SÜLHƏ QOL ÇƏKİLMƏSƏ, ERMƏNİSTAN BU GEDİŞLƏ AZƏRBAYCANIN AYAQLARI ALTINDA CAN VERƏCƏKDİR
ABŞ-ın Pensilvaniya Universitetinin müvafiq qrupu və Ağ Evin analitikləri
tərəfindən tərtib edilmiş siyahı Ermənistan əhalisinin uzun sürən dərdinə əlavə
dərd vermişdir. Əslində bu, İlahi bir cəzadır. Dərd verənin qisməti dərd
olmalıdır. İqtisadiyyatın inkişaf tempi ilə yanaşı ölkənin siyasi arenasında yaranmış
təsirlər, hərbi güc, dünyada liderliyin və beynəlxalq ittifaqlarda iştirakın
qiymətləndirilməsi əsas götürülərək hazırlanmış bu siyahıda Ermənistanla qonşu
olan üç ölkə 2019-cu ilin yekunlarına görə dünyanın ən güclü ölkələrinin
reytinqinə düşüb. Belə ki, siyahıda İran 13-cü,
Türkiyə 16-cı, Azərbaycan isə 45-ci
yeri tutub. Ermənistanın ən çox qorxusu da Azərbaycanın iqtisadi uğurlarından
doğur.
"İzvestiya" qəzeti yazır ki, reytinqdə
80 ölkə arasında iqtisadiyyatı ən güclü sayılan ABŞ öz liderliyini qoruyub
saxlayır, ikinci yerdə yenə Rusiya qalır. Çin isə ilk üçlüyü bağlayır. Birinci
onluğa Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı
və Cənubi Koreya daxildir. Reytinqdə MDB ölkələrindən Belarus 35-ci, Ukrayna 39-cu, Qazaxıstan isə
43-cü yerdədir. Siyahıda son yerləri Litva, Slovakiya, Sloveniya, Latviya və
Estoniya tuturlar.
Güc
reytinqində qaranlıq nöqtə yoxdur. Ermənistan əhalisini bu siyahı daha çox Azərbaycanın qazandığı
iqtisadi yüksəliş çox narahat edir. Sosial şəbəkədə müxtəlif təbəqələri təmsil
edən ermənilər tərəfindən açıq şəkildə etiraf edilir ki, Dağlıq Qarabağ
problemi vaxtında həll edilməli və savaşa son qoyaraq dinc həyata start verilməlidir.
Axı, nə qədər müharibə şəraitində yaşamaq olar?! Mövcud durum sübut edir ki,
işğalçı Ermənistan get-gedə çökür, torpağı düşmən nəfəsi altında inildəyən Azərbaycan
isə daim yüksəlməkdədir. Eyni zamanda Azərbaycan Ordusu öz döyüş qüdrətinə görə
ön mövqedə addımlayır. Sülhə qol çəkilməsə, söz yox ki, Ermənistan bu gedişlə
Azərbaycanın ayaqları altında can verəcəkdir.
Ermənilərin
“Arka. am” saytında adi bir vətəndaş kimi Roman Baqseryan iqtisadi məsələlərin
həlli ilə bağlı rəy verir ki, Ruben Vardanyanın dediyi kimi, Ermənistanı
Rusiya, Amerika və digər ölkələrdən qohumların qəyyumluğu hesabına havayı göndərilən neçə-neçə milyard pullar yaman günə salıb.
İnsanlar hansı yolla pul qazanmağın yolunu itiriblər. Çünki Ermənistan yalnız ələbaxımlıq
siyasəti ilə dolanır. Üstəlik ölkədə işçi qüvvəsi çatmır. Gücü çatan erməni ailələri
baş götürüb Ermənistandan qaçırlar. Roman Baqseryanın bu bədbin rəyinə isə
Artur Arzumanyan öz fikirini belə qısaca yazır ki,indiki güzəran “mənim üçün utandırıcıdır”.
Vallah, mən hansısa erməninin bu sayaq
utanmağını qeyri-təbii sanıram. Çünki özgə hesabına yaşamaq onların genetikasından,
murdar qanından irəli gəlir. Biz görmüşük ki, ağıllı başçısı olan ölkələr digər
ölkələrin problem və çətinliklərindən ibrət dərsi alırlar. Həyat daim insanlığı
imtahana çəkir. Di gəl ki, daimi axmaqlıq postunda oturan Ermənistan siyasətçiləri
heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər...
İbrahim MƏSİMOĞLU
Mənbələr:


Комментарии
Отправить комментарий