırlar. Gerçək mənbələrə istinad edən tarix sübut edir ki, “hay” deyilən
xalqın dünyada “erməni” kimi səslənməsi bir çox tarixçilərin mühakimələrində
dolaşıqlıq salmışdır. Dəyərli tarixi əsərlərdə “ərmən” deyilən xalqın “haylara”
doğmalığı, qan qohumluğu, yaxud hər hansı yaxınlığı barədə söz deməyə də
ehtiyat edirlər. Əksinə bu iki adın uyuşmazlığından, bir-birinə zidd məna
daşımasından söz açılır. Tarixi mənbələrə görə “hayların” erməniləşmə prosesi
III-V əsrlərdə regionda gedən xristianlaşma dövrünə aid edilir. Az-çox əsl
dünya tarixini öyrənmiş indiki ermənilərin də bir qismi “ərmən” sözünü, necə
deyərlər, mənən həzm edə bilmir.
Tanınmış rus tarixçisi Murad Hacının “Avropa, türklər, böyük çöl”
kitabından kiçik bir sitatı qeyd etmək
yerinə düşər:” Bir şey mənə aydın deyil. Nə üçün IV əsrin axırlarına kimi ermənilərin
xristian dili türk dilində, xaçı isə türk xaçı olduğu halda sonra həm dil, həm
də xaç baxımından indiki erməni dilinə çevrilmişdir?! Buradan belə qənaətə gəlmək
olur ki, “hay” ermənilər “ərmən” xalqına qarışaraq min bir hiylə ilə hakimiyyəti
ələ keçirmiş, nəhayət, IV əsrin axırlarında türk-xristian dilini və türk xaçını
saxtalaşdıra bilmişlər. Lakin dörd yanı türk ölkələri ilə əhatə olunduğuna görə
ərazinin adını ”Hayıstan” kimi tarixə sala bilməmişlər.” İnanmaq istəmirsən,
necə ola bilər ki, öz qadınlarını hər cür hiylə üçün qurban verən bir millətin
bu cəhdi boş çıxmışdır? Hər halda “Böyük Ərməniyyə” ifadəsi də ermənilərə məxsus
olmadığına görə cəfəngiyyatdan başqa bir şey deyil.
Çox
vətənpərvər dostum Elşən Şubayoğlunun sovet əyyamında şahidi olduğu bir hadisə
barədə söylədiyi acı xatirə yadımdan çıxmır: “ Gəncənin Hacıkənd qəsəbəsində
olan bağ evimdə isti yay aylarında adətim üzrə hər axşamqabağı qaranlıq düşənədək
meşənin içində gəzişirdim. Bir gün iki nəfərin yer qazdığını gördüm. İlk
baxışda elə zənn etdim ki, nəsə ağacın kökündən çıxan cücərtiləri qazıb
çıxarırlar. Lakin onların səksəkəli hərəkətləri məndə şübhə dolu maraq yaratdı.
Gördüm ki, bu qazıntı adi işə oxşamır. Nəsə yeri dərin qazırlar. Yaxınlaşaraq
salamlaşdım və öyrəndim ki, hər ikisi
Çaykənd ermənisidir. Mənim sualımı gözləmədən dedilər ki, savab iş kimi
burada ağac əkmək istəyirik. Xeyir diləyib uzaqlaşmaq istəyəndə kənarda
yonulmuş bir daş gözümə sataşdı. Amma onun nə olduğunu soruşmadım ki, mənim
haqqımda bədgüman olmasınlar. Səhər tezdən hava azacıq işıqlaşanadək özümü ora
yetirdim. Qazılan yer torpaqla doldurulmuş və ora ağac əkilməmişdi. Demək, məqsəd
başqa şeymiş. Şübhələnməkdə özümü haqlı saydığıma görə qayıdaraq evdən bel gətirdim
və yeri qazmağa başladım. Nə çıxsa yaxşıdır: həmin yonulmuş daş. Üzərində erməni
əlifbası ilə sözlər yazılmışdı. Acığımı daşdan çıxdım. Dayanmadan beli o qədər
bərk vurdum ki, daşnak hərfləri tamam yox oldu.”
Bu
gercək bir faktdır və saxta erməni tarixinin tipik nümunəsidir. Ağıldan seyrək
və qarnı qurdlu erməni tarixçilərinin qışqıra-qışqıra bəyan etdikləri “Böyük
Ermənistan” tarixi beləmi yazılır?! Bu
tarix elmini, necə deyərlər, abırdan salmaq demək deyilmi?!
Daha sarsıdıcı bir fakt. Yalançı erməni tarixinin atası sayılan Movses
Xorensi hələ V əsrdə öz qəbilədaşları barədə belə demişdir: ”Mən xalqımızın
daşürəkliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar
etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən ikiüzlü millətdir.”
Mən
əsgərliyimi 1978-80-ci illərdə Sovet Ordusunda keçirmişəm. Xidmət etdiyim hərbi
hissə Varşava Müqaviləsinə əsasən Şimali Qoşun Qrupuna daxil idi və Polşa Xalq
Respublikasında yerləşirdi. Milli zənginliyinə görə Sovet Ordusunun əsgər
münasibətləri çox müşkül xidmət mühiti
yaradırdı. Bəzən ordu daxilində kiçik də olsa, qeyri-rəsmi surətdə milli əsgər
qruplaşmaları fəaliyyət göstərirdi. Vay o kəslərin halına ki, sayca əksəriyyət
təşkil edən erməni əsgər qruplaşmasının təsir zonasına düşəydi. Onlar
qeyri-millət nümayəndələrinə cürbəcür təhqiramiz hərəkətlər edir, bəzən isə işgəncə verməkdən xüsusi zövq alırdılar. Təəssüf ki,
hərbi komandanlıq milli zəmində baş verən münaqişəli hadisələri adi hal kimi
qiymətləndirirdi. Bizim hərbi hissə bir qarnizondan digərinə ezam olunan vaxt
iki dəfə güclü erməni əsgər qruplaşması ilə qarşı-qarşıya durmuşuq. Sayca az
olsaq da, bizə xor baxanların başı üzərində şimşək kimi çaxmışıq. Daimi olaraq
onları susdura bilmiş və türkçülüyə–azərbaycançılığa qarşı qarayaxma siyasətinin
iç üzünü açmışıq. Əsgər münasibətlərində
əmələ gələn ziddiyyətli məqamlarda ermənilərlə bağlı qabarıq bir cəhəti
xüsusi qeyd etmək istəyirəm. Daşnaklar hansı hərbi hissədə az olurdusa, orada
özlərini sakit və mələk sifətli bir adam
kimi aparırdılar. Sayca çox olan yerlərdə isə elə vəhşiləşirdilər ki, gözləri
ayaq altını görmürdü.
İsveç səyyahı Adam Mets görün erməniləri necə tanıyır: ”Dərisi ağ
qulların pisi ermənilərdir. Onlarda abır-həya deyilən bir şey yoxdur, oğurluq əməlləri
olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər.”
Qədim
Poma tarixçisi Tasit Publi Korneli isə ermənilərə qarşı münasibətdə görün necə duyuq düşmüşdür: “ Bu xalq (yəni
ermənilər) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən
ikiüzlü və çirkin xalqdır. Həmişə romalılara qarşı nifrətdən, parfiyalılara isə həsəd aparmaqdan
az qala onların içi partlayır.”
Elmi tədqiqatçı Cabbar Məmmədov
“Diplomatik psixologiya” kitabında ermənilərin milli psixologiyasını
real tarixi faktlara əsasən təhlil edir. O təsdiq edir ki, erməni xarakteri
türklərə xas olan əlamət və xüsusiyyətlərin tam əksinə malikdir. Bunun tarixi
kökləri gizli deyil. Belə ki, onlar (“haylar”) ilkin mərhələdə İsgəndər
imperiyasının yerində – rəhbəri türk sərkərdəsi Artaş olan Ərmənzəmində milli
azlıqlardan, əsir kolonyalardan biri kimi mövcud olaraq sonrakı dövrdə yaşadıqları ölkənin adına
uyğun surətdə “ərmənlilər”, “ərmənilər” və digər ad altında tanınmışlar. Artaş dövlətinin
süqutundan sonra bu adı özəlləşdirmişlər. Lakin heç vaxt xüsusi dövlət şəklində
mövcud olmamışlar. Bu həqiqəti onların heç bir dövlər atributunun tarixdə
qalmaması faktı da təsdiqləyir. XIX–XX əsrlərdə Osmanlı imperiyasını daxildən
parçalamaq istəyən qonşu dövlətlərin planlı dəstəyi sayəsində türk dövlətlərinin,
necə deyərlər, göbəyinin düz ortasında tarixdə ilk erməni dövləti yaradıldıqdan
sonra Türkiyə əleyhinə olan hər bir dövlət
( XIX əsrdə ingilislər, XX əsrdə ruslar və b.) bu erməni kartını dönə-dönə öz
çirkin oyunlarına daxil etmişdir. Türkiyəni aradan götürməkdə böyük dövlətlərə
alət olduğunu başa düşən ermənilər sağ qalmaq üçün killer vəzifəsinin öhdəsindən
gəlməyə can atmışlar. Hiylə dolu tarixi-psixoloji proseslərin axarında bu millətin
beyni davamlı olaraq anti-türk əhval–ruhiyyəsinə köklənmişdir. Bunun
ağrı-acısını Türkiyə və Azərbaycan hələ də çəkməkdədir.
Qoca tarixin yazılı gerçəkliyinə istinad edərək C. Məmmədov sübutlandırır ki, ermənilərin milli şüuru türklərin
əsir koloniyalarında formalaşdığına görə bu gün də onların kolonial düşüncə
sistemi patoloji səviyyədədir. Onlarda əsirlik peşəsi kimi daha çox sənətkarlığın
geniş yayılması, patoloji kollektivçilik, özgə millətlərə məxsus mədəniyyət və
dinlərə qarşı dözümsüzlük məhz bu mənşədən qidalanır. Türk cəngavərliyi
qarşısında gücsüzlük tarixən onlarda “natamamlıq kompleksi” kimi patoloji hiyləgərlik,
yaltaqlıq psixologiyası yaratmışdır. Kolonial təbəqə kimi erməni qadın və
qızlarından lazım gəldikcə türklərin heç bir icazə istəmədən götürüb istifadə
etməsi halları ilə barışdıqlarına görə son nəticədə namus məsələsi arxa plana
keçirilmişdir. Üstəlik onların özü milli və şəxsi maraqlarını həyata keçirmək
üçün qadınlarını hiylə vasitəsi kimi yad kişilərin altına salmağı vərdiş etmişlər.
Sosializm ideyasının yaradıcısı Karl
Marks təsadüfən deməmişdir ki, “öz
arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk
millət erməni milləti olmuşdur”. K.Marksın tarixi fikrinə onun ən yaxın
silahdaşı F. Engels də öz təsdiqedici
sözlərini əlavə etmişdir: “Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən
ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar”.
Söz yox ki, yer üzünün bütün millətləri kimi erməni milləti də uca
Allahımızın yaratdığı bir məxluqdur. O da inkar edilə bilməz ki, onlar bu
dünyaya hamı kimi gəlmişlər. Lakin uzun zaman ərzində ermənilərin hiylə,
biclik, kələk və yalan dolu duyğularla çulğalanmış çirkin xisləti hesabına ermənizm
adlı şovinist və murdar bir daşnak siyasəti yaranmışdır. Ermənizm – dünya cəmiyyəti
üçün mənəvi fəlakətdir. Daşnaklaşan erməni dünyasında özünü məzəmmət edən hakim
qüvvə yoxdur. Onlar vicdan deyilən bu qüvvənin qüdrətindən mərhum olduğuna görə
yalnız həyasız bir dünyanın sakini olaraq yaşayırlar. Təəssüf ki, ermənilərin əksər
hissəsi bu ikrah doğuran siyasət yolunun yolçusudur. Ümumən desək, bəşər əleyhinə
aparılan bu iyrənc yaşam tərzinin aqibəti kimi Ermənistan milli say tərkibinə
görə yekcins bir dövlətə çevrilmişdir. Həm də separatçı quldur rejimi ilə fəaliyyət
göstərən bu dövləti “dövlət” adlandırmağa adamın dili gəlmir. Səfeh erməni
prezidenti Serj Sarkisyan qanuni siyasət aparmaq fərasətinə malik deyil, sadəcə
söz oyunu ilə məşğul olaraq dünyanın gözündə özünü ədalətli göstərməyə can atır.
Di gəl ki, beynəlxalq hüquqa yiyəlik edən və hüququn başına it oyunu açan
dünyanın hakim qüvvələri arasında ona “dur” deyən tapılmır. Biz isə qansa da,
qanmasa da, cəzasızlıq mühitində pozğun həyat yaşayaraq beynəlxalq hüquqa həqarətlə
yanaşan cinayətkar Ermənistan dövlətinə qarşı öz tarixi iddiamızı yenə yönəltməkdəyik:
atan soğan, anan sarımsaq, haradan oldun gülməşəkər?!
Şükürlər olsun ki, ağılsız siyasəti ilə Ermənistanın müstəqilliyini
oyuncaq bir duruma salmış indiki marionet rəhbərliyin qaniçən əməllərinə görə
utanc hissi keçirən ermənilərə də təsadüf edilir. Ötən ilin noyabrında Bakıya gələn,
Xocalı soyqırımı abidəsini ziyarət edərək Azərbaycan xalqından üzr istəyən erməni
ictimai-siyasi xadimləri–Vaha Avetyan, Vaan Martirosyan, Suzanna Saginyan və digərləri Ermənistanda
Qarabağ müharibəsindən doğan fəlakətin, yoxsulluq və köləlik şəraitinin acı nəticələrini etiraf etmişlər. Onlarla həmrəy
olan bəzi ermənilər isə çıxışlarında müəyyən sətiraltı mənalar vasitəsilə bizi
düşmən kimi ifadə edirlər. “Facebook” sosial şəbəkəsində yazılmış şəxsi şərhləri
paylaşan bəzi ermənilər S. Sarkisyanı Ermənistan dövlətinin üzqarası, bizi isə
ağıllı düşmən adlandırsalar da, öz tipik şovinist mövqeyindən geri çəkilmirlər.
Sarqis Xosrovyanın “Facebook”da paylaşdığı fikirlər daha çox erməni tərəfindən
bəyənilmişdir: “Xəbəriniz var ki, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin
sayı reallıqlarla tanış olduqdan sonra daha da artmaqda davam edir?! Əvvəllər
onları qınayırdım və bu addımlarını xəyanət hesab edirdim. Ancaq son aylar baş
verən hadisələrdən sonra insan haqlarının kobud şəkildə pozulduğunu gördükdə
bunun düzgün addım olduğunu düşünürəm. Serj Sarkisyan erməniləri Ermənistana
qarşı soyutmaqda davam edir. Aprel döyüşlərindən əvvəl dövlət qurumlarından
informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq
dördgünlük müharibə vaxtı biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Biz
ermənilər boş yerə ölmək istəmirik”.
Bu
etiraf və ona dəstək verən neçə-neçə erməninin fikirləri ermənizm ideyasının
sürətlə çürüməsini sübutlandırır. Bu proses bizi sevindirir, lakin tam
nikbinlik doğurmur. Ona görə ki, proses nisbi xarakter daşıyır. Kimsə zəmanət
verə bilməz ki, çirkin erməni mənəviyyatının
çürüməsi onun tamam yox olması ilə başa çatacaq. Unutmaq olmaz ki, hər
hansı ölümə məhkumluq durumu yetişsə də, ermənizmin qorunması və saxlanılması
üçün dünyanın “supergücləri” kifayət qədər təminat yaradır. Tam əmin ola bilərik
ki, çürümə prosesi nə qədər yüksək amplitudada davam etsə də onun sonluğu bizi
sevindirəcək nəticə ilə tamamlanmayacaq. “Supergüclər” heç vaxt ermənisiz
qalmaq istəməzlər. Bir də ki, sabit və təmiz mənəvi siması olmayan ermənilərin
beynəlxalq siyasətdə əl aləti kimi əvəzi yoxdur. Axı, hər millət belə
namərdliyə qol qoymur.
İngilis səyahətçisi Vilson ermənilərin siyasi əxlaqsızlığa yararlı cəhətini
belə açıqlayır:” Ermənilər acgöz və tamahkardırlar. Onlar hər hansı bir cəfəngiyyatı
böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və bu həyasızlığı yalnız özlərindən
başqalarına qarşı edirlər”. Erməni şairi Yeqişe Çarens açıq şəkildə boynuna
alır ki, “biz ermənilərdə riyakarlıq hələ ana bətnində əmələ gəlir”.
Bəli,
abır-həya qıtlığına düçar olan bu millət siyasətdə əl aləti kimi gen-bol işlədilir.
Öz mürdar məqsədi yolunda min bir rəzillik və alçaqlıq üsullarından istifadə
etmək, özünə yad maddi-mədəni abidələri
məhv etmək, uzun illər qeyri-millətlər tərəfindən yaradılan bəşəri nemətləri
özününküləşdirmək, yaxud tapdalamaq, hər şeyi öz adına qamarlamaq, nəyisə öz
xoşuna gəlmədiyinə görə əzmək, uçurmaq, devirmək və nəhayət, hər cür vəhşi sifət
göstərmək – budur ermənizmin sürtük əxlaqı! Bu əxlaqın doğurduğu bəlanın nəticəsidir
ki, erməni psixikası laxlamış və sağlam təfəkkür vərdişlərini itirmişdir. Necə
ki, erməni sovet yazıçısı Petroni Qay Amatuni demişdir: “Ermənilər də insandır,
amma evdə dördayaqlı gəzirlər”. Xilas üçün onların qarşısına belə bir dilemma
qoyula bilər: ya sağlam həyata qayıdış başlamalı, ya da ermənizm tarixin ölüm
kürsüsünə çıxarılmalıdır. Yoxsa adi əxlaqi anlayış, mənəvi kamilliyin sadə təzahürləri
olmayan daşnak erməni cəmiyyətində insanlığın normal inkişafı mümkün deyil.
Mən
Gəncədə doğulmuşam. Əslən Qərbi Azərbaycanlıyam. Atam qədim Uluxanlı torpağındandır. Anam əzəli türk yurdu sayılan İrəvan şəhərindəndir.
Süni yolla yaradılmış Ermənistan dövlətinin mövcud əhalisinin milli tərkibini,
necə deyərlər, zor işlətmə yolu ilə erməniləşdirmək üçün 1948-ci ildə ailəmiz məcburən
Zəngibasar rayonundan köçürülmüşdür. Azərbaycan SSR Nazirlər Soveti yanındakı
Köçürmə İdarəsi tərəfindən verilmiş 7251 nömrəli köçmə biletini bu günəcən
tarixi sənəd kimi saxlayıram. O zaman ailə üzvlərimiz altı nəfərdən ibarət idi.
Evimiz Zəngibasar rayonunun mərkəzində – Mirzə Cəlilin vaxtilə dərs dediyi
Uluxanlı məktəbinin yaxınlığında yerləşirdi. Rəhmətlik atam deyirdi ki, qəlbimiz
yol verməsə də, halal zəhmətimizlə tikilən evimizi ABŞ-dan gəlmiş erməni ailəsinə
verərək doğma Zəngibasarı tərk etmişik. Xalamgil də eyni qayda əsasında köçürülsə
də, onların evinə salınası erməni xaricdən gəlmədiyinə görə onlar yenidən Zəngibasara
qayıtmışdılar. Mən təxminən 5-6 dəfə dədə-baba yurdumuz olan Zəngibasara
xalamgilə qonaq getmişəm. Əfsus ki, doğma rayonumuzun adı dəyişdirilmişdir. Bu
da onların dədə-baba adətidir. Keçmişin dərinliyindən gələn tarixi coğrafi
adımızı pozaraq “Masis” qoymuşlar.
Uludan ulu olan Zəngibasar torpağına
hər qonaqlıq səfərindən çox zəngin təəssüratlarla
qayıtmışam. Bir maraqlı faktı açıqlamaq istəyirəm. Xalamgilin Tatik adlı bir
erməni qonşusu vardı. Onunla xalamgil elə mehriban dolanırdılar ki, həyətləri
arasında çəpər də çəkilməmişdi. Bu Tatikin ailəsi İrandan gətirilmişdi. Fars
dilində çox təsirli şerlər söyləyirdi. Azərbaycan dilində də sərbəst danışırdı.
Mən hər dəfə dədə-baba yurduna ziyarətə gedəndə erməniləri nə qədər tənqid etsəm
də Tatik mənə öz evində çay süfrəsi açırdı. Səmimi söhbət zamanı açıq etiraf
edirdi ki, öz millətindən çox
narazıdır: ”Xalq olaraq yarandığı dövrdən etibarən qeyri-millətlərin paxılığını
çəkmək, yerli-yersiz böhtan atmaq, öz xeyrinə iftira yaymaq, kiminsə dincliyini
pozmaq üçün fitnə-fəsad yaratmaq, özünə və özgələrə xain çıxmaq, yalan danışmaq, məkr etmək kimi bəd əməllər erməni xalqının mənəvi aləmini
pozmuşdur. Bir də ki, bu həqiqəti bilməyən varmı?! Çoxumuz bu həqiqəti dilə gətirməkdən
qorxur. Mən öz milli bəlalarımızdan boğaza yığılmışam. İrandan bura köçməyimizə
də peşiman olmuşam. Ən pisi odur ki, bizi türklərə düşmən etmişlər. Mən türklərə
böyük hörmət bəsləyirəm. Çünki onlardan daim yaxşılıq görmüşəm. Türklər çox mərd
və ədalətli bir millətdir...”
Biz Tatikin səmimiliyinə inanırdıq.
Ona görə inanırdıq ki, onun bizdən asılılığı, hər hansı bir təmənnası yox idi.
Üstəlik 1988-ci ildə Ermənistandan soydaşlarımızın növbəti qovulma axını zamanı
Tatik bizə qarşı gizli planlaşdırılan zorakılıq tədbirlərinin başlanmasına bir
gün qalmış xalamgili xəbərdar etmiş və evin köçünü Qırmızı körpüyə qədər müşayiət
etmişdir ki, heç kimə bir xətər dəyməsin. Xalamgilə çatan məlumata görə azərbaycanlılar
qovulduqdan sonra Tatik də öz ailəsi ilə birlikdə Zəngibasarı tərk etmiş və
demişdir ki, “süni yaradılan Ermənistan yaşamaq üçün ədalətli dövlət deyil, murdar daşnak yuvasıdır”.
Bəli,
Tatik kimi ermənilər də var. Di gəl ki, çox azdır. Xalqın beynəlxalq meyarlar əsasında dəyərləndirilməsi ilə bağlı müxtəlif siyasi müstəvidə aparılan mübahisələrdə
təkidlə deyilir ki, ayrı-ayrı şəxslər tam murdar bir mənəviyyat sahibi, çox dəhşətli
cinayətkar ola bilər, xalq isə heç vaxt
bu eyib və ləkələri öz üzərinə götürə bilməz. Yəni xalq dedikdə cəmiyyətin əksəriyyət
təşkil edən sadə və məsum üzvləri nəzərə alınır. Erməni xalqı barədə belə bir
mühakimə səslənən zaman Tatik kimi insanlar gözümün önünə gəlir. Həmçinin belə
düşüncələr içərisində ixtiyarsız olaraq qədim yunan filosofu Epikürün dəyərli
bir kəlamı da xatırlanır: “Ayaq və əllərimi kimsə qandallaya bilər. Ruhumu,
ağlımı, iradəmi isə bağlamağa kimsənin gücü çatmaz. Çünki məndən başqa heç kim
onlara hökm edə bilməz.” Söz yox ki, ermənizm bəlası ilə tamam qandallanmış ermənilər
barədə bu sözləri mütləq mənada demək olmur. Axı, tanrısına təpik atan daşnak
ermənilərin nə özünəməxsus ruhu var, nə düz-əməlli ağlı var, nə də müstəqil
iradəsi...
İbrahim MƏSİMOĞLU müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant



Комментарии
Отправить комментарий