ERMƏNİSTAN ORDUSU HEÇ VAXT ÖZ HÜNƏRİ HESABINA AYAQ ÜSTÜNDƏ DURMAYIB

 

                                        


       Çox şərəfli tarixi günlər yaşayıyıq. Dağlıq Qarabağımızda rəşadətli ordumuz faşist əqidəli erməni işğalçılarına layiqli dərs keçir, doğma torpağımız hissə-hissə düşmən tapdağından azad edilir. İgid döyüşçülərimizin qələbə soraqlı savaş xəbərlərini eşitdikcə çox sevinir, həm də kövrəlirəm. Ötən döyüş xatirələrim yada düşür, yaşadığımız dərdli, çətinliklər dolu hərbi əməliyyatlarımız kinolenti kimi gözlərim qarşısında canlanır. İxtiyarsız olaraq ordumuzla təmasda olmağa can atıram. Bu məqsədlə dünən öz şəxsi təşəbbüsümüzlə bir dəstək qrupu yaradaraq “N” saylı hərbi hissəmizə getdik. Düşmənin təxribatlarından sonra Dağlıq Qarabağda başlayan döyüş əməliyyatlarında iştirak etmək üçün səfərbər olunan əsgərlərimizlə görüşdük. Kimlə kəlmə kəsirdiksə, yalnız qətiyyətli bir nəticə söyənirdi: ”Qələbə bizimdir. Qarabağ Azərbaycandır!” Doğrudan da, igidlik biləklə deyil, ürəklədir. Döyüşkən ürəklər bizi çox qürurlandırdı. Hərbi əməliyyatlara ehtiyat qüvvə kimi hazırlanmış hər bir əsgərimizin qəlbi ön xətdə öz sözünü demək, düşmənə tutarlı cavab vermək üçün çırpınırdı.

    




    Dəstək qrupumuz 4 nəfərdən ibarətdir. Qrupumuzun fəal üzvü –ordenli döyüşçü yoldaşım Filman Bədəlov bu gün vətən əsgəri sırasında olmadığına görə sakit dayana bilmir. Səfərbərliyə qatılmaq üçün ərizəsini çoxdan yazıb. Hər gün həsrətlə çağırış xəbərini gözləyir. Qrupumuza daxil olan digər keçmiş cəbhədaşım Məmmədəli Məmmədov da, Qarabağ və Əfqanıstan döyüşlərinin veteranı şərurlu igidimiz Samil Məmmədov da bizimlə birgə öz ürək sözlərini söyləyir, əsgərlərə dəyərli məsləhət və tövsiyələrini verirdi. Cəsur ruhda böyütdüyü Adil adlı oğlunu Qarabağımızın azadlığı uğrunda qaynar döyüşlərə böyük şövqlə yola salan yurdcanlı müğənnimiz Həyat xanım da bizə qoşulmuşdu. O, “Qələbə çox yaxında” başlıqlı mübariz ruhlu döyüş mahnısı ilə könüllərimizi oxşadı. Səmimi duyğularla bəyan etdi ki, onun ürəyi ordumuzun uğurlu döyüşlərindən dağa dönüb. Bütün varlığı ilə inanır ki, bu gün Ağdərə döyüş bölgəsində igid əməlləri ilə seçilən oğlu Adil Bayramovdan tezliklə düşmən üzərində qəti qələbə xəbərini alacaqdır.

       Mən əsgərlər qarşısında təntənəli şəkildə çıxış etdim. Çıxışımı ötən döyüşlərdən bir epizodu xatırlamaqla başladım. Yaxşı yadımdadır. Ağdam döyüş bölgəsində vuruşurduq. Atəşkəs elan edilən gün idi. Lakin biz döyüşü dayandırmaq istəmirdik. Günorta radələrində bir erməni əsgəri könüllü surətdə əsir düşdü. Məlum oldu ki, bizim çörəyimizlə ərsəyə gələn dığalardandır. Şamaxı ermənisi idi. Dərindən ah çəkə-çəkə Dağlıq Qarabağ savaşını ortaya salan öz qaniçən və səfeh liderlərinə söyür və etiraf edirdi ki, “Ermənistan ordusu son nəfəsini çəkməkdədir, döyüşü dayandırmayın. Nə gülləmiz, nə çörəyimiz, nə də yanacağımız var. Döyüş texnikalarımızın çoxu yanacaq olmadığına görə işləksiz qalıb, hamı ağlar gündədir. Biz nəinki Dağlıq Qarabağı, həm də süni dövlət kimi Ermənistanı istəmirik. Əsas istəyimiz odur ki, azad və dinc bir məkanda yaşayaq...”

       26 il əvvəl açıqlanan bu erməni əsgərinin etirafını ona görə yada saldım ki, Ermənistan ordusu heç vaxt öz hünəri hesabına ayaq üstündə durmayıb. Bizim tutarlı zərbələrimizin təsirindən indi yaxşı qanırlar ki, Dağlıq Qarabağ işğalı onların böyük səhvi və ölüm bəxş edən bir milli bəlasıdır. Ədalətli mövqeyimiz sayəsində zaman bizim xeyrimizə işləyir. Super güclərin əli çəkildikdən sonra dığaların dizi yaman qırılıb. Daha erməni erməniyə kənim kəsilir. Yiyəsiz qalan dünyamız bu həqiqətləri yaxşı bilir. Əfsus ki, 1-ci Qarabağ savaşında onlar bizim daxili çəkişmələrimizdən istifadə edərək öz işğal istəyini həyata keçirə bildilər. Bu gün isə  qüdrətli bir ordu qurmuşuq. Öz sözünü beynəlxalq aləmdə qorxusuz deyə bilən müstəqil dövlətimiz və müdrük Ali Baş Komandanımız var. Qarabağ zəfərinə mərdanə imza atırıq.

      Doğrudan da, özgə yerişi ilə yeriyən öz yerişini də itirər. Ermənistan Ordusunun ön atəş xəttində hücum yerişi o dərəcədə sındırılıb ki, geri qaçan qorxaq erməni əsgərləri döyüş postunda ayağından zəncirlənir. Bəzi dığalar isə öz silahdaşlarına atəş açaraq savaş meydanını təlaş içərisində tərk edir və məğlub olmağı könüllü qəbul edirlər. Hiyləgər erməni öz daxilində gizlətmək istədiyi qorxaqlıq və xainlik hisslərini yavaş-yavaş biruzə verirlər. Özgəyə güvənən dığa səngərdə tək qalıb, can verməkdədir. Xankəndidə olan rusiyalı jurnalistlərin çəkdikləri videogörüntülərdə erməni qaçışının sürətlənməsi aydın əks olunur. Şəhərdən qaçan ermənilər açıq şəkildə deyirlər ki, “biz Azərbaycan Ordusunun müasir silahlarından çox qorxuruq  və heç nəyə görə ölmək istəmirik. Azərbaycanlılar gəlir. Onlar qayıdıb burada yaşayacaqlar. İndi 92-ci il deyil".

    O dığaya deyən gərəkdir ki, 92-ci ildə də biz sizdən çox hünərli idik. Sadəcə olaraq biz öz gücümüzlə döyüşürdük, sizlər isə arxalı köpək kimi hürür, yalnız özgə güclər hesabına irəli  itələnirdiniz. Bəxtiniz onda gətirdi ki, daxili siyasi çəkişmələrimiz sizə işğal fürsəti verdi. Amma indi savaş meydanında tək qalmısınız və ona görə də qüdrətli Azərbaycan Ordusunun fasiləsiz zərbələri altında gəbərir və qan içində boğula-boğula dədə-baba yurdumuzu tərk edirsiniz... 

                                                                      

                                                                                   İbrahim MƏSİMOĞLU

                           müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”