Melik-Şahnazaryan: “SƏN DƏ ONLARA QOŞULDUN FRANSA?” Yaxud ermənisayağı replikanın bir sədası...
Böyük
siyasətçilər gərgin diskussiyalardan boğaza yığılan zaman belə deyirlər ki,
siyasətdə möhkəm mövqe tutmaq çox çətindir, döyüşçü bu və ya digər həlledici
bir savaşda əsas məqsəd naminə ölərək bu dünyanı birdəfəlik tərk edirsə, siyasətçi
öz hədəfinə yetişmək üçün mübarizə meydanında
hər gün ölür. Bəzən isə qismətə ölmək düşməsə də, hiylə priyomları işə
salınır, müəyyən fikir burcutmalarına yol verilir. Bu siyasi gediş incəliyini hər
kəs duya bilmir. Necə ki, ermənilərin
“Voskanapat.info” saytında Qrant Melik-Şahnazaryanın yazdığı informasiya öz
mahiyyətinə görə həmin siyasi nüansları özündə yaxşı əks etdirir. Yazı
müəllifinin ifadə etdiyi bədbinlik ovqatı ondan irəli gəlir ki, Ermənistanın diplomatik müdafiəsi tədricən yoxa
çıxmaqdadır.
Qrant Melik-Şahnazaryan yazır ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross Dağlıq
Qarabağın Azərbaycan icmasının başçısını qəbul etdikdən sonra onun humanist
niyyətli fikirlərini “Tvitter” sosial şəbəkəsində bölüşərək növbəti görüşün Dağlıq
Qarabağ regionunda keçiriləcəyinə ümid etdiyini bildirir və eyni zamanda icma
başçısı Tural Gəncəliyevin yanaşmalarından son dərəcə təsirləndiyini yazır.
Sonra ortaya heyrətləndirici bir sual qoyur: “Sən də
onlara qoşuldun Fransa?” Onun qısa mətnli informasiyası indiki hökumətin fərsizliyini
çox aydın bir şəkildə açıqlayır: ”Nikol Paşinyan və Zoqrab Mnatsakanyanın
xarici siyasəti Ermənistanı müttəfiq ölkə kimi yoxa çıxarır. Hər şey sıfıra
endirilib və bu cür xəbərlər artıq bizi təəccübləndirmir. Ermənistanın
diplomatik müdafiəsi məhv edilib. Belə bir qüvvə yoxdur. Məhz buna görə Tural Gəncəliyevin rəhbərlik
etdiyi Azərbaycan icması siyasi amilə çevrilmişdir. Bu amil qondarma rejimin subyektliyinin məhvinə dair
Paşinyanın siyasətinə düz mütənasibdir.”
Erməni
ağlından doğan narahatedici mətləb bəllidir. Ermənistan beynəlxalq aləmdə öz
siyasi sonluğuna çatanda ürəyi neçə yerdən çatlayacaq?!...
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий