SUÇLULUQ MİLLİ ERMƏNİ ŞƏRƏFİDİR
Mən ordumuzun inkişafı ilə bağlı bir
fikrimi tez-tez vurğulayıram: Ordumuz ona görə güclüdür ki, səngərdə doğulub. Hərtərəfli döyüş təcrübəmiz
var. Düzdür, bu doğum çox
ağrılı doğumdur. İlk gündən saysız
bəlalara tuş gəlmişik, xeyli itkilərə məruz qalmışıq. Əngəllər, xətalar bəzən xarici
qüvvələr tərəfindən düzülüb-qoşulub, bəzən də öz
içimizdə özbaşına yaranıbdı. Dərdli taleyimiz qanımızı çox qaraldıb. Müstəqillik tariximizin itməz ənginliyində
hər bir qəzamız olduğu kimi yazılıb. Başımıza nələr gəlməyib?! Daxili mücadilə və ziddiyyətlərdən
məhrum ola bilmirdik. Ölkəmiz inkişaf impulsunu elə itirmişdi ki, bütün sahələrdə
olduğu kimi ordu quruculuğu sahəsində də dərin durğunluq kök salmışdı. Əməlli-başlı savaş üçün zəruri
döyüş texnikamız, silah-sursatımız çatmırdı. Əyalət “qəhrəmanlarımız” isə Sovet
Ordusundan qalan texnikalardan adi əşya kimi istifadə edir və necə gəldi öz
xeyrinə satıb-dağıdırdılar.
Ordumuz öz inkişaf tarixində bir sıra təhlükəli
pillələrdən keçib. Dünya şöhrətli sərkərdəmiz Heydər Əliyev qəhrəman xalqımızın
güclü dayağı sayəsində ordumuzu tam məhv
olmağa qoymadı. Hərbi əməliyyatlarda səbəbi gizli qalan bəzi əngəllərə, xüsusən
o dövrdə imperiya qüvvələrinin hərtərəfli himayəsinə görə güclü kəşfiyyat
yaradan daşnaklar döyüş meydanında istəklərinə nail ola bildilər. Neçə-neçə nər
igidimizi ana torpağımızın bağrına əmanət etdik. Amma hələ son söz deyilməyib.
Qondarma atəşkəs rejimindən daha bezmişik. Bircə ona görə güvənirik ki, ildən-ilə
qüdrətləşən ordumuz, nəhayət, müxtəlif sınaqlardan çıxaraq ölkəmizin həyatında
öz layiqli yerini tuta bilibdir.
Sosial şəbəkədə son günlər hərbi ekspertlər tərəfindən belə bir məlumat
yayılıb ki, silahlanmaya ayırılan vəsaitin və satınalmaların həcminə görə, Azərbaycan
postsovet və Cənub Şərqi Avropa regionunda ilk yerdə dayanır. Əlbəttə, fərəhlənməyə
dəyər. Həmçinin Müdafiə Nazirliyinin rəsmi şəxsləri
açıqlaylırlar ki, ordumuzun silah və texnika parkı 80 faiz yenilənib. Kim
bunu aşağı göstərici hesab edər? Həm də bəyan edilir ki, yenilənmə prosesi dayanmır.
Demək, bu planlı və mütəşəkkil işin bir əməli nəticəsi gözlənilir.
Sözün açığı, mən ordumuzun növbəti
hücumunun qələbə ilə nəticələnəcəyinə çox əminəm. Bir müharibə veteranı kimi hələ
ümidimi itirməmişəm. 1-ci Dağlıq Qarabağ
savaşımızda bizim yaşadığımız problemlər, maşaallah, indi yoxdur. O zaman bizim
artilleriyanın ixtiyarında düşmən tanklarını vurmaq üçün “FAQOT”umuz vardı. Amma ondan istifadə edən yaxşı kadrımız yox dərəcəsində
idi. “Bəxti xuda” deyərək o raketi işə salırdıq. Di gəl ki, savaş bəxtimiz həmişə
ayaq üstə olmurdu. Nabələd olduğumuz döyüş texnikası sarıdan nə edirdiksə, bəxtəbəxt
edirdik. Hərbi əməliyyatların həlledici məqamlarında zabit yoldaşımız Hicran
Abbasova üz tuturduq. Ehtiyatdan gələn zabit olsa da, “FAQOT”un dilini təcrübi yolla yaxşı öyrənmişdi. Bəzən hərəkətdə
olan dığa tanklarını elə göz altına salırdı ki, bir an içərisində onları lüləsiz
qoyurdu.
Silahlı Qüvvələrin 100 illiyinə həsr
olunmuş hərbi paradımıza baxanda ürəyim dağa dönmüşdü. Hərbi paradda Azərbaycan
Ordusunun indiki real güc və qüdrətini özündə əks etdirən ən müasir hərbi və
xüsusi texnikaların keçidi əyani formada göstərdi ki, münasib qüvvələrlə müqayisədə
ordumuz adi ordu sayıla bilməz. Sanballı səviyyədə güclənmişik. Hər şey
inandırıcıdır. Güclü iqtisadiyyatı olan ölkənin güclü də ordusu olar. Ölkəmizin
iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar
orduya çevrilməsində mühüm şərtdir. Dinamik iqtisadi inkişaf bizi qəti qələbəyə
doğru aparır.
Ehtimal
ki, o möhtəşəm hərbi paradımıza ermənilər
də tamaşa ediblər. Əldə edilən informasiyalara görə hərbi paradın doğurduğu təlaş
düşmənimizi yaman ürəkqopma azarına salıb.
Lakin erməni ürəyinin yağı yavaş-yavaş ərisə də bəzi səfeh siyasi liderləri
dillərini sakit qoymurlar. Hətta bəzən kinayə ilə deyirlər ki, “Azərbyacan
Ordusu yalnız dəbdəbəli parad keçirə bilir, döyüş aparmaq onlar üçün deyil.” Bu
sözləri biz vecimizə almırıq. Qoy, istədikləri qədər çərənləsinlər. Əsas odur
ki, xalqımız öz güclü ordusu ilə fəxr edir. Ordumuz millətimizin ləyaqət və qəhrəmanlıq
rəmzidir. 2016-cı il aprel döyüşlərində basılmaz döyüş gücünü təsdiq edən
ordumuz xalqımızın milli düşüncəsində ali və müqəddəs bir yüksəklikdə
ucalmaqdadır.
“SPAYK-LR”
və “SPAYK-ER” tank əleyhinə idarəedilən
raket komplekslərini paradda görən zaman çox sevindim. Bu mühüm komplekslər
zirehli avtomobillər üzərində quraşdırılmışdı. 2016-cı ilin aprel döyüşçülərindən
eşitmişəm ki, yeni TƏİR-lərin müstəsna gücü sayəsində 30-dan artıq düşmən tankı
və digər zirehli döyüş texnikası məhv edilib. Həqiqətən çox müasir raketlərdir.
İdarəetmə işi də çətin deyil. Raket hədəfi avtonom şəkildə və ya operatorun
nişan alması ilə də vura bilir. İkinci halda raketin operator
pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator havada
olan raketin uçuşunu da korrektə edə bilir. Görünməyən hədəflərə zərbə endirmək
üçün raketə əlavə olaraq peyk və ya dronlardan informasiya daxil olur. Yəni bu
raketlər hədər yerə atılmır. Necə deyərlər, sərrastlığı ilə fərqlənən hər bir raket
öz faydasını mütləq mənada bəxş edir.
“SPAYK-LR”
düşmənin tank və digər zirehli hədəflərini 4 kilometr uzaqlıqda gündüz, yaxud məhdudgörmə
şəraitində məhv etmək qabiliyyətinə malikdir. Heyəti 3 nəfərdir. Bu raket
kompleksini idarə edənlər həyəcan keçirmir, yalnız qürurlanırlar. Çünki hədəfə alınan obyekt yerindəcə susdurulur.
Zirehdəlmə qabiliyyəti 700 mm-dir. “SPAYK-ER”
isə ondan daha üstün hesab edilən tank əleyhinə raket kompleksidir. O, günün
istənilən vaxtı passiv və aktiv optik maneələr şəraitində düşmənin müasir və
perspektivli zirehli texnikalarını, fortifikasiya qurğularını, canlı qüvvəsini,
azsürətli və suüstü hədəflərini 8 km-dək uzaqlıqda darmadağın edir. Zirehdəlmə
qabiliyyəti 1000 mm-ə qədərdir. Adətən maşınların üzərində quraşdırılan bu
sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir.
Bunu görən düşmən geri qaçmağa üz tutsa da, hədəfdən yayına bilmir.
Döyüşçülərimizin ixtiyarında olan “Xrizantema-S” tank əleyhinə
kompleksinin də özünəxas fərqli göstəriciləri var. Demək olar ki, onun modern dəyərləri
döyüşçü heyətimizdə çox əsaslı arxayınlıq yaradır. 6 km-ə qədər uzaqlıqda istər
radiokanal, istərsə də lazerli tuşlama ilə özünə hədəf seçir, nəyi görürsə gülləbaran
edir. İnanın ki, Dağlıq Qarabağımızda başlanacaq növbəti hücum zamanı dığalar
göz açmadan od içində qəfil alışıb-yanacaqlar. Kompleksin üstün cəhəti bir də
ondan ibarətdir ki, təkcə düşmənin tanklarına deyil, həmçinin digər zirehli
texnikalarına, mühəndis qurğularına, alçaqdan uçan aşağı sürətli vertolyot və təyyarələrinə,
habelə açıq, yaxud gizli yerləşmiş canlı qüvvəsinə ürəyimiz istəyən qədər tələfat
verə bilir.
Dünya
tarixçiləri belə yekdil bir qərara gəliblər ki, erməni günah hissindən qorxmur.
Günaha batmaq onlar üçün qəbahət sayılmır. Suçluluq milli
erməni şərəfidir. Əgər günahkarlıqdan doğan qorxu onların varlığında mövqe tutsaydı, o
zaman bütün tarixi yalanlar tədricən doğruya çevrilərdi. Hanı bizdə o bəxt?!
Onların mərifət-qanacaq təməli belə qoyulub. Ulu baba və nənələri yalan və
saxta sevgisi ilə öz övladlarını ərsəyə gətiriblər. Onlar saxta iş görəndə utanmaq
əvəzinə öyünürlər. Köhnə nəsillə yeni nəsil arasında sanki energetik bir körpü
yaradılıb. Erməni gənc ailəsində yeni doğulan
körpələrin tərbiyə prosesində vacib deyil ki, uşağın mənəvi-psixoloji
durumunda yaşdan-yaşa yaranan əqli dəyişiklikləri izləyəsən. Əsl həqiqət ondan
ibarətdir ki, ailədə, qohum-əqrəba içərisində, küçədə və əmək kollektivində
saxtasevərlik hakim bir qüvvə kimi bütün erməni ruhunda yaşayır. O murdar ruh hökmən
sönməlidir. O ruhu yalnız Azərbaycan Ordusu məhv edə bilər!...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant




Комментарии
Отправить комментарий