ERMƏNİ MURDARLIĞININ YENİ SİFƏTLƏRİ
İnsancasına rəftar hər kəsə xoş gələn
bir münasibətdir. Kimisə qimətləndirəndə “yaxşı insandır” deyirik. Bu zaman
varlığımızda xoş emosiya hakim olur, gözümüz qarısında müsbət təəssürat spektri
yaranır. Mənim fikrimcə, “insan” sözü böyük hərflə yazılmalı olan məfhumdur. Ona
görə ki, insan yaradıcı qabiliyyətə malik olan dərrakəli, şüurlu bir varlıqdır.
O həm yaşayır, həm də yaşadır. Bəşəri qanunları dərk edən hər kəs kənar mənfi təsirlərə
uymadan bu məsuliyyəti daşımağa və insanlığı daim uca tutmağa borcludur.
Ziddiyyəti istisna edilməyən həyatımızda
düşdüyümüz konkret şərait həmişə mühüm şərt hesab edilə bilməz. Hər şey insan
adını hifz etmək iqtidarında olan kəsin özündən, mənəvi paklığından, obyektiv
baxışından asılıdır. Bütün münasibətləri dava-şavaya gətirib çıxarana necə
insan demək olar?! İnsan hisslərinin təbiiliyi, gerçəkliyi, habelə mənfi və
müsbət çalarları onun həyatının bütün məqamlarında təzahür edir. Bu proses çox
suallar doğurur. Məsələn, insan keşməkeşli həyatda özünü necə tapır? Özünə
uyğun gələn peşəni düzgün seçə bilirmi? Həyatda çoxmu dost qazanıb? Ədalətsiz
addımlara necə qiymət verir? Ondan ötrü həqiqət dəyərlidir, yoxsa şəxsi mənafe?
Haçansa onun varlığına saxta hisslərin soxulmasına rəvac verirmi? Milli
eqoistliyi qəbul etmək onu utandırır, yoxsa ürəyincədir? Haqsızlığa boyun əyirmi?...
Sözün qısası, insanı insaniyyət üzrə imtahana
çəkmək asan olduğu qədər ağır yüklərə malikdir. Yer üzündə tamam saf insan da
yoxdur. Xatasız ömür tapa bilməzsiniz. Çünki nöqsan həyatın inkişaf impulsudur.
Səhv etdikcə daha yeni qüvvə mənbələri arayır və ehtiyatlı fəaliyyət
qaydalarına ciddi əməl etməyə çalışırsan. İstəmirsən ki, başına dəyən təsadüfi
bir daş təkrarən sənə tərəf gəlsin. Milli mənada bu deyilənləri ermənilərə aid
etmək olarmı?!
Bu
sualın cavabını ulu dədə-babalarımız çoxdan bizə söyləyiblər. Xəbərdarlığımız
daimidir. Bu barədə çoxcildli tarixi əsərlər yazılıb. Habelə özümüz şəxsi həyatımızda
insanlığa zidd erməni əməllərinin canlı şahidi olmuşuq. Erməniyə insan kimi
baxan gözlərimiz çox oxlanıb. Hər dəfə güzəştlər etmişik. Di gəl ki, çıxış yolu
tapılmır. Erməni tənqid süzgəcindən nə qədər keçirilsə də, düzəlmir, insaniyyəti
qəbul etmir.
Dağlıq Qarabağın işğaldan azad olunması
uğrunda yenilməz ordumuzun apardığı müzəffər yürüş erməni
murdarlığının yeni sifətlərini açdı. 10 noyabr 2020-ci il tarixində təslim
sənədinə qol çəkildikdən sonra torpağımızı dinc şəkildə tərk etmək şansı əldə
edən düşmən sülhpərvərliyimizə görə bizə öz məmnunluğunu bildirmək əvəzinə sonsuz
nifrət nümayiş etdirir, vəhşi əməllər törətməkdən çəkinmir, qəddar işğalçı əməllərə
görə zərrə qədər də utanc hissi keçirmirlər. Əsarətdə qalan doğma ev-eşiyimizi sökür, talayır və od vurub
yandırırlar. Bir yandan da meşələrimiz qırılır. Apara bilmədikləri heyvanları
doğrayıb necə gəldi yollara atırlar. Qəsdən yandırılmamış evlərin qapısına
sürpriz minalar qoyulur. Körpülərin altına tələ kimi partlayıcı mərmilər
bağlanır. Köçən ermənilər arasında bir nəfər də yoxdur ki, bu iyrənc hərəkətlərə
görə utanaraq onlara “dayan” desin.
Erməni müəlliminin rəzilliyinə bir baxın: Kəlbəcəri
tərk edən məktəb direktoru hallalığını qazana bilmədiyi sinif otaqlarını
dağıdır, müqəddəs təhsil ocağını külə çevirir. Görəsən, dünyanın hansı yerində
belə murdar xəbislik görsənib?! Öz zəruri şəxsi əşyalarını aparmaq əvəzinə mədəni
irsimiz qəsb edilir, ziyarətgahlarımız dağıdılır. Bağlıpəyə kəndi ərazisində
yerləşən Qafqaz Albaniyasına aid Xudavəng monastrında tarixi eksponat kimi nə
varsa, daşınır. Dini abidə talanır və üstəlik milli şovinizmə uyaraq monastrın üzərinə
erməni bayrağı sancılır.
İnsan üçün həyatın ən yüksək mənası başqalarına
həyat verməkdir. Yaxşılıq ömür uzadır. İşğaldan yeni azad olan yurdlarımızda qədim
və mədəni ocaqlara qeyri-insani yanaşma isə açıq-aşkar o iyrənc mənanı əks
etdirir ki, ermənidən ötrü müqəddəs heç nə yoxdur. O, özgə həyatını sökməkdən,
saf könülləri didikləməkdən həzz alır. Yaxşı ki, rus sülhməramlılarının müdaxiləsindən
sonra Xudavəng monastrından sökülmüş zənglər geri qaytarıldı və bu sayaq anti-bəşər
erməni hərəkətləri dünyanın əksər media orqanlarında, internet şəbəkəsində
yayımlandı. Qınayanlar az olmadı. Lakin erməni dəyirmanına su tökənlərin içərisində
yenə “dur” deməyə bir şəxs tapılmadı. Əksinə ermənilər tərəfindən davamlı surətdə
rəzil vandallıq planlarının genişləndirilməsi məqsədilə Kəlbəcər dağ yollarının
darlığını bəhanə gətirməklə rahat köçmək üçün əlavə 10 gün güzəşt istənildi.
Biz isə törədilən vəhşiliyin müqabilində “yox” demədik, insanlıq göstərdik və
yenə güzəştə yol verdik.
Rusiyanın tanınmış ictimai xadimləri kimi hərbi ekspert İqor
Korotçenko ilə yanaşı jurnalist Maksim Şevçenkonu yaxşı tanıyır və onlara
xüsusi rəğbət bəsləyirik. Əlbəttə, rəy
söyləməkdə göstərdiyimiz səmimiyyət çox əsaslıdır. Onların yalnız bir maskası
var. O da insanlıq simasını itirməyən bir maskadır. Geniş izlənilən
teledebatlarda təkcə Azərbaycan barədə deyil,
Rusiyanın bütün daxili və beynəlxalq siyasəti ilə bağlı müzakirə
obyektinə çevrilən mövzularda müqəddəs həqiqət mizanını pozmur, ədalətli mövqe
nümayiş etdirirlər. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üzərində
gedən diskussiyalarda heç vaxt birtərəfli, yaxud qərəzli fikirlər söyləməmiş, öz
ölkəsinin düzgün siyasət aparmasından məmnun
qalmış və yersiz ermənipərəstliyin əleyhinə çıxış etməkdən qorxmamışlar.
İqorun da, Maksimin də cəsarəti öz dövlətinin milli təhlükəsizliyinə təminat
yaradan cəsarətdir. Öz doğma vətən marağına görə söz deyən bu ekspertlər yalnız
öz ürək səsinə qulaq asır, qlobal müstəvidə Rusiya adına xələl gətirməmək üçün
beynəlxalq hüquqa zidd mühakimələr söyləmir, bəzi ermənipərəst ekspertlər kimi
daşnak pulu hesabına əlinə mikrofon almır, yersiz çərənçilik etmir, Rusiya
siyasətini yolunu azmış Ermənistanın biabırçı əməlləri ilə çirkləndirmirlər.
Son zamanlar Ermənistanın döyüş
meydanında ağır məğlubiyyətindən qeyzlənən erməni lobbisi Korotçenko və
Şevçenkonun əsaslı fəndlərlə apardığı
ekspert mübarizəsinə qarşı müxtəlif səmtlərdə ova çıxmışdır. Təhdid və
böhtanlar dayanmır. 5 noyabr 2020-ci il tarixində Rusiyanın “ Gradator.ru”
saytında sözügedən mövzuda dərc edilmiş məqalədə qeyd olunur ki, erməni təbliğat
maşını Rusiya media sahəsində onlara zidd olan bütün səsləri aradan qaldırır.
Onlar Rusiya KİV-in erməni bataqlığında "üsyançıları" qorxutmağa və şərləməyə
çalışırlar. Erməni millətçiləri Şevçenkonu hətta qətliamla hədələyir, sosial şəbəkələrdə
açıq şəkildə yazırlar ki, onun ürəyini yerindən çıxaracaqlar.
Korotçenkonun
şəxsiyyətini və ləyaqətini nüfuzdan salmaq üçün geniş miqyaslı pul xərclənir. Vyaçeslav
Maltsev adı altında sosial şəbəkədə təxribatçıların əli ilə İqor Korotçenko haqqında hər cür yalan-palan
yazır və ağlasığmaz cəfəngiyyat uydururlar. Bu günlərdə erməni KİV-də “Rusiyalı
ekspert” İqor Korotçenkonun tərcümeyi-halının kəskin təfərrüatları" sərlövhəli
məqalə dərc edilib. Hiyləyə bir baxın.
Korotçenkonun Rusiya eksperti olması dırnaqarası yazılır. Halbuki əsl ekspert
odur, öz ölkəsini doğma hisslərlə sevir və müdafiə edir, dürüst çıxışları sayəsində
Rusiyanı təkcə Azərbaycanın gözündə ucaltmır, həm də bütün dünya xalqlarının
könlündə ruslara sevgi duyğularını gücləndirir.
Yeri gəlmişkən
vurğulamaq istəyirəm ki, hərbi-siyasi uğurlarımızı öz çıxışlarında şəksiz
etiraf edən daşnak tərəfdarları yaman pisikirlər. Rusiya Dövlət Dumasının ermənipərəst
deputatı, MDB İşləri üzrə komitənin sədr müavini Konstantin Zatulin indi teledebatlarda
udquna-udquna danışır. Ermənipərəst
mövqeyi ilə tanınan məşhur rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun
boğazı tez-tez quruyur. Demək, müdrik Prezidentimizin diplomatik sahədə
yaratdığı yeni və obyektiv mizan-tərəzi sübut etdi ki, siyasi fikir arenasında erməni
nəfəsli zatulinlərin, solovyovların fikir yürütməkdə hündürlük səviyyəsi çox
alçaq imiş. Qoy, onların nadürüst, vicdansız mövqe aqibəti yolunu azan özgə
ekspertlərə dərs olsun. Bilsinlər ki, pul gücünə yox, həqiqət gücünə söz sahibi
olmaq daimi ucalıqdır!
Ehtimal ki, erməni faşizmi üzərində tam və qəti
qələbəmizdən sonra yaranmış obyektiv reallığa qarşı ədalətsiz mübarizə haçansa səngiyən
bir məqama çatacaq, xain ürəklər iflic olacaq, yalançı dillər qıfıllanacaq. Hələ
ki, həqiqət deyən simalar fiziki təhdidlərə, şifahi öcəşkənliyə, biabırçı böhtanlara,
nahaqq iddialara mərdanə dözməkdədir. Erməni öz tərsliyi ilə özünü cəzalandırsa
da, Cənubi Qafqazda hökmən dinclik yaradılmalı və sivil birgə yaşayış
qaydalarına ciddi əməl edilməlidir. Ədalətsizliyə qarşı susmaq insanlığa
yaraşmaz. Zənciri qırılmış vəhşi heyvan
cildinə girən erməni lobbi təşkilatlarının hədələrinə, erməni xainliyinə, daşnak vəhşiliyinə
qətiyyətlə nöqtə qoyulmalıdır.
Milləti yalnız mənəvi
ucalıq, ədalətli yaşam tərzi dinc yaşada bilər. Bəlkə, Ermənistanın sarsaq Baş
naziri Nikol Paşinyanın gözlənilən istefasından sonra onun postunu bir ağıllı erməni lideri tutarsa, gələcək illərdə
hər hansı siyasi sabitliyə ümid etmək olar. Bəlkə, ehtimal etdiyimiz o lider
başıpozuq hərbi-siyasi rəhbərliyi başa sala bilər ki, xainlik hissləri ilə
yaşayan ürəkdə yaralar heç vaxt sağalan deyil. Erməni kökündən dəyişilməsə,
onlardan insanlıq ummağın heç bir ümidverici təhəri yoxdur!...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий