ERMƏNİ ƏXLAQ KÖYNƏYİ CIRIQ-CIRIQDIR

 

       


     Sözün açığı, ötən çox pozuntulu atəşkəs rejimi bizi hədsiz bezikdirmişdi. Qan ağlayan dədə-baba yurdumuza sentyabrın 27-dən etibarən qüdrətli ordumuzun başladığı xilaskar yürüşü davam etdikcə düşmənin iç üzü bütün nöqtələrə qədər açılır. Həqiqətən savaş meydanında tək qalmaq erməni işi deyilmiş. Uzun-uzadı yalvarış da nəticə vermir. Yiyəsiz qalan haylar başına döyə-döyə qalıblar. Di gəl ki, ermənisayağı yalan susmur.

       Öz murdar məqsədilə min bir hiylə quraraq milli əxlaqını dünya xalqlarının ayaqları altına salan daşnakların gözünə düz də əyri görünür. Nəsildən-nəsilə ötürülən erməni əxlaq köynəyi yalançılıq siyasəti üzündən cırıq-cırıqdır. Ötən üç on ildə super güclərin hünərinə əldə etdiyi “sülh kartını” itirdiklərinə görə tükənməz güc toplayan Azərbaycan Ordusunun nə yerdə od saçan qüvvələrinin, nə də sərrast atəşli “səma qoşunlarımızın” yumruğu altında zəlil olublar. Erməni əsgərinin qanı su yerinə axır.

        Fərari mövcudluğu hər bir ordu üçün təbii bir haldır. Ona görə ki, savaşa gedən əsgərlərin içərisində müxtəlif psixoloji xüsusiyyətlərə malik gənclər olur. Biri səngər od-alovuna tez alışır, biri müəyyən qədər tərəddüdlü anlar keçirir, biri isə ölüm saçan güllələrdən özünü qoruya bilmədiyinə görə təlaş içərisində geri çəkilir. Geri çəkilənlərin də bir neçəsi o dərəcədə şiddətli stress halları keçirir ki, hətta yerində sərbəst dayana bilmir, müxtəlif bəhanələr uyduraraq cəbhə bölgəsini tərk edir və fərariliyi üstün tutur.

       Mən 1-ci Qarabağ savaşında fərariliklə bağlı konkret halları görmüşəm. Bu gün çox fəxredici hisslərlə yaşayıram ki, təkmil ordu qurmuşuq, bir nəfər də fərarimiz yoxdur. Hətta inam potensialım o qədər yüksəlib ki, bu barədə nəsə eşitsəm də yalnız qeyri-ixtiyari bir halda şübhə edərəm. Bir neçə gün əvvəl “N” saylı hərbi hissədə səfərbərlik edilən əsgərlərlə görüşən zaman mövcud mənəvi-psixoloji durumun yüksəkliyi məni çox valeh etdi. Hər yanda uğurlu hərbi əməliyyatlarımızın şadlıq təntətənəsi hökm sürürdü. Sırada dayanmış formaca çəlimsiz bir əsgər diqqətimi özünə cəlb etdi. O da nikbin baxışlarla mənə nəzər yetirirdi. Laqeyd qala bilmədim.  Zarafatyana bir sual verdim:

      - Əsgər, görürəm ki, sən silahını zorla saxlayırsan. Bu halda necə döyüşə girəcəksən?!

 Zarafatımı tez duyan əsgər məni cavabsız qoymadı:

      - Mənim belə bədən zəifliyimə baxmayın. Siz deyən qədər sısqa deyiləm. Ürəyim aslan ürəyidir. Dığaları bu silahımla qurdlara leş edəcəyəm, inşallah!

        Hikbin və qürurlu əsgərimizi qucaqlayıb öpdüm, uca bir səslə “eşq olsun, Azərbaycan əsgərinə” deyərək hamını sürəkli surətdə əl çalmağa səslədim... 

       Düşmən tərəfdə isə fərariliyin sayı hər gün artır. Ermənistan saytlarının verdiyi məlumatlara görə ön atəş xəttində döyüş postunu boş qoyub qaçanların sayı 4 mini keçib. Bu rəqəm erməni dilindən deyilibsə, demək, ikiqat azaldılıbdı. Fərariliyin səbəbini silah-sursatın yoxluğu, azuqə çatışmazlığ, yanacağın tamam yoxa çıxması və sair qıtlıq hallarının çoxalması ilə əlaqələndirən bəzi erməni xəbər potalları daha hünərli danışmağa söz tapmırlar. Əksər düşmən saytları isə yalnız dezinformasiya fəaliyyətinə güc verir, cəfəng fikirlər söyləyir, şər-böhtan atır, mənasız təhdidlər edir, yersiz lovğalanırlar.

        Məsələn,  oktyabrın 5-də “Aravot-ru.am” saytında Vaqram Poqosyan adlı bir erməninin yayımlanan teleqramında açıqlanır ki, guya Gəncə şəhərimiz düşmənin raket zərbələrindən sonra yaman gündədir, hətta arxeoloqlar gələcəkdə Gəncənin yerini tapa bilməyəcəklər. Mən bir gəncəli kimi bu səfeh dığa xəbərinin dərin iztehza doğuran saxtalığından xeyli gülmüşəm. Axı, uludan-ulu nəhəng Gəncəmiz bir-iki raketə əyilənmi şəhərdir?! Bu gün gəncəlilər böyükdən-kiçiyədək döyüş ruhunda nəfəs almaqdadır.

      “Aravot-ru.am” saytının bu masqaralı yalan xəbəri sübut edir ki, daha Ermənistanda sağ-əməlli düşünən bir adam qalmayıb. Erməni yalnız yalan becərir, yalan istehsal edir, yalan satır, yalan alır, yalan yeyir və ən nəhayət, yalan doğurlar. Milli əxlaq köynəyi çırıq-çırıq olan bir murdar millətdən nəsə mərifətli bir söz və ya fikir gözləməyə dəyərmi?!

       Müdrik Ali Baş Komandanımız İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında çox dəyərli müsahibəsindən sonra Ermənistanın başıboş rəhbəri Nikol Paşinyanın utanıb qızarmadan açıqladığı cəfəng və yalan dolu xəbərlərindən birini xatırlatmaq istəyirəm. Nikol məruz qaldığı real məğlubiyyəti öz xeyrinə yozmağa can atır. Deyir ki, guya Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənin təhdidi altındadırlar. Deyilənə görə, Türkiyə bu münaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır.

     Deyin görək bu fikirlər hansı reallığa sığar?! Necə olur ki, 10 milyonluq bir xalqın 2 milyonluq bir ölkəyə gücü çatmır? Söz yox ki, deyilən əsassız bu mühakimə yalnız qorxu hisslərini gizlədə bilməyən, ruhi cəhətdən naxoş bir ölkə başçısının iyrənc üslubda formalaşdırılmış mövqeyini canlandırır. Guya Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır. Nikol utanmadan söyləyir ki, onda belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında bəzi toqquşmalar baş verib. Guya bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını dayandırsınlar...

    Hədsiz məzəli mahiyyət daşıyan bir saxta faktdır. Həyatda çox görmüşük ki, bəzən yalanın kiçik bir doğru çaları da ola bilər. Azərbaycan Ordusunun xilaskar yürüşünün təsirindən başını itirmiş Nikol Paşinyanın sözlərində isə bir nöqtəlik də doğru çalar sezilmir. Gerçək bir haldır ki, cırılan milli əxlaq köynəyi onu daha iyrənc bir hala salmışdır...

                                                                                  İbrahim MƏSİMOĞLU

                           müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”