KORONAVİRUSA EŞQ ELAN EDƏN DIĞALARA DƏSTƏK VERƏNLƏR VARMI?!
Əvvəllər erməni yalanı eşidəndə çox acıqlanırdım. Haylar nəslinin ötən yeddi qatını söyüb neçə-neçə söyüşdən keçirirdim. İndi isə tamam rahatlıq qazanmışam. Bu mənəvi dincliyimin əsaslı səbəbləri var. Daha dünyanın ictimai fikir müstəvisində daşnak fırıldaqçılığının, saxta erməniçiliyin, habelə qansız, imansız erməni terrorunun hər üzünü görən insanların sayı hesaba gəlmir. Yeni milli qəhrəmanlıq tariximizi yaza-yaza şanlı ordumuzun 2-ci Dağlıq Qarabağ savaşı gedişində bir-birini inkar edən murdar erməni yalanı eşitməkdən bezar olmuşuq. Bəzən onların uydurmalarına heç qulaq asmaq istəmirik, bəzən də uzun-uzadı gülməkdən doymuruq.
Bir neçə gündür ki, qondarma Dağlıq Qarabağ faşist rejiminin sarsaq ombudsmanı Artaq
Beqlaryan yamanca çərənləməkdədir. Onun gicbəsər çıxışlarını erməni
saytlarında oxuduqca yalnız gülürəm. Elə süni faktlar qondarır ki, onun əsassız
hüquqi iddia və mühakimələrində azacıq da olsa həqiqət işartısını görə bilmirsən.
Axı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi İnformasiya Mərkəzinin
fəal təşkilatçılığı sayəsində biz operativ məlumatlar alırıq, real
videogörüntülərlə rəşadətli ordumuzun müzəffər həmlələrini, azad olan yurd yerlərimizi,
dədə-baba məskənlərimizi öz gözümüzlə izləyir və çox şən günlər yaşayırıq. Rəsmi
şəkildə vaxtaşırı bəyan edilir ki, ön atəş xəttində dizi əsə-əsə qarşımızda duran
erməni müdafiə zəncirinin bir həlqəsi də salamat qalmayıb. Cəhənnəmə vasil olan
dığalar yerə sərilir, qalanları isə geri qaçmağa fürsət axtarır və əksər hallarda
bizim haqlı gülləmizlə deyil, özlərinin nankor güllələri ilə gəbərirlər.
Bəs, Beqlaryan nə deyir?
Onun dediyinə görə, Azərbaycan Silahlı Qüvvələri mütəmadi olaraq erməni döyüşçü
formasını geyərək hücuma keçirlər. Bu saxta fikrini iki cür izahlandırır. Guya
biz bu fəndlə erməni hərbçilərini çaşdırmağa və bunun hesabına uğur qazanmağa
çalışırıq. Bir də belə uydurur ki, geyim formasını dəyişmək yolu ilə itkilərin
sayını süni şəkildə azaltmaq və savaş qurbanlarını gizlətmək istəyirik. Hətta cəsədlərin
mübadiləsi zamanı onları erməni qurbanları kimi verməyə cəhd edirik.
Vallah, bu fikirlər çox
gülünc doğurur. İnsan hüquqlarının müdafiə işi tapşırılan bir şəxsin hərbi əməliyyat
faktlarına bu sayaq münasibəti yalnız iyrənc yanaşma təsiri bağışlayır. O
uydurma fikirləri boğa bilən suallarımız az deyil: Niyə humanitar atəşkəs elan
edilir, amma onun icrasına heç bir saat da əməl olunmur? Nə üçün erməni tərəfi
öz cəsədlərini qəbul etməkdən boyun qaçırır? Bu kontekstdə erməni
saxtakarlığının şahidi olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi
nədəndir ki, aləmə haray salmır? Hansı səbəbə görə erməni tərəfi öz savaş
qurbanlarının sayını gizli saxlayır və öz ölüm nəticələrini bizə şamil etməyə
can atırlar? Bəli, bu sualların cavabı bizə yaxşı bəllidir. Necə deyərlər, məntiqsiz danışıq, fikirsiz sükut, hər ikisi lallıqdır. Amma zalımın formal lallığıdır.
Ötən insanlıq tarixi real
sübutdur. Ədalətsiz müharibə aparanların döyüş ruhu həmişə belə boğanaqlı olur.
Savaş səngərinə girən əsgərin gerçək döyüşçü əzmi yoxdursa, onun tam qalib
çıxması boş bir ehtimaldır. Çünki ədalətsiz savaşa cəlb edilən əsgər gec və ya tez
dərk edir ki, qan axıtmaq istədiyi bu yurd onun halal yurdu sayılmır, güllə qabağına hədər yerə gedir, bu döyüş ona
xeyir gətirən deyil. Bax, bu gün erməni əsgəri belə ölgün bir ruhdadır. O
könülsüz vuruşur, səngəri tərk etmək istəyəndə isə ayaqlarından zəncirlənir,
yaxud öz cəbhədaşının gülləsinə tuş gəlir. Üstəlik cəsədi ayaq altında qalır.
Qondarma Dağlıq Qarabağ faşist
rejiminin gicbəsər ombudsmanı Artaq Beqlaryandan soruşmaq istəyirik: Ermənistanda
hərbi səfərbərlikdən yayınmaq üçün müxtəlif yollarla koronavirusa (COVID-19)
yoluxmanı təsdiq edən saxta arayış əldə edənlər sənin hüquq siyasətinə uyğun gəlirmi?!
Deyilənə görə koronavirusa həvəslə eşq elan edən dığaların sayı kütləvi hal almışdır.
Ay Artaq Beqlaryan, de görək,
bu qorxaq eşqbazlığın daşnaksayağı hüquqi kodeksini tərtib etməyi sənə Nikol
Paşinyan tapşırıq verib, ya yox?! Koronavirusa eşq elan edən dığalara dəstək
verənlər varmı?! İnsanlıq hüququnun müqəddəs
mahiyyətini qanmayan ay qondarma ombudsman, sum-sum deyincə, birdəfəlik sumaq
de, biz də nəyə güzəşt edəcəyimizi bilək. Amma daha güzəşt üçün üz yeri
qoymamısınız. Qərarımız qətidir: müdrik Ali Baş Komandanınız demişkən, mənfur
düşmən doğma ocaqlarımızdan it qovulan kimi qovulacaqdır!
Demək olar ki, bu döyüş
faktları 1-ci Dağlıq Qarabağ savaşında baş vermiş hadisələrlə bağlı olaraq eyni
cəhətlərə malikdir. 1993-94-cü illərdə həyata keçirdiyimiz uğurlu Kəlbəcər hərbi
əməliyyatlarında qarşımızda duruş gətirə bilməyən ermənilər ağır itkilərə məruz
qalmışdılar. On iki kəndimizi daşnak əsarətindən xilas etmişdik. Dağ yolları
erməni cəsədləri ilə dolu idi. Həqiqətən
hərbi texnika və avtomobillərimizi onların üzərindən sürə bilmirdik.
Çünki biz insanlığı uca tutan bir xalqıq. Düşmən əlində qalan şəhid cəsədlərimiz cürbəcür formada təhqir edilir və sonra yandırılıb külə döndərilirdi. Biz isə erməni vəhşiliyinə qarşı oxşar vəhşiliklə
cavab verməyi özümüzə rəva görmürdük. Dığa xainliyi daxilən bizdə güclü ikrah hissləri
doğursa da, əsas işlək dağ yollarını onların leşlərindən təmizləyə-təmizləyə irəli
gedirdik. İmkan daxilində cəsədləri mübadilə edirdik. İmkan olmadıqda isə xüsusi
qruplar yaradaraq hədsiz dərəcədə kəskin iy verən meyitləri torpağa
basdırırdıq.
Haqq sevən ürəyi və imanı
olmayan kəslərə ulu Tanrımız bir ad verir: yalançı... Hər hansı bir kimsənin
yalanı bizə hədsiz acıq vermir, çünki müəyyən qədər şəxsi mənafe daşıyır, çox bəla
törətmir. Erməni yalanı isə insanlıq əleyhinə yalandır, faşist qayəlidir. Bu
yalanın kökünü tam kəsməliyik!
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan
polkovnik-leytenant

Комментарии
Отправить комментарий