QARABAĞ ƏDALƏTİ KƏSKİN QILINCA BƏNZƏR, ONU HAQSIZ TUTANIN ƏLİ KƏSİLƏR
Çoxdan gözlədiyimiz gün yetişdi: 10 noyabr – qələbə günümüz kimi tarixləşdi. Qürurumuzu çeynəyən düşmən layiq olduğu cavabı aldı. Qranit iradəmiz, pozulmaz milli birliyimiz və yenilməz ordumuzun dağıdıcı zərbələri qarşısında mənfur düşmən diz çökdü, təslim oldu. Hərbi üstünlüyümüz bizə siyasi qələbə də qazandırdı.
Azərbaycan, Ermənistan
və Rusiya arasında imzalanan 10 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən Ermənistanın
tam və qeyd-şərtsiz kapitulyasiyası rəsmiləşdi. Dünyaya bəyan edildi ki, Dağlıq
Qarabağa heç bir status verilmir, erməni işğalı altında olan bütün ərazilər
qısa müddət ərzində azad edilir, Ermənistanın hərbi birləşmələri Qarabağdan son
nəfərə qədər çıxarılır, 870 min azərbaycanlı məcburi köçkünümüz doğma
Qarabağa və ətrafdakı 7 rayona qayıdır, sərhədlərimiz tam bərpa edilir,
Naxçıvanımıza tarixi gediş yolu açılır. Layiq olmasalar da, ermənilərə üç
rayonumuzda yaşamaq hüququ verilir. Bu güzəşti yalnız bizim kimi humanist siyasət
yürüdən xalqlar verə bilər. Tam əmin ola bilərik ki, həmin razılaşma ilə bağlı
olaraq yaradılan sülhməramlı korpusa türk hərbçiləri də daxildir. Söz yox ki,
bu öhdəliklər pozularsa, savaş meydanında əksər hissəsi gəbərmiş düşmən daha
çox bəlalara düçar olacaq.
Təbii ki, sülh
razılaşması qəhrəman döyüşçülərimizin misilsiz hünəri hesabına başa gəldi. 30
illik həsrətə son qoyuldu. Vaxtilə süni və gülünc faktlarla ordumuzu lağa qoyan
faşist erməni bandasını, habelə dünyanın hər yerindən yalvarışla çağırılan erməni
muzdlularını beton özüllü yeraltı qazmalarda elə bombardman etdik ki, damarlarında
qanları dondu. Dığalara təkmil savaş dərsləri verdik. Dağlı relyefi hərtərəfli vuruşmaq
üçün münasib hesab edilməyən doğma Şuşamız modern silah və texnikaların gücü ilə
deyil, igid cəngavərlərimizin əlbəyaxa döyüşü sayəsində daşnak tör-töküntülərindən
təmizləndi. Savaş novatorluğu, misilsiz döyüşçü fəndləri ilə dünyanı heyran
etdik. 44 günlük vuruş prosesində hər atış
dəqiqələrində qorxaqcasına qaçaraq “siçovul yuvasına” qısılan, əksər əsgərləri istər
qaya, istər torpaq səngərində bizə tutarlı cavab verə bilməyərək cəhənnəmə
vasil olan, habelə silahı, sursatı, suyu-çörəyi qısa vaxt ərzində yoxa çıxan
işğalçı Ermənistan ordusu qarşımızda baş əyməyə məcbur oldu, Azərbaycan Ordusu isə
sürəkli alqışlara layiq görüldü.
Nikol Paşinyanın
dəmdəməki siyasəti nə beynəlxalq arenada, nə də müharibə səhnəsində istədikləri
nəticəni vermədi. Qaniçən mövqe tutaraq törədilən siyasi sərgüzəştlər, sərgilənən
mənasız sülh danışıqları onlara yalnız əlacı tapılmayan dərdlər, min bir əzab gətirdi.
Doğrudan da, hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar. Ermənistan
dövlətinin əzazil hərbi-siyasi rəhbərliyinin bütün dünyanı dolaşan hiyləsi baş
tutmadı, əksinə erməniləri acınacaqlı bir duruma qərq etdi. Həddindən artıq
müştəbehlik edərək sülh təklifimizə “naz edən” xain qonşumuz dəmir yumruğumuz
altında zavallı bir görkəmə düşdü. Ehtimal ki,
bu acı məğlubiyyət “böyük Ermənistan” xülyasının müsibətli sonluğu kimi
onları bir daha qələt etməməyə sövq edəcəkdir. Əlbəttə, əgər insan kimi düşünə
bilsələr!...
Bizim
mövqeyimiz dəyişməzdir. Yəni sözümüz üstündə durmağı bacarırıq. Lakin erməni tərəfinə
bel bağlamaq təhlükəlidir. Erməni saytlarında verilən məlumatlar çox ehtimallar
doğurur. Belə ki, Ermənistanda sülh söhbəti açılan gecədən başlayaraq etiraz səsləri ucaldı. İrəvanı bürüyən bütün mitinqlərdə Azərbaycan,
Ermənistan və Rusiya arasında əldə olunan 10 noyabr 2020-ci il tarixli
razılaşmanın ləğv edilməsi tələb edilir. Şübhə yoxdur ki, çoxsaylı etiraz
dalğası tədricən inqilabi hərəkata çevrilə bilər. İrəvanda sülh razılaşmasına
öz narazılığını bəyan edən qüvvələr Baqramyan prospektini bağlayaraq, kəskin
çıxışlar edir və hökumətin istefasını irəli sürürlər. Əraziyə çoxsaylı polis
qüvvələri cəlb edilsə də, etiraz mitinqləri səngimir. Saxta dini təfəkkür
daşıyıcısı kimi nasist əməllər törədən Erməni Apostol Kilsəsi də etiraz edənlər
arasındadır. Ermənistanda 17 siyasi partiyanın iştirakı ilə İrəvanın Azadlıq
meydanında keçirilməsi nəzərdə tutulan aksiya təşkilatçılarının yaydığı bəyanatda
deyilir: “ Qarabağla bağlı sülh razılaşmasının imzalanması xəyanətdir. ...Dünən
tariximizi ən biabırçı səhifəsi yazıldı. Cəbhədə torpaqları və dövlətçiliyi
qanları ilə qoruyan əsgərlərin və hamımızın arxasından xain bir müqavilə
imzalandı.”
Göründüyü kimi,
nasist ideologiyası ilə bütün dünyada aşkar və gizli surətdə qaniçənlik edən, psixoloji
durumu nataraz olan yalan nəfəsli erməni insan kimi düşünmək iqtidarında deyil.
Hər bir halda sözügedən sülh sənədində Rusiyanın öndərlik məsələsi var. Qəbul
edilmiş razılaşma icrasız qalarsa, müzəffər yürüşümüzü başa çatdırmaqla bağlı
heç bir problemimiz olmayacaq. Lakin Rusiyaya qarşı saymamazlıq ermənilərə ağır
bəlalar verə bilər. Necə deyərlər, bizim barmağımız tətikdədir. Sülh
razılaşması pozulan andan müzəffər yürüşümüzün davamlı hərbi əməliyyatlarına dərhal
start veriləcək.
Qarabağ cəngi ər
işidir. Bu igidlik ermənilik deyil. Öz gücünə yox, özgələrə bel bağlayan qarı
düşmən yəqin etdi ki, biz şərəfimizlə məzara girərik, amma düşmənə boyun əymərik.
Şükürlər olsun ki, erməni işğalçıları üzərində nail olduğumuz qələbə sevinci
xalq birliyimizi daha da möhkəmləndirdi. Zəfər savaşlarımızın ilk anlarından
etibarən mübarək qələbə dəqiqələri qürur dolu qəlbimizdə döyünməkdədir. Sülh
razılaşmasının öhdəlikləri tam başa çatdıqdan sonra dövlətimizin yeni inkişaf
planlarının icrasına təkan veriləcək. Qarabağ çırağımız heç vaxt sönməyəcək. Qoy
bütün dünya bilsin ki, ilahi həqiqətlərə istinadən səsləndirdiyimiz Qarabağ ədaləti
kəskin qılınca bənzər, onu haqsız tutanın əli kəsilər.
İbrahim
MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий