VƏTƏNİ QORUYAN KƏS ƏN ÇOX HÖRMƏT-İZZƏT SAHİBİ OLUR...
Öz həyatında haqqı və ədaləti üstün tutmuş dədə-babalarımızdan bizə qalan bir mənəvi məsələ var: vətəni qoruyan kəs ən çox hörmət-izzət sahibi olur. Bu mənada bu gün bizim hərbçilərimiz, ümumən desək, bütün qazilərimiz başımızın tacıdır. Xalqımız onlarla daim fəxr duyur. Dövlət başçılarımızın da qazilərimizə qayğı və ehtiramı daimidir. Yaxşı yadımızdadır: möhtərəm 1-ci vitse-prezidentimiz Mehriban xanım aprel döyüşçüləri ilə görüşənkən xüsusi bir vurğu ilə bəyan etmişdi ki, bütün qazilər mənim qardaşım sayılır. Həqiqətən səmimi qəlbdən deyilən bu sözlər əməldə də öz gerçək əksini tapır. Tədricən sosial həyatımızın bütün sahələrində bizi narahat edən problemlər bir-bir həll edilir. Hərbçilərin mənzil sarıdan çəkdikləri çətinliklər də planlı şəkildə aradan qaldırılmaqdadır. Təəssüf ki, mövcud imkanlara əsasən tədricən icra edilən mənzil təminatına bəzi müxalif siyasi qüvvələr mənfi rəng vurmağa cəhd edir, dövlətimizi qınamağa can atırlar. Bu xoşagəlməz meyillər bəzən hövsələsi olmayan hərbçilərimizi də dilə gətirir.
Bizim əziz
hərbçilərimiz, Sizə səbirli olmağı tövsiyə edirik. Səbir hər bir hadisədə gözlənilməz
hallardan üstün sayılır. Bilin ki, ehtiras alovu ağlın sürüşkən yeridir. Bir
anlıq qəzəb adamı bir saatlıq soyuqqanlılıqdan çox-çox uzaqlara aparır. Bu,
inanın ki, bizi istəməyənlərin qəsdidir. Ehtiras atının belində oturub ağlını
itirməyən adamdan qiymətlisi yoxdur. Söz deməyə nə var ki!... Gərək reallığı dərk
edəsən. Əmin ol, sənin haqqını pozan yoxdur, sadəcə işin həlli növbəli olduğuna
görə uzanır. Bu mənzil məsələsini sensasiya həddinə çatdırmaq yalnız düşmənə
xeyir verir. Bu zaman onlar əl çalıb oynayırlar ki, “biz yaddan çıxdıq, qoy
bir-birini ittiham edib bizə rəhmət oxusunlar”. Sizin fikrinizcə, belə halı kim
bəyənər?!
Gəlin
ya qonşu dövlətlərimizin, ya da digər dünya ölkələrinin hərbçilərlə bağlı mənzil
təminatının vəziyyətini nəzərdən keçirək. Qazaxıstanda bu məsələnin həlli daha
uzun çəkir. Dünyaya meydan oxuyan Amerika Birləşmiş Ştatlarında da xidmət ili şərtləri
bizdən çoxdur. Yəni hər ölkənin öz maliyyə ehtiyatlarına əsasən konkret təminat
proqramı hazırlanır.
Biz ağır
müharibə şəraitində yaşayırıq. Çoxsaylı qaçqınlarımız var. Dövlətimizin xüsusi
diqqət və qayğısı sayəsində onların bir qisminin problemi öz həllini tapmışdır.
Bir qismi hələ də çətin sosial durumda yaşayır. Onların bütün ehtiyacları məhz
dövlətimiz tərəfindən operativ bir şəkildə ödənilir və başqa dünya ölkələri ilə
müqayisədə bu istiqamətdə daha üstün göstəricilərə nail oluruq. O cümlədən hərbçilərimiz
də heç vaxt yaddan çıxmır. Məsələn,
bu günlərdə hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binasının
açılışı olub. Açılış mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov
nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək demişdir ki,
görülən kompleks tədbirlər ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi diqqət
və qayğının bariz nümunəsidir. Yeni bina dördmərtəbəli, dörd bloklu və 44 mənzillidir.
Mənzillər tam təmirlidir. Bütün kommunikasiya xətləri ilə təchiz olunub. Bina
üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub,
mənzillər mətbəx mebeli və kondisionerlərlə təmin edilib. Ərazi hasara alınıb,
asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları quraşdırılıb və
yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli
istirahəti üçün bütün lazımi şərait yaradılıb.
Hərbi qulluqçulara göstərilən xoş və
ehtiramlı münasibət könlümüzü çox rövnəqləndirir. Qoy, gözəl vətənimiz daim var
olsun, Azərbaycanımız heç vaxt dərd nədir bilməsin! Amin, ya rəbii!...




Xeyirli olsun.
ОтветитьУдалитьYURD OLANDAN SONRA ANAVƏTƏN OLUR.Qardaşım nə yaxşı ki,Yurddaı səhifəni yatmısan.Bizlər yaşadanlar cərgəsindəyik.Təbrik edirəm.VƏTƏNİMİZ ÜÇÜN ÇOX BÖYÜK SEVGİ gətirən bayrağımızın həmişə dalğalanan gücünə güc verəcəksiz .Çoz sağ ol ƏZİZ qardaş UĞURLARIN BOL OLSUN.ÜÇ RƏNGLİ BAYRAĞIMIZ ÜRƏKLƏ SEVDİYİMİZ DƏDƏ -BABA TORPAQLARINDA UCALARAQ DALĞALANSIN.AZƏRBAYCAN ƏSGƏRİ DÜNƏN, BU GÜN VƏ SABAH VƏTƏN SEGİSİYLƏ FƏRƏHLƏNİR.UĞUR DİMA DİLLƏR ƏZBƏRİ OLSUN ƏSGƏR.AMİN.
ОтветитьУдалить