GÖZÜN AYDIN MƏNİM XALQIM, ŞUŞAMIZ ƏSİRLİKDƏN ÇIXDI!
Gözün aydın mənim xalqım, Şuşamız əsirlikdən
çıxdı! Murdar erməni nəfəsindən boğulan ulu yurdumuz sanki yenidən doğuldu. Ermənistanı
əlaltından yemləyən bəzi beynəlxaq qurumların biganə münasibəti,
habelə geniş miqyaslı
daşnak iftiraları əhatəsində qalan Şuşamız heç bir
halda erməniləşdirilmədi. Əsl tarix necə
vardısa, olduğu kimi qaldı. Daşnak cəfəngiyyatına elə tutarlı
nöqtə qoyduq
ki, daha onların
süni fəryadnamələrinə dünyada heç kim inanmasın.
Şanlı Azərbaycan əsgəri tərəfindən 27
il yorucu xiffətimizə xitam verildi. Mədəniyyət beşiyimiz öz sahibinə qovuşdu, qəhrəman
igidlərimizin qələbə atəşləri altında öz milli ruhunu bərpa etdi.
Söz yox ki, füsunkar gözəlliyi, əsrarəngiz təbiəti ilə ulu yurdumuzun digər bölgələrindən
ayrılmayan Şuşamız tezliklə öz doğma ana lay-layını eşitmək istəyir. Sıldırımlı
dağlarımızın qulağı səsdədir: Qarabağ şikəstəsi onların hirsinə birdəfəlik son
qoyacaq. Möhtəşəm Şuşa yüksəkliklərində üçrəngli Dövlət Bayrağımız dalğalanmağa
başladığı anlardan etibarən qəm yükümüz daha çox boşaldıqca qəfil həmlələrimizin
xeyirli nəticələri artır, düşmən bağrında sağalmaz yara açan PUA-larımız səma
vuruşunda öncüllüyü əldən vermir.
Çox qürurverici haldır. Noyabrın 8-də
Şuşanın işğaldan azad edilməsi barədə möhtərəm Ali Baş Komandanımızın xəbər
verdiyi andan varlığım şadyana bir təlatümə qərq olmaqla yanaşı hədsiz kövrəldim.
Ömrümdə heç vaxt
bu qədər sevinc göz yaşı axıtmamışdım. Müzəffər ordumuzun uğurlu döyüşlərindən
coşan milli şərəf hisslərimiz yaman kükrəməyə başlayıb. İşğalçı erməni qüvvələri qədim dədə-baba
yurdumuzda törətdiyi qeyri-bəşəri rüsvayçılığının, milli-tarixi abidələrimizə
qarşı murdar və dağıdıcı əməllərinin ləzzətini itirdilər. İndi
Ermənistan şok içində çabalayır. Bəlkə də, ölkənin fərsiz hərbi-siyasi rəhbərliyi
xəcalət çəkməyə başlayıb. Əslində inana bilmirəm:
xəcalət çəkmək də o vandallara yad bir hissdir.
Namuskeş və fədakar
ordumuz düşmənə öz modern silahlarının dili ilə təkcə hərbi deyil, həm də mənəvi
dərs verir. Mərdanə hərbi-taktiki priyomlarla başa saldı ki, Şuşa öz
qoynunu yalnız mərd döyüşçülərə açar. Onun
yenilməz tarixi var. Heç vaxt Şuşa torpağı ermənilik üçün
münasib məskən
ola bilməz. Öz döyüşçü meyitini ayaq altında qoyan, əsgərini səngərdə ayağından
zəncirləyən, qoca analarını bilərəkdən əsir kimi ələ verən, matışka qızlarını
hiylə məqsədilə ön xəttə çıxaran, bəşəriyyətin min illər boyu yaşatdığı savaş
qanunlarının ədalətli tələblərini pozmaqdan zərrə qədər də utanmayan, körpə
uşaqlarını atəş altına salmaqdan çəkinməyən, “qonşuluq məsuliyyəti” deyilən bəşəri
dəyərləri qəddarcasına ayaqlayan içalatsız bir topluma Şuşa kimi möhtəşəm bir
yurd yaraşarmı?!
Həqiqətən ordu anlayışına görə peşəkar hərbçi ağlı və düşüncəsi bir taktiki nəzəriyyədir. Adətən vətəncanlı əsgərlər bar verən nəzəriyyəni sevirlər. Söz həmləsi səngər həmləsinə dönmürsə, nə mənası?! Yetkin nəzəri baxışların əmələ çevrilməsində isə cəsarət və qətiyyət bir qalibiyyət açarıdır. Ordu komandanlığımızın yüksək idrakı ilə müşayiət olunan döyüşçü cəsarəti öz sözünü mərdanə səsləndirdi. Ali Baş Komandanımız cənab İlham Əliyevin yetkin siyasi zəkası, heyrətamiz diplomatik ustalığı və qətiyyəti isə yurdsevər Azərbaycan əsgərinə sınmaz qol-qanad verdi.
Bizim Prezidentimiz Azərbaycan xalqının qalib
komandiridir. Diplomatik fəaliyyətində “böyük güclərin” dabanını yalayan Nikol
Paşinyan isə səfeh ömür sürən erməni toplumunun üzqarasıdır. Cəsur İlham Əliyev
öz müdrik rəhbərliyi altında milli zəfər tariximizi ucaltdı, 27 il həbsə düçar
olsa da, hay kölgəsində günəş üzünə gülə bilməyən xarı bülbülü bizlərə qoxulatdırdı.
Simasız dilənçi kimi kimə gəldi əl açan Nikol Paşinyan isə öz xalqını qan içində
boğdu, sülh təklifimizə arxa çevirərək iyrənc əməlləri ilə faşist sevdasından
usanmadı. Nəticəsi nə oldu? Nikol həm də öz xalqının qarğışına hədəf oldu. Qondarma
ölkə siyasətini guya sıfırdan başlamağa cəhd edən başıboş erməni siyasi lideri
elə sıfır həddində qaldı. Sülh danışıqlarını sıfırlaşdırdı və “Dağlıq Qarabağın
müharibə ilə həll yolu yoxdur” deyən ermənipərəst dünya siyasətçilərinə dəstək verdi.
Biz isə müharibə reallığını beynəlxalq hüquq biçimində dünyaya sübutlandırdıq və
savaş uğurlarımızı artıraraq qəfəsə salınmış Şuşamızı da ağ günlərə çıxardıq və
bəyan etdik ki, ulu Qarabağımızın baş tacı olan Şuşamız heç vaxt daşnak qəfəsində
ölümə can verməz.
Mətin ordumuz sentyabın
27-dən başlayaraq yalnız uğurlarla davam etdirdiyi 2-ci Dağlıq Qarabağ savaşında
ən böyük qələbəmizi tarixə yazdı. İşğal bölgəsində keçirdiyimiz hərbi əməliyyatlarda
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd,
Xocalı rayonlarının və keçmiş Ağdərə rayonunun cəmi 238-dən çox kəndi və bir
neçə qəsəbəsi, Kəlbəcər istiqamətində bəzi məntəqələr azad olunub. Savaş
meydanında səksəkəli bir halda qaçışan, beton istehkamların içərisində diz titrəməsini
kəsə bilməyən dığalar bu günəcən düşündüklərinin mənasız yuxu olduğunu qansalar
da, yenə daşnak məkri tükənmir, erməni
bicliyi hər hansı dəsdəyi almağa macal tapmır. Yenə mülki əhalimizi ianə hesabına əldə
etdiyi raketlər atəşinə tutur. Qəhrəmanlıqda yox, namərdlikdə
ad qazanır. İnsanlıqda yox, vəhşilikdə şöhrət tapır. Dünya hərb tarixinə yeni və çox təkrarsız
döyüş taktikası salan Azərbaycan Ordusu isə öc almağı əsla heç vaxt unutmayan qədim
oğuz babalarımızın məğrur döyüşçü ənənələrini layiqincə davam etdirir,
doğma yurdlarımız uğrunda gedən
döyüşlərdə faşist əməllərindən doymayan düşmən
qüvvələrini qan içində boğur.
İnşallah, daha
bizlərə 27 il yana-yana çəkdiyimiz pisikmə güzəranı qismət olan deyil. Müstəqil
dövlətimizin səngərdə doğulan ordusunun qalib əsgər estafeti davamlı
bir axarla torpaqlarımızın azad yaşantısını təmin edəcək. Yenilməz ordumuz var
ikən biz süfrə başında qəm yemərik. Olan oldu,
keçən keçdi. Daha
birliyimizi, diriliyimizi pozmaq istəyən düşmən qüvvələrinə fürsət vermərik! Hər
gün qalib ordumuzun yeni cəsur fidanları kök atır. Döyüş cəbhəsində bir gündə beşimiz şəhid olursa, o günün sabahında beş minimiz doğulur. Qoy xain düşmən
daha səhv etməsin, bilsin ki, ana yurdumuz satqın qayəli yad nəfəsləri sevmir, bizim haqqımızı çeynəyən rəzil haylar həmişə
olduğu kimi bu gün də ana torpağımız tərəfindən tez gömdürülür və dəyəri
olmayan əşya kimi izsiz
bir şeyə çevrilir.
Sözüm erməni fitnəsi
içində ayaqda qalan və yalan ermənizm siyasətinə dəstək
verməkdən bezməyən dünya siyasətçilərinədir. Daha yetər! Öz xeyriniz üçün tarixi həqiqətləri danmayın. Çeynəyə bilmədiyiniz tikəni bir də ağzınıza soxmayın. Haqq yoluna çıxın və bizim ədalətli savaşımıza qoşulun. Dini ədavətə, kin-küdurətə yol verməyin. Dünya siyasətində obyektiv rol oynayan Azərbaycan
həmişə haqqın tərəfindədir. Məqsədimiz azad məkanımızda dinc yaşamaq və könüllərə
məhəbbət toxumu əkməkdir. Unutmayın ki, biz haqsıza baş əyən deyilik. Ədalətsiz
savaşa ədalətli savaş verməyi bacarırıq. Ona görə də uca Allah kəfənə qarşı biləyinizə
daim qüvvət verir. İnşallah, qisasımız qiyamətə
qalmayacaq. Tezliklə erməni işğalçıları üzərində tam və qəti qələbə bizimlə
olacaq!
İbrahim MƏSİMOĞLU
müharibə
veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий