“ÖLÜ CAN” STATUSU

 

                                           


             

        Lənət oxumaqla çarə tapılmırdı. Dağlıq Qarabağın işğalı sanki bir qara bulud kimi üstümüzə çökmüşdü. Üzümüzə gələn hər ildən, bağrı yarılan yurdumuzun  hər səmtindən bir xilasedici işıq selinin gələcəyini gözləyirdik. Fəsillər bir-birini ilahi hökmə uyğun surətdə əvəz etsə də, biz istəyən nicat küləyi əsmirdi. Hər ehtimala qarşı güc yığır, qüdrətli bir ordu yaradırdıq. Eyni zamanda o qara buludu qova bilən qurtuluş küləyini, demək olar ki, hər gün arzulayırdıq. Daxili sızıltılarımız nə işğal dərdi çəkən ürəyimizi, nə də kamil beynimizi susdura bilirdi. İldən-ilə lovğalıq həddini aşan düşmən liderləri öz işğalçılıq azarından ağlını itirmişdilər. “Sülh” deyilən kəlməni yaxına da buraxmır, yalnız havayı söz güləşdirir, gizlində öz beton istehkamlarının sayını artırırdılar. Biz isə əlimizə fürsət düşdükcə beynəlxalq aləmdə haylara hay verənlərə ağıl dərsi keçirdik.

        Babalarımız düz demiş: ağıl fərasətin vəziri, xoşbəxtliyin köməkçisidir. Ağıl adətən sözə baxana nicat verər, ibrətli göstərişindən boyun qaçıranı isə qiymətdən salar. Sülh danışıqlarına belə müdrik yanaşma prosesində haqqa söykənən Azərbaycan idrakı ilə vurulan çəkiclərin səsindən beynəlxalq siyasi masalar çat verdi, daha əvvəlki kimi daşnakpərəstlərin yalanına arxa duran qüvvələrin çoxu həqiqətə göz yuma bilmədilər. Azərbaycan dövlətinin iti və yenilməz zəkasına cavab olaraq 2020-ci il payızının 27 sentaybr tarixli küləyi aləmə elə nərilti saldı ki, donuq qara buludlar yerindən oynadı.

        Beləliklə vətəni itirmək qorxusu birdəfəlik söndü. İşğalçılığı ilə özünə dinclik yox, azar qazanan düşmənimizlə müqayisədə Azərbaycan zəkası hər sahədə - siyasi, hərbi, iqtisadi, mədəni bəhsləşmələrdə qalib çıxdı, ümumən desək, insanlığın bütün qlobal çalışmalarında hünər nümunələri göstərdi. Savaş meydanında olduğu kimi siyasi söz meydanında da nə baş əydik, nə haqqı tapdaladıq, nə də çiynimizə özümüzdən ağır yük qoyduq. Hələ sovet əyyamında əsaslı səbəb olmasa da, yarızor-yarıxoş bir ovqatda verdiyimiz Dağlıq Qarabağ statusunun hallalığını bizdən ala bilmədiyinə görə zəkası cürümüş Ermənistan təkcanına vuruşma gücünün yoxluğu ucbatından Dağlıq Qarabağ statusunu itirərək “ölü can” statusu qazandı. Beynəlxaq hüququ öz arşını ilə ölçməyə vərdiş etmiş siyasi daşnakşünaslıq elminin kifir xadimləri özlərinə qəbir qazmaq məcburiyyəti qarşısında qaldılar.

       Qətiyyətlə deyirəm: Erməni murdar erməniliyindən tam çıxmasa, ilahi həqiqətləri adam balası kimi qəbul edən deyil. Sizə tarix boyu həm torpaq, həm də dinc yaşayış imkanı vermişik ki, barı şeytanlıq cildindən çıxıb insanlığa qoşulasınız. Heyf o torpaqlara! Bəs niyə o imkanları itirdiniz?! Dedik ki, layiq olduğunuz şərli tarixinizlə az nəfəs alın, hər yanda saxta xaç daşı əkməyi tərgidin, daha özgə torpaqlarından gözünüzü çəkin, dilinizə yalan gətirməyin. Siz isə super güclərin köməyi sayəsində 20 faiz torpağımızı qarət edərək ulu Qarabağımızda nə qədər haram çörək yediniz.

       Müzəffər ordumuz haqq savaşı sayəsində çox eyiblərinizi aşkarladı. Sən demə, Kəlbəcər kimi əzəmətli bir obamızda “qədim erməni tarixini” istehsal edən bir zavodu da işə salıbsınız. Yaxşı bilirik: erməni ustalar yonduqları ornament və xaça qədim görünüş vermək üçün onları sirkədə saxlayır və oksidləşdirirlər ki, saxta erməni əməli aşkar edilməsin. Belə çox getməz. Nə qədər ornamentli xaç daşlarını torpağımız altında çox basdırsanız da, əsl tarixin üzərinə həmişəlik qara xətt çəkə bilməzsiniz. Daha nöqtə qoyun. Əsl xaçpərəst olun. Uca Allahımıza yaxşı agahdır ki, sizlər bizim sevdiyimiz gerçək imanlı xaçpərəst deyilsiniz.  

       Doğma Qarabağımız azad olandan sonra xəyanətlərinizin çox üzü açıldı. Hər gün bir saxatakarlıq faktı ilə dünya gözlərində biabır olur və çox ziyadə alçalırsınız. Qazandığınız “ölü can” statusu belə davam etsə, heç vaxt ləğv olunmayacaq. Məğlubiyyətdən doğan erməni ruh düşkünlüyü, ümidsizlik ovqatı, habelə oğlu döyüşdə itkin düşən erməni analarının İrəvan küçələrində ovuc-ovuc axan göz yaşları, söz yox ki, faşist erməni təcrübəsinin labüd məhsullarıdır.

        Nədəndir ki, “biz məğlub olmaq istəmirik, hələ müharibə sona yetməyib” deyən ağızlara humanist kilid qoyan yoxdur. Erməni saytlarında yayımlanan bir videomaterialda orta yaşlı bir erməni qadının sözlərinə qulaq asanda onun qadınlığına, analığına inana bilmirsən. O, erməni ordusunun məğlubiyyətindən, milli xəcalət hisslərindən ötəri söz salaraq azərbaycanlıların ünvanına acıqlı-acıqlı deyinir: “Biz yurdumuzu boş qoyub gedən deyilik. Qisasımız hökmən alınacaq. Mən özüm döyüşçüyəm. Baxın, bu barmaqlarımın hər biri bir qılıncdır...”

       Əsl qadın varlığında bir incəlik, zəriflik duyular, mərhəmətlilik, mehribanlıq, əmin-amanlıq, şəfqət hissi qabarıq görünər. Ana rütbəsinə qalxan simalarda isə daha dəyərli bəşəri sifətlər aşılanır. Görünür, erməni qadınında bu xüsusiyyətləri sezmək müşkül məsələdir. Onlar bizim ədalətli sülhyaratma qərarımızın bəxş etdiyi dincliyi məmnunluqla qəbul etmək əvəzinə daşnakların faşist ideologiyasından qidalanan vəhşi qisasçılıq duyğularını alovlandırır, zahirən qadınlığa əks bir görkəmdə çığıraraq söyüşkən bir ruha güc verirlər. Bəs, onların qılınc gücündə olan barmaqları savaş meydanında ayaqları zəncirlənmiş hürkək əsgərlərinə niyə dayaq vermədi?! Hanı onların dilindən düşməyən cəngavər oğullar?!

       News.am saytının yaydığı digər bir videogörüntüdə isə Laçın rayonundan çıxan erməni ailələrinin tarixi yurd-yuvalarımıza qarşı dağıdıcı əməlləri nümayiş etdirilir. Dəhşətli cəhət ondan ibarətdir ki, onlar törədilən yanğın hadisələrini nəinki qınamır, əksinə vandal hərəkətlərinə görə özlərinə haqq qazandırırlar. “Axavno” adlandırılmış Zabux kəndində çiynində avtomat silah olan bir erməni qadın deyir: “Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub getməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəyəm, görüm, nə baş verir".

        Erməni tərsliyinə nə deyəsən?! O qadının acığını soyutmaq, necə deyərlər, abırını ətəyinə bükmək məqsədilə bir adam da qabağa durmur. Onu ağıl gücünə başa salan da yoxdur ki, ay bədbəxt erməni qadını, sənin dediyin “o baş verənlər” artıq göz önündədir, heç olmasa abırınıza qısılın, sülhə güc verin. Kişili-qadınlı əksər ermənilər yalnız qisasdan söz salır, faşist əməllərindən geri çəkilmək istəmirlər. Çox ehtimal ki, əgər qisas söhbətinə son qoyulmasa, Ermənistan daha rəzil bir duruma düşəcəkdir.

       Saxta hisslərə, yersiz və mənasız ittihamlara, dayaqsız hökmlərə əsaslanan bu etirazçı səslər, müxalif şüarlar dumanlı sözlərlə ifadə edilməsinə baxmayaraq, murdar ermənizm siyasətinin tam aydın mənasını qabarıq şəkildə özündə əks etdirir. Bu, səfeh Baş nazir Nikol Paşinyan tərəfdarlarını geri çəkilməyə məcbur etmək, təslim aktını çırıqlamaq, siyasi ziddiyyətləri qızışdıraraq dövlət çevirilişinin gerçəkləşməsinə obyektiv şərait yaratmaq cəhdidir.  Ədalətli qonşuluğun, daimi sülh şəraitinin qaçılmaz olduğunu qananlar isə çox cüzi bir həddədir.

          Son günlər erməni faşist ideologiyasının əsiri olmaqdan bezməyən daşnak media qurumları, xəbər portalları öz yalançılıq adəti üzrə montaj edilmiş saxta videogörüntülərdən də çox istifadə edir və Dağlıq Qarabağ savaşına dair təslim sənədi qəbul edilsə də, yenə abır-həya etmədən geniş miqyaslı dezinformasiya cəhdlərini dayandırmaq istəmirlər. Guya bizim əsgərlər erməni qəbirlərini dağıdır, alban kilsələrini gülləyə tuturlar. Bu saxta mənzərələri sosial şəbəkədə paylaşaraq öz vandal əməllərini ört-basdır etməyə, özlərini mələk kimi göstərməyə çalışırlar. Bu məqamda Rusiya tarixçisi Aleksandr Sıtinin sözləri yada düşür: “Ermənilər o qədər həyasızdırlar ki, özlərini doğrayaraq “bizi doğradılar” deyərək haray salırlar. Necə ki, 1915-ci ildə belə əməl törətmişdilər...”

         Bəli, iyrənc erməni reallığı budur. Daim haqqı müdafiə edən bu rusiyalı tarixçinin dürüst mühakiməsinə belə bir fikir də əlavə etmək olar: Biz ermənilərə özünü doğramağı rəva görmürük. Əgər belə bir “hünərə” sahibdirlərsə, təslim sənədini imzaladıqdan sonra qazandıqları “ölü san” statusunu doğrasınlar, bəlkə, o zaman insan kimi yaşamaq şansını əldə edə bilərlər...

                                                  İbrahim MƏSİMOĞLU

                  müharibə veteranı, ehtiyatda olan polkiovnik-leytenant

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”