Сообщения

Сообщения за ноябрь, 2020

“İGİD OĞLU YALNIZ İGİD OLAR...”

Изображение
                                                           Axır ki, damarı tutulan igidlərimizin damağı sazlandı. “Qarabağa, Xankəndinə, Şuşaya   gedirik” deyə səsi ərşə yüksələn döyüşçülərimizin qabağında bir dığa da duruş gətirə bilmədi. Ali Baş Komandanımızın döyüş əmrindən hətta 2020-ci ilin payızı da öz həmişəki libasını dəyişdi. Onun üstünə qış gəlmədi, sanki bahar gəldi. Bu gəliş vədəsiz olsa da, o xoş baharı düşmən üzərində ordumuzun müzəffər yürüşündən şadlanan könül dünyamıza igid döyüşçülərimiz, yurd azadlığı naminə şirin canından keçən şəhidlərimiz bəxş etdi. Onlar azadlıq ocağımızı yandıraraq bəyan etdilər ki, işğal dərdi çəkə-çəkə utanc içində ölmək bizə yaraşmaz. Qarabağ bizim namus məsələmizdir. Onun işğalına dözə bilmərik. Bu dünyaya başını uca tutan insan kimi gəlmişik, əbədi dünyaya da haq...

“ÖLÜ CAN” STATUSU

Изображение
                                                                    Lənət oxumaqla çarə tapılmırdı. Dağlıq Qarabağın işğalı sanki bir qara bulud kimi üstümüzə çökmüşdü. Üzümüzə gələn hər ildən, bağrı yarılan yurdumuzun   hər səmtindən bir xilasedici işıq selinin gələcəyini gözləyirdik. Fəsillər bir-birini ilahi hökmə uyğun surətdə əvəz etsə də, biz istəyən nicat küləyi əsmirdi. Hər ehtimala qarşı güc yığır, qüdrətli bir ordu yaradırdıq. Eyni zamanda o qara buludu qova bilən qurtuluş küləyini, demək olar ki, hər gün arzulayırdıq. Daxili sızıltılarımız nə işğal dərdi çəkən ürəyimizi, nə də kamil beynimizi susdura bilirdi. İldən-ilə lovğalıq həddini aşan düşmən liderləri öz işğalçılıq azarından ağlını itirmişdilər. “Sülh” deyilən kəlməni yaxına da buraxmır, yalnız havayı söz güləşdirir, gizlində öz be...

O GÜN ŞUŞA QƏMGİN DEYİLDİ, AY DIĞA!...

Изображение
                                                Ürək satqın duyğularla yalana aşiqlik edirsə, tez və ya gec bir vaxtda o ürəkdə bütün istəklər kədər və məyusluqla sona yetəcək, yalnız yaslı günlər yaşanacaqdır. Belə azarlı durumda ümid ləkəli vicdanın islahatına qalır. Uca Allahın hökmü ilə islah edilən vicdan tədricən ürəyi mühakimə edərək, bəlkə, nəsə edə bilər, rahat nəfəs almaq imkanı verər. Yoxsa o ürəyin qisməti boğula-boğula iflic olmaqdır.   Özünə və insanlığa dönük çıxan erməni ürəyi indi belə ağlar gündədir.        Dağlıq Qarabağ savaşında məğlub olan Ermənistanın hərbi-siyasi başçıları bir-bir istefa verir və aradan çıxırlar. Erməni mütiliyi biabırçı nəticələr verir. Onların lideri Nikol Paşinyan isə özünü bəzi dövlət işlərinin icrasında günahkar hesab etsə də, vəzifə postunu tərk etməmək üçün daban yalama vər...

ERMƏNİ MURDARLIĞININ YENİ SİFƏTLƏRİ

Изображение
                                                         İnsancasına rəftar hər kəsə xoş gələn bir münasibətdir. Kimisə qimətləndirəndə “yaxşı insandır” deyirik. Bu zaman varlığımızda xoş emosiya hakim olur, gözümüz qarısında müsbət təəssürat spektri yaranır. Mənim fikrimcə, “insan” sözü böyük hərflə yazılmalı olan məfhumdur. Ona görə ki, insan yaradıcı qabiliyyətə malik olan dərrakəli, şüurlu bir varlıqdır. O həm yaşayır, həm də yaşadır. Bəşəri qanunları dərk edən hər kəs kənar mənfi təsirlərə uymadan bu məsuliyyəti daşımağa və insanlığı daim uca tutmağa borcludur.         Ziddiyyəti istisna edilməyən həyatımızda düşdüyümüz konkret şərait həmişə mühüm şərt hesab edilə bilməz. Hər şey insan adını hifz e...

“YAŞ TORPAQ YATAĞIMIZ, DAŞLAR BALINCIMIZ, GÖY ÜZÜ YORĞANIMIZDIR...”

Изображение
                                         Aqil ölkəmizin o təzadlı günlərini, ordumuzun maneələrlə dolu ilk hərbi quruculuq   dövrünü görməmişdi. Amma savaş tariximiz onun maraq hədəfinə dönmüşdü. Hər dəfə Dağlıq Qarabağ işğalı barədə söz düşəndə “biz uduzan xalq deyilik” deyərək qətiyyətli vətənpərvər mövqeyindən bir addım da geri çəkilmirdi. İşğalçı ermənilər şərəfsiz qələbə oyunbazlığı ilə bizə cürbəcür acıq verdikcə bu gənc yurddaşımız öz əmisi oğlu, qəhrəman qazimiz Elmandan ürəyini didib-dağıdan suallara tutarlı cavablar alır və qətiyyətlə deyirdi ki, o haqq-hesab günü yetişəndə mən qohum-əqrəbamız içərisində Elmanın bir nömrəli davamçısı kim öz hünərli sözümü bəyan edəcək və düşmənə qan qusduracağam.        Aqil heç nədən belə alovlanmırdı. 1-ci Dağlıq Qarabağ savaşımızda göstərdi...