ERMƏNİSTAN QURU YARPAQ KİMİ ƏSİR
Erməni etirafı, amma çox rəzalətli bir
etiraf! Biz yaxşı bilirdik: dili kimi sözü də əyri olan erməni nakəslər savaş
olmadan düzələsi deyildi. Axı, tarixən ulu babalarımız görmüşlər ki, xəyanətinə
görə qanına qəltan olmazsa, xain hayların dinc zamanda fitnəli harayında məna
axtarmağa, bu və ya digər yağlı vədlərinə bel bağlamağa, onlardan insaf, mürüffət
gözləməyə dəyməz. Hər halda biz xeyli müddət Dağlıq Qarabağın işğalına dözə-dözə
“sülh” dedik, rəhmdillik göstərdik, onlar isə “dava” deyib bizə göz ağartdılar.
Hətta sülhpərvərliyimizə lağ etdilər. Axır ki, silahlarımıza söz verdik və uzun
sürən acı həsrətə nöqtə qoyduq.
Ən
mühüm olan fakt odur ki, siçovullaşan erməni ordusunun nər ordumuz qarşısında zəif
olduğunu boyunlarına aldılar. Müharibəni daha tez başa çatdıra bilərdik. Zənn
etdik ki, əzəmətli gücümüzə, sarsılmaz qüvvəmizə bələd olandan sonra susar və
sülhə razılaşarlar. Amma cəmi 44 gün onların başını öz murdar qan gölünə
yaxşıca basıb çıxartdıq ki, qan içməkdən doyub bir daha namərdlik etməsinlər. Böyüyündən
tutmuş kiçiyinədək hamısı sərrast və dağıdıcı zərbələrimiz qarşısında hədsiz
vahimə yaşadıqlarını açıq söylədilər. Öz əsgərlərinə xəyanət etdiklərini də
gizlətmədilər. Ən nəhayət, təslim olduqlarını rəsmən təsdiqlədilər.
Doğrudan da, igidlik ondursa, onun biri qüvvət,
doqquzu fənddir. Bir fəndimiz Azərbaycana dəymiş maddi ziyanlara görə qəddarlıqdan
zövq alan Ermənistana qarşı təzminat iddiamızla bağlıdır. Bu istiqamətdə məhkəmə
prosesinin hazırlanması barədə hələ geniş miqyaslı peşəkar iş gedir. Ermənistanın
bizə təxminən 50 milyard təzminat ödəyəcəyi barədə xəbər onları yamanca dərdə
salıb. Həm də qəzəb hissi ilə etiraf ediblər ki, Ermənistanın səfeh baş naziri 10 noyabr
tarixli sülh razılaşmasını imzalayaraq, Ermənistanın sözügedən öhdəlik subyekti
olduğunu təsdiqləmiş və bunun nəticəsində Dağlıq Qarabağla yanaşı ətraf yeddi
rayonda dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyünə görə təzminat
iddiası daha da gücləndirilmişdir. Məlum həqiqətdir, bu təzminatı verməyə ələbaxımlı
Ermənistan lazımi güc tapası deyil. Vaxt vardı ki, bir isti qucaqdan düşüb digər
təminatlı isti qucağa girirdilər. İndi namərd əməlləri onları yetim bir duruma
salıb. Hər addımda bir xəyanət etməsi ucbatından daha özünə etibarlı yiyə tapa
bilmirlər.
Onun-bunun şapalağı altında təhqir edilən
haylar müzəffər ordumuzun şanlı qələbəsindən sonra öz-özlərini şapalağa tutur,
bir-birini döyür, satqın adlandırır, milli xainliyin acısını qan qusa-qusa dadırlar. Sülh razılaşmasını inkar edənlər İrəvan küçələrində əllərinə keçən dövlət məmurlarını daş-qalaq edirlər. Hətta Ermənistan parlamentinin sədri Ararat Mirzoyan etirazçılar tərəfindən ölümcül yaralanıb. İndi onların hər biri bir ölü candır. Səsləri var, amma mənlikləri yoxdur. Ölüm ayağında yenə də tərslik edirlər.
Qanmırlar ki, xəyanətlə ələ keçirilən Dağlıq Qarabağ onlara cəhənnəm əzabı bəxş
etdi. Nə qədər yalan danışmaq, saxta tarix uydurmaq olar? Başa düşə bilmirlər
ki, biz halallıq vermədən bu ulu yurdumuzda bir erməni də rahat nəfəs ala bilməz!
Qondarma rejimin hərbi-siyasi rəhbərliyinin
toplantısında bədnam “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyanın acıqlı
şapalağını yeyən Dağlıq Qarabağ seperatçılarının lideri Araik Arutyunyanın biabırçı
bir etirafını sitat gətirmək yerinə düşər: “Bu gün xain, satqın axtarışında
olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat
versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində
isə tamam başqa yerdə olublar. 18-20
yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində
kim gəlirdi? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən
boyun qaçırırdılar. Son gün isə Stepanakertin (Xankəndinin) kənarlarında cəmi
100-200 döyüşçümüz vardı”.
Faşist seperatçı rejimin bütün liderləri
kimi Araik Arutyunyanın da, baş nazir Nikol Paşinyanın da, müdafiə naziri David
Tonoyanın da əbləhliyini biz yaxşı bilirdik. Ədalətsiz savaşın məğlubiyyət
sonluğunu onlara qabaqcadan bəyan etmişdik. Amma eşitmək istəmir, dili boğaza
qoymurdular. Hər siyasi çıxışlarında vurğulayırdılar ki, bizdən çox güclüdürlər.
Hərbi əməliyyatların gedişində yalnız feyk xəbərlər istehsal edirdilər. Bu gün
bütün Ermənistan quru yarpaq kimi əsir. Şanlı Azərbaycanımız isə qələbə təntənəsi
içərisində şadlıq məclisləri qurur.
Qürurla qeyd etməliyik ki, hərbi uğurumuzu
bütün dünya dəstəkləyir. Hərtərəfli təhlil aparılır, haqlı mövqeyimiz müdafiə
olunur. Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor
Korotçenkonun real tərəfsizliyi, başqa sözlə desək, haqqsevərliyi bizi çox məmnun edir. O, əsl insan oğludur.
Bu günlərdə İqor Korotçenko ildırım sürətli Qarabağ savaşımızın qələbə sirlərini
açıqlamış və aparılan döyüşlərə çox obyektiv qiymət vermişdir. Qələbəmizin cəmi
doqquz sirrlə gerçəkləşdiyini sübut edən rusiyalı hərbi ekspertə ürəkdən “sağ
ol” deyirik. Həmin sirrləri sadalamaq istəyirəm: 1. Güclü və iradəli prezident,
Ali Baş Komandan İlham Əliyev; 2. Səmərəli hazırlanmış, texniki cəhətdən təchiz
olunmuş müasir ordu; 3. Azərbaycan əsgər və zabitlərinin ruh yüksəkliyi; 4.
Müharibənin ədalətli xarakteri – işğal olunmuş ərazilərin azad edilməsi; 5.
Ağıllı hərbi planlama, döyüş əməliyyatlarının dəqiq hazırlanması; 6. Ordu və
xalq birliyi; 7. İnkişaf etmiş hərbi-sənaye kompleksi; 8. Güclü və şaxələndirilmiş
iqtisadiyyat; 9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi. Həqiqətən çox
obyektiv yanaşmadır.
Erməni liderləri
bir acı etiraf da etdilər. Göz yaşı tökə-tökə rəsmən bəyan etdilər ki, Şuşanın
azad edilməsindən sonra Xankəndi ilə bahəm 25 min erməni əsgəri mühasirəyə
düşmüşdü. Xankəndi tutulan kimi Əsgəran və Ağdərə də öz-özünə boşalacaqdı. Çünki bu şəhər və rayonlarda siçovul yuvasına
bənzər müdafiə istehkamları qurulmamışdı. Həm də Azərbaycan Ordusunun dəmir
yumruğu altında dura biləcək erməni qüvvələri yox idi. Lakin biz sülhü üstün
tutduq ki, qarşımızda duranlar zəruri insan içalatına malik olmasalar da,
insanlıq əməlimizi qoy bütün dünya bilsin. Biz istisna hal kimi zalıma rəhm
etdik. Bəs, zalım bu mərhəmətli hərəkətimizə nə cür reaksiya verdi. Həyasızcasına
car çəkdilər ki, biz onlara zülm etmişik, hətta
imzalanan sülh sənədi “Dağlıq Qarabağ”ın həlli ilə bağlı son sənəd
deyil. Belə insanlıq
olarmı?!
Haram olsun sizə verdiyimiz sülh güzəştləri!
Əslində bir quru salama da layiq deyilsiniz! Qəddarlıqdan bu qədər həzz almaq
sizləri haçan iyrəndirəcək?! İmzaladığı öhdəliyə əsasən dincliklə Kəlbəcərdən
köç edən ermənilər biz tikən, biz quran evləri,
dükanları yandırır, elektrik qurğularını dağıdır, hətta çox
utandırıcı bir tərzdə məişət, təsərrüfat əşyalarının daşınmasında “unitaz eşqi”
sərgiləyirlər. Yaxşı ki, bu murdar erməni əməllərini uzun müddət onları
qucaqlarında bəslədikləri bəzi “milli qüvvələr” görür və ittiham edirlər.
Danlayırlar ki, azacıq da olsa sülh güzəştini
dərk etsinlər. Azərbaycan qarşısında yalnız baş əysinlər, bir daha
ədalətli qonşuya qarşı çıxmasınlar.
Söhbət Kəlbəcərdən düşdüyü bir məqamda müharibə
veteranı kimi keçmiş bir döyüş xatirəsini xatırlamaq istəyirəm. 1993-94-cü illərdə
apardığımız uğurlu ikinci Kəlbəcər hərbi əməliyyatında erməni vandalizminin çox
üzünün canlı şahidi olmuşam. Azad etdiyimiz 12 kəndə salamat ev qalmamışdı. Qəbir
daşlarımızadək hər şey çiliklənmişdi. Meşələrimiz qırılmış, təbiətimizə divan
edilmişdi. Nədəndirsə, bircə tövlələrə əl dəyilməmişdi. O zaman zalım şübhələr
içimizi çox didirdi. Sözün düzü, igidlikdə bizə tay ola bilməzdilər. Lakin
super güclərin davamlı və arxalı təminatı ermənini yaman qudurtmuşdu. Üstəlik erməni
kəşfiyyatı ilə müqayisədə geri qalırdıq. Nə edirdiksə, düşmən qabacadan xəbər
tuturdu. Bir dəfə Yanşak kəndində yerləşən qərargahımızda briqada komandirimiz
mayor Saleh İlyasov zəng çalan telefonu qaldıranda nə eşitsə yaxşıdır. Rabitə
tezliyini gizli yolla əldə edən düşmən bizə ultimatum verirdi. Zəng edən
separatçı rejimin rabitə qoşunlarının komandanı Qriqoryan idi. O, uca bir səslə
deyirdi ki, Kəlbəcəri tərk etməkdən ötrü bizə 3 gün vaxt verir, əgər dincliklə
çıxmasaq, tamam darmadağın ediləcəyik. Briqada komandiri vəzifəsinə təzəcə təyin
edilən Saleh İlyasov düşmənin qəfil zəngindən şoka düşdüyünə görə cavab verə
bilməyəndə bəyan edilən ultimatumdan tez hali olan şəxsi heyət üzrə komandir müavini
mayor İntiqam Mirzəyev telefon dəstəyini tez əlinə aldı və elə sərt cavab verdi
ki, düşmən rabitə əlaqəsini birdən kəsdi.
Həqiqətən tutarlı cavab verməyə əlimizdə əsasımız vardı, Kəlbəcəri tam
azad etməyə hünərimiz kifayət edirdi. Strateji Zod yoluna kimi mühüm yolları ələ
keçirmişdik. Rayon mərkəzinə çatmağa çox az məsafə qalırdı. Qorxu hissini boğa bilməyən ermənilər
könüllü əsir düşürdülər. Dağ yolları erməni cəsədləri ilə yerlə yeksan
edilmişdi. Di gəl ki, ilin sərt qış fəsli sıldırımlı Murovdag aşırımlarında təminat
prosesində ordumuza çətinliklər yaşadırdı. Üç gün Ömər aşırımı qarla tamam
örtülmüşdü. Döyüşçü süfrəmizdə yalnız quru çörək qalmışdı. Ac olsaq da
vuruşduq. Döyüşçülərimiz doğma yurdlarımızın azadlıq eşqi ilə özlərinə
toxtaqlıq verdilər. Nə qurumsaq dığalara, nə də aclığa baş əydik. Təəssüflər
olsun ki, basılan düşmən qüvvələri üç günlük aclığımızı duya bilməsələr də,
mövcud cəbhə çətinliklərini hərtərəfli dəf edə bilməyən, habelə sol cinahımızda
irəliləyişin baş vermədiyini əsas səbəb gətirərək mühasirə ehtimalını önə çəkən
komandanlıq Kəlbəcəri tərk etmək qərarına
üstünlük verdi. Heyf, çox heyf çəkdiyimiz o ağrı-acıya, o fərqli uğurlarımıza!...
Müzəffər ordumuzun hünəri sayəsində bu gün Kəlbəcərimiz
öz əlimizdədir. Daşnak qədirbilməzliyindən qan ağlayan hər qaya daşımız da
ondan üz döndərdi. Ruzigarımız səhvən onlara yön alsa da, erməni erməniliyini
etdi və bizim ədalətli hökmümüzlə rədd oldu. Axı, doğma sahibliyin dəyəri ilahi
dəyərdir. Çox çəkməz ki, erməni vandallarının törətdiyi mədəni və ekoloji
terrorun nəticələri aradan qaldırılar, möhtəşəm təbiəti ilə daha yüksək vüqarlı
Kəlbəcərimiz yeni biçimdə meydana gələr.
Gözün aydın olsun, doğma Kəlbəcər! Düşmən
sənin qoynunda yalnız qaratikan əkirdi, biz səni qızıl güllərə qərq edəcəyik!...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий