ERMƏNİZM İNSANLIĞIN QARĞIŞ HƏDƏFİDİR
Müqəddəs kitablarda ən çox təkrarlanan
ilahi çağırış iman gətirmək və saleh işlər görməkdir. İmanı olmayan və yararlı əməllər
göstərməyən kəsdə insan sifəti axtarmağın mənası yoxdur. Əfsus ki, bəzi fərdi şəxslərdə
belə imansızlıq məqamlarına təsadüf edilir. Ermənilər isə ümumi mənada saleh
işlərə qənim kəsilən bir toplumdur. Onlar haqq qatilidir, öz hiyləsi naminə formal
əhd edirlər. Şükürlər olsun ki, daha daşnak xislətinə bələd olanların, murdar erməni
millətçilərinin vandal hərəkətlərini görənlərin sayı çoxdur. Allahı tanıyanlara
yaxşı agahdır ki, erməni ilə yeyilən tikənin haqqı tez itirilir.
Əhdinə sadiq qalmayan xain erməni üçün
dinə hiyləgərcəsinə istinad etmək bir taktiki gedişə çevrilib. Xristianlıqdan
yalnız pis niyyətləri həyata keçirmək üçün bir vasitə kimi istifadə edirlər. Öz
vücudunu tam mənası ilə uca Allaha təslim etmək fikrindən isə tamam uzaqdırlar.
Yalan uyduran, insan haqlarını pozan, pislik və əzab verməkdən həz alan, əxlaqsız
bir iş görməkdən çəkinməyən, mənəviyyatsızlıq aləmindən çıxmağı özünə rəfa görməyən
erməni dara düşəndə Allahın adını da formal olaraq səsləndirir. Bu gün bizə əsir
düşən erməni keşişləri kimi...
Beynəlxalq hüququ boğa bilməyən, xarici
siyasətdə yalanlarını daha işə keçirməyi bacarmayan, əvvəllər istifadə etdikləri
güc sahiblərindən imdad diləyərək tutarlı kömək ala bilməyən, bizə qarşı
qurulan beton səngərlərdə çiliklənən, qazdıqları “siçovul yuvalarında” gəbərən
faşist niyyətli ermənilər son çıxış yolu kimi Dağlıq Qarabağ münaqişəsini dini
məsələ kimi dünyanın gözünə soxmağa cəhd edirlər. Faşizmin ən murdar törəməsi
kimi ermənizm ölüm yatağındadır. Əzrailin haqlı suallarına bir erməni bəndəsi
cavab verə bilmir. Lakin törədilən qeyri-humanist əməllərə, müharibə
qanunlarına zidd vəhşi hərəkətlərə, dünyanı hədsiz dərəcədə qəzəbləndirən hərbi
cinayətlərə baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi erməni diasporunun əli
ilə bütün dünyada xristian-müsəlman davası salmağa san atır, dini savaş
ocaqlarını alovlandırır, öz hərbi cinayətlərini, əsassız ərazi iddialarını dini
çalarlarla ört-basdır etməyə çalışır.
“Böyük Ermənistan“ xülyası faşist niyyətli
ermənizm qurucularının insanlığa qarşı hazıladığı bir cinayət planıdır. Dağlıq
Qarabağ münaqişəsi bu planın tərkib hissəsidir. Qısa müddət ərzində rəşadətli
ordumuz düşmənin bu istiqamətdə bütün niyyətlərini puç etmişdir. Erməni millətçilərinə
hərtərəfli dayaq verən dünyanın məşhur təxribatçısı Corc Soros da öz qələtindən
bir ibrətli nəticə çıxara bilmir. Əlacı kəsilən erməni faşistləri son nəticədə
din amilini önə çəkməyə çalışırlar. Belə zənn edirlər ki, bəlkə, xristian
dünyası onlara pənah əli uzatdı. Lakin heç nə alınmır. Çünki ermənizm xristian
dünyasını aldada bilmir. Dağlıq Qarabağda
sönməkdə olan müharibə ocağını alışdırmaq məqsədilə hər cür dini oyun
qurmaqdan da çəkinmirlər. Regional müharibə ssenarisini istənilən vasitə ilə
reallaşdırmağa çalışan Allahsız haylar Rusiya və Türkiyəni toqquşdurmaq, yaxud
KTMT – NATO xətti ilə qarşıdurma yaratmaq yolu ilə Dağlıq Qarabağ savaşına dini
xarakter vermək istəyirlər.
Keşiş də döyüşə gedərmiş. Alçaq ermənilərdən
nə desən çıxar. Canlı qüvvə sarıdan korluq çəkən Ermənistan ordusu həm
uşaqları, həm qadınları, həm də çəliklə yeriyən qocaları hərbi əməliyyatlara cəlb
etməklə yanaşı öz keşişlərinin əlinə silah verib onları da haqsız qan tökməyə dəvət
edirlər. Əslində bu hərəkət həm də faşist niyyəti ilə qurulmuş dini fitnəkarlığın bir eybəcər təzahürüdür. Allahı tanımayan Ermənistan
rəhbərliyi bir daha təsdiq edir ki, xristianlıq onun dini, mənəvi aləmini
deyil, vandal əməllərinin icrası üçün bir təminat sahəsidir.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi
Artsun Hovanisyan erməni saytlarında açıq şəkildə bəyan edir ki, döyüşlərdə iki
keşiş – Qazaryan və Nərsisyan erməni əsgərləri üçün Tanrıya dua etməklə bahəm əlinə
silah alaraq döyüşlərdə fəal şəkildə iştirak etməkdədir. Ədalətsiz savaşa
qatılan keşişlərin hansı iman hisslərindən söz açmaq olar?! Məgər bütün dinlərin
əsasında sülh dayanmırmı? Əsl din xadimi qanlı toqquşmaların qarşısını kəsməlidir,
yoxsa əksinə insanlığa atəş açmaqdan zövq almalıdır? Demək, erməni keşişləri
din amilindən yalnız saxta istəkləri üçün bəhrələnirlər. Üç dəfə
"humanitar atəşkəs" elan edildi. Lakin elə ilk "humanitar atəşkəs"
elan edilməsindən bir neçə saat öncə bütün ermənilərin katolikosu II Qaregin
erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırmışdı.
Daha tutarlı bir fakt: Müzəffər ordumuzun
qəfil əks-hücumu zamanı əsir düşmüş erməni silahlılarından biri din xadimidir.
Ürəkdə yox, sözdə Allah adamı kimi təbliğ olunan o din xadimi Ermənistanın
Gümrü şəhərində Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviçdir.
Əsir düşmüş Hovsep etiraf edir ki, din xadimi olması ilə bağlı etirazına
baxmayaraq erməni hərbi komissarlığı onu səfərbərliyə cəlb etmiş və əlinə silah
verərək Qubadlı rayonunda aparılan döyüşlərə atmışlar. Sorğu zamanı həmçinin
qeyd etmişdir ki, sosial şəbəkələrdə yayılmış dini moizə və ayinlərin çoxu onun
rəhbərliyi altında hazırlanmışdır. Yəni sıravi bir din xadimi deyil, erməni
şovinizminin yetişdirdiyi murdar dini kadrlardan biridir. Əslində erməni kilsəsi
heç bir halda müqəddəs dini məkan sayıla bilməz. Erməni kilsəsi, necə deyərlər,
erməni nasizmi kimi qeyri-sağlam bir fenomendir. Erməni keşişi savaş ocağını
söndürmür, əksinə alovlandırır, müharibə təbliğatçısı kimi çıxış edir, erməni məbədlərində
silah-sursat yığır, dinlərarası qarşıdurma yaradırlar. Bunlar, yalnız mağara
düşüncəsindən doğan vandal qayəli bəd əməllərdir.
Ermənipərəst Fransa rəhbərliyinin ədalətli
apardığımız müharibəyə qərəzli münasibətində də məhz dini meyillər aydın
sezilir. Bu qeyri-obyektiv yanaşmanın, sən demə, erməni kökləri ilə bağlılığı
da varmış. Belə ki, Fransa prezidenti Emmanuel Makron əslən Masonyan soyadlı
bir erməni törəməsidir. O, bu gün faktiki olaraq Avropa erməni cəbhəsinin
başında durmaqdadır. Məlum faktdır ki, Makron ana xətti üzrə Frederik
Masonyanın nəvəsidir. Onun əli ilə ölkədə anti-müsəlman əhval-ruhiyyəsi
qızışdırılır, müsəlman dindarlar təhqir edilir, bütün məsələlərdə ermənizm
siyasəti yeridilir və son nəticədə Fransanın milli maraqları erməni maraqlarına
qurban verilir.
Yaxşı yadımdadır. Dünya dini liderlərinin
2-ci Bakı Sammitinin açılışı zamanı möhtərəm Ali Baş Komandanımız İlham
Əliyevin çıxışında ermənilər tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dini don
geydirilməsi, guya bu münaqişənin kökündə dini faktorların dayanması ilə bağlı açıqlanan
tənqidi fikirlər beynəlxalq müstəvidə razılıqla qarşılanmışdır. Məsələyə
münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin rəy və mühakimələri də
çox obyektiv səslənir. O, əsaslı şəkildə təhlil edərək deyir ki,
Prezidentimizin münaqişəyə gerçək tarixi faklar əsasında ədalətli qiymət verməsi
Azərbaycanın mövqelərini daha da gücləndirmişdir: “Ermənilər hər zaman
çalışıblar ki, münaqişəni dini müstəviyə keçirsinlər. Ancaq həqiqət ondan ibarətdir
ki, torpaqlarımız işğal edilib. Münaqişənin kökündə erməni separatizmi dayanır.
Bu baxımdan, ölkə başçısının tədbirdə Qarabağla bağlı verdiyi mesaj çox önəmlidir.
Bu, bütün dünyada Azərbaycanı istəməyənlərə tutarlı mesaj oldu. Qarabağ həqiqətləri
ilə bağlı beynəlxalq arenada Azərbaycan dövlətinin apardığı siyasətə bu Sammit
böyük bir stimul olacaq. Fikrimcə, bu, Azərbaycan dövlətinin, xalqının bir
uğurudur. Dövlətin mühafizə olunması, qorunması bir iman məsələsidir. Biz dövlətsizliyin
acı nəticələrini Suriyada, İraqda, Yəməndə gördük və Allah qorusun, ən təhlükəlisi
dövlətsizlikdir. Ardıcıl belə tədbirlərin, xüsusi olaraq dünyanın dini liderlərinin
Bakıda Qarabağla bağlı ölkə başçısının dilindən səslənən o mesajı dinləməsi və
öz ölkələrində Qarabağla bağlı həqiqətlərin çatdırılmasında müstəsna xidmətləri
ola bilər. Bizim üçün hər şeydən irəlidə gələn bir dəyər var: Azərbaycanın
milli maraqları. Sözdə deyil, əməldə, fəaliyyətdə olan hər bir şəxs Azərbaycan
dövlətinin və Azərbaycanın milli mühafizəsini istəyən şəxslərdir. Allah-Təala
dövlətimizin, xalqımızın düşmənlərinə heç bir zaman fürsət verməsin”.
Həqiqətən ermənizm insanlığın qarğış hədəfidir.
Bu qarğış dua nisbətlidir. Hökmən gerçəkləşəcək. Daşnak batili gec və tez elə sönəcəkdir
ki, bir daha dinlər arasında umu-küsülük olmayacaq. Onlar unutmasınlar ki,
batil şey bulud kimi dağılar, həqiqət isə daim günəş kimi parıldayar. Ermənizmin
törətdiyi dinlərarası qarşıdurmanın dayandırılması üçün beynəlxalq miqyasda həyəcan
siqnalı qaldırılmalıdır.
Süfrəmizi bərəkətləndirən, haqq yolunda
milli dövlətçiliyimizi daim hifz edən, müzəffər ordumuza sonsuz güc verən
Allaha and olsun! Allah həmişə ədalətli insanların yanındadır. Faşist erməni
separatçılarına qarşı müharibə meydanında müdrik Ali Baş Komandanımızın rəhbərliyi
altında biz tək ürək, tək yumruq kimi birləşmişik! Qılıncımızın qüdrəti yeddi
başlı əjdahanın gücünə yetər! İnşallah, tam və qəti qələbə bizimlədir!
İbrahim MƏSİMOĞLU
müharibə
veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий