ERMƏNİ YAZIQ DEYİL


                                
                       Həzrət Əli buyurmuşdur: “Daşı atılan tərəfə qaytarın,
                                   ona görə ki, daş atanın cavabı daşdır”
          Yağılıq etmək, evyıxan əməllərə qurşanmaq əslində insanın özündən ötrü bir qəbirqazıyan rolunu oynayır. Bu mənəvi mətləb və dəyərləri millət, xalq anlamı çərçivəsində çözələyib açanda bəşəri düşmənçiliyi, ədavəti bütün insanlıq yurdunu dağıdıb viranə qoyan elə bir qara qüvvə biçimində görürük ki, onun məhvi, tələf olması yollarını acgözlüklə axtarırsan. Əfsus ki, belə murdar simalar susdurulmur, əksinə böyük qüvvələrin əlində siyasi alətə çevrilir.
          Keçmiş yazılı mənbələrdə oxuyuruq ki, azərbaycanlılar tarixən əxlaqi baxımdan belə bir məntiqi dəyərlə ifadə olunurdu: xeyirxah fikir, xeyirxah söz,  xeyirxah əməl. Qəhrəmanlıq tarixi də zəngindir. Özünə düşmən kəsilən xalqlara baş əyməyib. Yalnız iç düşmənlərinin nankorluğundan məğlubiyyətə məruz qalıb. Düşmənə qarşı kin saxlamayıb. Barışığı, mehriban dolanışığı qan tökməkdən üstün tutub. Ona həmişə düşmən gözü ilə baxan erməni xalqına da çox güzəştlər edilib. Bu gün də “bəlkə,  insanlığı qandılar” deyərək bağışlamaq qənaəti ilə Azərbaycan dövləti humanist siyasət yeridir. Bu, bizim həyat fəlsəfəmizdir. Əsas məqsədimiz sülh və müstəqillik  şəraitində yaşamaqdır. Lakin düşmən günahsız insanların axıdılan qanından doymur.
          Aydın məsələdir ki, ədavəti, torpaq qovğasını özgəsi yaradıb. Ara qızışdıran iblis simasındadır: gah görünür, gah da kabus kimi beyinləri pozur, zəhərləyir, müharibə alovuna qızınır. Beyni pozulmuş erməni də dilini boğaza qoymur. Müharibə ocağına körük basmaqdan usanmır. Qızışdıqca qırılır. Bu da bənzəri olmayan bir millətçilik azarıdır.
          Şikəst mənəviyyat sahibi olmuş ermənilərin bədbəxtçiliyi təkcə torpaq davasına  qurşanmaları ilə bağlı deyil, həm də yekcins dövlət yaratmaq cəhdi, dünyaya məqsədli səpələnmələri ilə əlaqədar olan bir hiylə oyunudur. Bu səpələnmə prosesini təbii hal kimi təqdir edənlər də var. Bəlkə də, bu hərəkət hiylədən doğan bir hiylədir. Lakin bu oxşarı tapılmayan səpələnmədir. Vətənpərvər yurddaşımız Nəriman Məmmədovun tərtib etdiyi sənəd bu baxımdan çox karımıza gəlir. Sənəddə 1992-ci ilə qədər azərbaycanlılarla ermənilərin dünya ölkələri üzrə qarşılıqlı sayı göstərilir. Qeyd edilən 184 ölkənin yalnız 22-də erməni yaşamır. Vallah, adamın lap paxıllığı tutur. Dünyanın həmin 22 ölkəsində, yəqin ki, tam qulaq dincliyi hökm sürür. Amma 162 dövlətdə torpaq davası və yaxud millətçilik azarının yayılması ehtimalı sorğu-sualsız labüddür. Harada öz əcəli ilə ölməyi sevməyən şovinist erməni nəfəs alırsa, orada torpağa sahib millətin başında hökmən qalmaqal gözlənilir. Bəlkə də, bu proses  gizli davam edir. Vay bu qalmaqalı qabaqcadan görüb duymayan xalqın halına!
           Siahıyaalınma cədvəlinin çox mötəbər məxəzi var: “Hindistan ensiklopediyası”, “Oksvord universitetinin etnoqrqafik lüğəti”, Britaniya ensiklopediyası”, “Yaxın və Orta Şərq ölkələri ensiklopediyası” və bütün dünya ictimaiyyətinin etibar etdiyi  YUNESKO-nun məlumat bülleteni. Azərbaycanlıların sayı dünyada 37 milyon 756 min 490 nəfərdir. Ermənilərin sayı isə 7 milyondan bir qədər çoxdur. Əlbəttə, say tam inandırıcı deyil. Cədvəldə göstəriciləri tutuşdurarkən bir cəhət qabarıq əks olunur. Azərbaycanlılar qürbət eldə yığcam halda ömür-gün keçirməyi çox sevirlər. Ermənilərdə bu “sevgi” baş tutmur. Çünki yad məmləkətdə də yaşayarkən onlarda daxilən qonşuya düşmənçilik hissi öz gücünü itirmir. Təbii ki, bu səbəbdən dünya üzrə səpələnmə  xarakteri  də özünəxasdır. Məsələn, Vatikanda 2, Svazilenddə 10, Zambiyada 12, Bruneydə 13, Belizdə 14, Banuatuda 16, Bahreyndə 17, Boostvanada 18, Cibutidə  18, Cadda  18, Zimbabvedə 27, Qvineya-Bisauda 33 nəfər erməni yaşayır. Bu rəqəmlər irəli sürdüyümüz mühakiməyə yaxşı işıq salırmı? Sanki alaq otu kimi harada münbit yer varsa, oranı bürüyərək imperiya dəllallarının əlində oyuncağa çevrilmiş  bu xain millət hələ çox xırdalanacaq, əldən-ələ keçəcək. İndinin özündə ermənilər zor gücünə yaratdıqları yekcins milli dövlətdə – Ermənistanda yaşamaq istəmir, baş götürüb müxtəlif dünya ölkələrinə qaçırlar. Öz günahlarını bəziləri dərk etsələr də “həya” deyilən  şey onlarda tapılmadığına görə həmişə əllərinə ya alçaq, ya da yüksək tribuna keçən kimi “ biz yazıq millətik” deyib haray qoparır, böyük xalqların qoltuğu altına girməyi xoşlayırlar.
            Dünyada ən az azərbaycanlı yaşayan ölkə Litva Respublikasıdır: cəmi 15 nəfər. Qalan ölkələrdə  bu rəqəm ancaq yüksəlir. Ən çox azərbaycanlı yaşayan ölkə isə İrandır. Başqa sözlə desək, Güney Azərbaycanımızdır. 21 milyon 564 min nəfər. Azərbaycanlılar könüllü olaraq öz milli dövlətindən qaçmaq fikrinə heç vaxt düşməmişlər. Qaçanlar yad əllərlə məcbur edilmişdir. Onların böyük bir qismi sovet işğalında, bir qismi İkinci Dünya müharibəsində əsir düşdükdən sonra qürbət ellərdə yurd salmışlar. Əksəriyyəti taleyin acı hökmü ilə Vətəndən ayrılmışdır. Bu ayrılıq indi də onların qəlbini ağrıdır. Güney-Quzey ayrılığı tarixin dəhşətli faktıdır. Müstəqil Quzey Azərbaycanı yavaş-yavaş milli ayrılıq yaralarına məlhəm tapır, milli yüksəlişə təkan verir. Allah gec-tez olsa da pisniyyət, xain adamların kəndirini kəsəcək və gələcəyimiz çox  işıqlı olacaq. Şükürlər olsun, indi üzümüz xoşbəxtliyə doğrudur.
            Sözün açığı, əhalinin siyahıya alınmasının obyektivliyinə tam inanmaq olmur. Ola bilsin ki, bəzi inkişaf etmiş ölkələrdə  bu sosioloji tədbiri dürüst və dəqiq aparırlar. Özümüz şahidik ki, Sovet Azərbaycanında sosializm cəmiyyətinin son məqsədinə–vahid sovet milləti yaratmaq niyyətinə ziyan gətirdiyinə görə siyahıya alınmanı biganəliklə yola verirdilər.
            Azərbaycanda yaşamış ermənilərin qeydiyyat bicliyi son zamanlar üzə çıxmışdır. Sən demə, suyumuzu içən, çörəyimizi yeyən daşnaklar əl altından bizə tələ qurmaqla yanaşı ev almaq üçün bir neçə şəhərdə özlərini qeydiyyatdan keçirirmişlər. İndi məlum olur ki, ən fərsiz, fağır erməninin cibində iki paspotu varmış. Öz aramızdır, sovet milisinin hünərindən danışanda ağzımıza çullu dovşan sığmırdı. Bu idimi milisin nəzarəti?! Heç olmasa,  indiki polisimiz ayıq-sayıq olmalıdır ki, milliyyətini dəyişən ermənilər çox bərkiməmiş bünövrəmizi gizli-gizli sökməsinlər. Axı milliyyətini dəyişən erməni qeydiyyatını çoxaldan ermənidən daha zəhərlidir.
            Demək, əhalinin siyahıya alınması olsa-olsa təxmini nəticədir. Buna baxmayaraq müqayisə və fərq üçün  siyahıya alınmanın  gərəyini danmaq olmaz. Necə deyərlər, quyu nə qədər dərin olsa da dibsiz deyil. Siyahıya alınma az-çox sübut edir ki, 10 milyonluq bir xalq ən böyük tarix, ən qüdrətli dövlət eşqinə düşərək özündən 5 dəfə, bəlkə də, 10 dəfə çox bir xalqın torpağına göz dikməməlidir. Bax bu əqli nəticəyə görə yurddaşımız Nəriman Əliqulu oğluna “sağ ol” deyək ki,  həmin cədvəli hazırlamış, 12 min nüsxə çap etdirmiş və keçmiş SSRİ məkanında yaymışdır. Ehtimal ki, bunun bir nüsxəsi də erməni əlinə düşər və o da öz murdar taylarını bir yerə cəm edərək əməlli-başlı fikirləşərlər. Onların bir də qansa, qənimətdir!
             Çox şükürlər olsun ki, bir tarixi həqiqətin də üzərindən ümummilli liderimiz Heydər Əliyevin tarixi sərəncamı ilə qara pərdə götürülmüşdü. Vaxtilə Azərbaycan Demokratik Respublikası tərəfindən Ümumhüzn günü kimi qeyd edilən 31 mart qırğınları xalqımızın milli soyqırımı  günü elan olundu. Kommunist adı altında gizlənən hiyləgar daşnak Stepan Şaumyan cinayətkarlığı bir tarixi gerçəklik kimi rəsmiləşdirildi. Ulu öndərimizin bu addımı azərbaycanlıların genosid tarixinin gələcək nəsillərə  çatdırılması istiqamətində  çox dəyərli bir addımdır. Öz millətinin tarixindən, ağlı-qaralı keçmişindən xəbərsiz böyüyən gənc öz Vətəninə layiqli övlad ola bilməz.
            Bizim axtardığımız, vurğun olduğumuz bir şey varsa, o da yalnız boyaqsız-bəzəksiz həqiqətdir. İnsanlığı düz yola çəkib aparan həqiqət! Bizim xalqdan ötrü onun necəliyi əsas şərt deyil. Həqiqət istər acı, istər amansız, istər ziyanlı olsa da , bizə onun özü gərəkdir. Çünki həqiqətə baş əyən düşmənə boyun əyməz. Həqiqət insanda mənəvi toxluq yaradır, onu saflaşdırır.


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”