ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL
Qəlbimizi
sıxan Dağlıq Qarabağ yarası ağzı açıq yara kimi tez-tez mikroblanır. Yaxşı
bilirik ki, o mikrobların neçə-neçə növü içimizə daim daraşmaqdadır. Birinin
kökü kəsiləndə digəri baş qaldırır. Mübarizə sönmür. Yaxşı ki, antimikroblarımız tükənmir. Dözümlü və mətin xalqımızın əksər
hissəsi bu yaranın sağalması üçün çox cəhd göstərir, mərd oğullarımız səngər şəraitində
cavab məqamı yetişdikcə ağlı azmış dığaları susdurur, bəzən isə yurdumuzun
eşqinə öz şirin canını qurban verirlər. Beynəlxalq aləmdə dövlətimiz şərçi və
ikiüzlü xristiansevər siyasi qüvvələrə qarşı ucanmadan mübarizə aparır, böyüklü-kiçikli
bütün erməniləri himayə edən xarici qurumlara siyasi dərs verir, ordumuz isə hər
an, hər dəqiqə düşməndən intiqam almaq həsrəti ilə hücum əmri gözləyir.
Qüdrətli
ordumuzun güclü orqanizminə mikrob salmağa cəhd edənlər daha əvvəlki kimi öz
istəyinə nail ola bilmirlər. Siyasi mübarizədə məğlubiyyət acısı yaşayan
rəqiblərimizin şəxsi ambisiyaları onların iç dünyasını yaman günə salır. Onlara
hey başa salmaq istəyirik ki, vətən söhbətində gəlin ayrıseçkilik salmayın,
bizim bir Azərbaycanımız var, bir tarixi düşmənimiz var, ağdan qara çıxmaz,
qaradan da ağ olmaz. Bəziləri yalnız pişiyin çıxarda biləcəyi səsə malikdirlər.
Azacıq miyovuldayıb susurlar. Bəziləri it səsi çıxartmağa güc tapsalar da,
quyruqları çox əsir. Vallah, mən ordumuza qarşı daxili rəqibləri əslində elə
kəskin rəqib gözündə görmürəm. Hər halda onlar da biz yediyimiz çörəyi yeyir,
içdiyimiz suyu içirlər. Nəfəsimiz bir-birinə yad deyil. Haçansa, haqq yoluna gələcəklər. Unutmayaq ki,
bu haqq dünyasında bizə qənim kəsilən bir nahaqq qüvvə var. O da nasist erməni
qövmüdür. Hələ ki, fürsət var ikən ulu və mərd nəfəsli Azərbaycanımıza qarşı Dağlıq
Qarabağda at oynadırlar. Bilin ki, özgə güclərə dayaqlanan erməni atoynatma səhnəsi
çox çəkən deyil. Ona görə ki, biz çox
qüdrətli bir orduya və mənəvi-psixoloji cəhətdən yüksək runlu döyüşçü heyətinə
malik olmuşuq.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr
olunmuş müşavirədə düşmənə əsaslı faktlarla cavab vermişdir: “2016-cı ildə Ermənistan dinc Azərbaycan
əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc
vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab
olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və
o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti
hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı
nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı
qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu
yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam
nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi. Dünyanın ən güclü
orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O
cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü
üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə
Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə “Global Firepower 2019” hesabatıdır.”
Açıqlanan
həqiqətləri düşmən tərəfdə bilən az deyil. Sadəcə olaraq qanmayan çoxdur. Bu da
onların genetikasından gələn bir mərəzdir. Erməni qan içində boğulanda yaxşı
qanır.
1993-94-cü
illər ikinci Kəlbəcər əməliyyatında döyüş texnikalarımız kifayət qədər deyildi.
Dağlıq ərazidə, xüsusən qış fəslində dağ aşırımlarında lazımi avadanlıq və
texniki vasitələrin yoxluğu ucbatından hərəkət zamanı ağır itkilərə məruz qalırdıq.
Bir tankımız Ömər aşırımından təxminən 100 metr irəli gedə bilmədi. Qəfil surətdə
aşararaq dərin bir dərənin dibinə düşdü. Çünki aşırımda əmələ gələn yolun qalın
buz qatı texnikanın gedişində kəskin sürüşkənlik yaratmışdı. Artilleriya
divizionumuzun hərəkəti də xeyli çətinliklər törədirdi.
Yaxşı
xatırlayıram. NONA özüyeriyən artilleriya
qurğusu hərbi əməliyyatlarımızın səmərəli və operativ təşkil edilməsində xüsusi
rol oynayırdı. Onun köməyi sayəsində Yanşaq kəndində düşmənin iki PDM-ni vura
bilmişdik. Texikanın çevikliyi piyadalarımızı çox ruhlandırırdı. NONA düşmən
tankları ilə yaxşı mübarizə aparır, onun istehkamlarını dağıdır və canlı qüvvəsini
məhv edirdi. Bu qurğu uzaq məsafədən, yəni ön atəş xəttinə çox yaxınlaşmadan atəş
açaraq cəld yerini dəyişə bilirdi. Maşallah, indi NONA bizim ordumuz üçün köhnə
bir qurğuya çevrilib. Yalnız saxlancda qalır. Döyüş texnikası parkımız həm
böyüdülmüş, həm də modernləşdirilmişdir. İxtiyarımızda 6 yeni və müasir tələblərə
cavab verən özüyeriyən qurğumuz var. Onlardan ikisi – “Qvozdika” və “Akasiya”
özüyeriyən haubitsaları düşmənin silahlanma sistemində olsa da, say etibarı ilə
bizdən azdır. İstismarına tam yiyələndiyimiz 2S19 “MSTA-S”, 2S31 “Vena”, 2S7 “PİON-M” və “DANA” özüyeriyən qurğularımız isə düşmən üçün əlçatan deyil. Onların biri digərindən üstün sayılır. Aparılan hərbi
əməliyyatlarımızın sürətini elə artırır ki, necə deyərlər, dığaların bir qismi bir
göz qırpımında qanına qəltan edilir, bir qismi də ölüvaylaşır və hospitallıq
olur. Daha dəqiq desək, artilleriya divizionlarımız lazımi situasiyalarda 5 dəqiqə
ərzində döyüş mövqeyini dəyişə bilir, yaxud qəfil verilən əmrə əsasən 50 saniyə
içində döyüş vəziyyətinə gətirilir. 1992-ci ilin ordusunda isə “dayan doldurum”
azarından yaxa çəkə bilmirdik.
Düşmənin
açıq və örtülü yerdə olan canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli
örülü və açıq tipli müdafiə qurğularını məhv etmək, habelə minalanmış sahələrdən
keçid açmaq, düşmən artilleriyasına və tank bölmələrinə atəş açmaq üçün təyin
edilmiş 203 mm-lik 2S7 “PİON-M” özüyeriyən artilleriya qurğusu gorbagor olmuş
daşnak tör-töküntülərini birbaşa üzüqoylu qəbirə salacaqdır. Onun döyüş
komplekti 40 mərmidən ibarətdir. Daşınan mərmilərin sayı 4-8 ədəddir. Maksimal
atış məsafəsi aktiv-reaktiv mərmi ilə 55 km, adi mərmi ilə 37500 metrdir. Heyəti
7 nəfər olan bu qurğunun hərəkət sürəti 50 km/saatdır. Bu da hücum prosesində əlverişli
bir göstərici kimi qəbul edilir.
Ermənilərin
öz dili ilə desək, qadınları cinsi istismar üçün ərəb ölkələrinə, kişiləri isə
çörək pulu qazanmaqdan ötrü Rusiyaya gedən bir ölkənin çox kəsirli və yarıtmaz
olan döyüş texnikası bir yana qalsın, heç “mənəvi arsenalında” söz deyə biləcək
qüvvəsi varmı?! Erməni aparıcı, prodüsser Stepan Partamyan bu sualıma yaxşı cavab verir. O
deyir ki, “bu gün biz əcnəbi olmuşuq, mədəniyyətimizi
xarici dillərlə, musiqi ilə zənginləşdiririk, bu da millətimizin sonuna gətirib
çıxaracaq”. “Super oğruyuk” desəydi, daha dürüst səslənərdi. Daha sonra Stepan
özü-özünə sual verir ki, “biz dünyanın ən ağıllı insanlarıyıqmı? Xeyr,
ən axmaq millətik, ayrıca götürülmüş erməni hər hansı sahədə baş alim ola
bilər, lakin kollektiv mənada biz ən geridə qalmış xalqıq, çünki ümidimizi Qərb
və Şərqə qoymuşuq...”
Bu
fikri biz demirik. Demək, Dağlıq Qarabağ problemi ilə əlaqədar əldə edilən məntiqi
nəticə belədir: ümidini onun-bunun əlində axtaran axmaq bir millətlə üzbəsurət
oturub söz kəsmək üçün vaxt itirməyə dəyərmi?! Gec-tez hücum məqamı yetişəcək.
Əminəm ki, Dağlıq Qarabağda erməni atoynatma səhnəsi çox çəkən deyil...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant



Комментарии
Отправить комментарий