ERMƏNİ DAHA ÇOX ÖZÜNƏ DÜŞMƏNDİR
Ünsiyyət bağlamaq, yaxınlıq etmək üçün adətən ilk görüşdə tanış olduğun adamın
ağlını sınağa çəkmək istəyirsən. Ona təbii surətdə qeyri-mümkün bir əməl barədə söhbət açaraq bu barədə rəyini soruşursan. Deyilənə inanmadısa, demək,
ağıldan zəifliyi yoxdur. Əgər yoxluğu varlıq kimi qəbul etdisə, onu yalnız
nadan hesab etməlisən və belə bir kəslə
ülfət bağlamağa dəyməz. Bu fikri milli kontekstdə də nicbətən
yoxlamaq münasib sayıla bilər. Lakin
birmənalı şəkildə onu demək olar ki, erməni deyilən bir zatıqırıq toplumda o
sayaq sınağa qəti ehtiyac yoxdur. Çünki onların geni viruslu bir gendir. O gendən
təkcə nadanlıq, qanmazlıq, qabalıq yox, hər cür anti-bəşər xüsusiyyətlər törənir.
Ən pis cəhətlərindən biri odur ki,
erməni daha çox özünə düşməndir.
Şərəfli
tarix yazan ordumuzun müzəffər yürüşü vurğuladığımız bu fikrin qlobal bir səviyyədə
açıq-aşkar səsləndirilməsinə obyektiv imkanlar verir. Mənfur düşmən savaş
meydanında qarışqa kimi qırılır, lakin Ermənistanın zalım hərbi-siyasi rəhbərliyi
bu ağır durumu heç vecinə də almır. Real məğlubiyyəti inkar edərək əsassız səbəblərlə
öz əsgərlərini qırğına verir. Səngərdə qalmaq istəməyən erməni döyüşçüləri isə
zorla zəncirlənir və ölümə məhkum edilir. Ordumuz misilsiz hünəri hesabına
xeyli hərbi qənimət əldə edir, düşmənin çox nəhəng hərbi texnikalarını, silah
sistemlərini, silah-sursat anbarlarını dağıdır, yararsız hala salır. Bizə
layiqli cavab verə bilməyən düşmən vandallıq edərək mülki obyektlərimizə atəş
açır, dinc insanlarımızı gecə vaxtı qətl edir. Bu vəhşi əməllərin əvəzini biz
yalnız səngərdə verir, legitim hərbi obyektlərdə çıxırıq.
Üstəlik
müdrik və məğrur Ali Baş
Komandanımız İlham Əlyev müntəzəm
surətdə beynəlxalq müstəvidə müsahibələr verərək
xalqımızın humanist mövqeyini bəyan edir, düşmənə ağıl
dərsi keçir və tam əminliklə söyləyir ki, erməni əsgəri ölmək istəmirsə, dədə-baba
yurdumuzu təcili tərk etsin. Di gəl ki, düyanı
bürüyən haqq səsimizi, humanist harayımızı eşitmək istəmirlər. Doğrudan da,
vandal haylara insan dərsi keçmək daş divara mismar çalmaq kimi bir şeydir.
Reallıq
onu sübut edir ki, düşməni biz yox, özü fəlakətə sürükləyir. Bu barədə xarici KİV-lər çox maraqlı məlumatlar yayır, bizim ədalətli
mövqeyimizi müdafiə edirlər. Erməni diasporu ilə bağlı açıqlanan fikirlər
xüsusi diqqət çəkir. Məsələn, Rusiyanın “Gradator.ru” saytının 20 oktyabr 2020-ci il
tarixində yayımladığı “Ermənilərin əsas düşməni onların öz diasporudur” sərlövhəli
məqalədə erməni xalqının özünə qənim kəsilməsi siyasi bir biçimdə
aydınlaşdırılır: "Qarabağ münaqişəsi dünya erməni diasporunun və Qərb
xüsusi xidmət orqanlarının məhsuludur. Erməni diasporunun sıx yaşadığı bir sıra
ölkələrin transmilli kapitalistləri və xüsusi xidmət orqanları tərəfindən müxtəlif
millətçi təşkilatlarda toplanmış varlı ermənilər dəstəklənir və istifadə
olunur. Erməni diasporu dünya elitasının kölgə kapitallarının yuyulması
mexanizmlərini və kanallarını yaradaraq bürokratiyanı və siyasətçiləri öz maliyyə
dotasiyalarına cəlb edir, bir sıra terror təşkilatlarını qurur, bütün dünyada
nüfuzlu KİV-ləri alaraq onlara nəzarət edir. Dünya erməni diasporunun yaratdığı
fondlara, hayların cəmləşdiyi müxtəlif icmalara külli miqdarda pul yığılır. Bu
vəsaitin böyük bir hissəsi Qafqazda müharibə ocaqlarının söndürülməməsinə, Rusiya, Türkiyə, İran sərhədlərində
toqquşmaların, zəiflik və parçalanma hallarının törədilməsinə sərf edilir.”
Məqalədə Azərbaycan dövlətinin humanist və haqlı siyasəti ortaya
qoyulur. Qeyd edilir ki, ölkəmiz təkcə özünü düşünmür, yerləşdiyi regionun əsas qüvvəsi kimi paxıllıq etmədən, eqoist meyillərə uymadan regional tərəfdaşları
üçün iri iqtisadi əməkdaşlıq layihələri yaradır. Erməni isə tarixi xainliyindən əl çəkmir. Müxtəlif gizli priyom və taktiki gedişlərlə Azərbaycana kənardan
təsir göstərmək cəhdləri edilir. Lakin zəngin resurs potensialına malik olan Azərbaycan daha möhkəm və yenilməz bir platforma yaratmaqdadır. Qlobal
təsir mərkəzləri xarici erməni diasporunun təhriki ilə bizim artan iqtisadi əməkdaşlığımıza
hərtərəfli mane olmağa çalışsalar da, haqq səsimiz daim ucalır. Bu xəyanətlərə
baxmayaraq davamlı regional inteqrasiyanın əsas maneə qüvvəsi olaraq erməni
etnopolit şəbəkəsi artıq diz çökməkdədir. Xüsusi vurğulanır ki, bu şəbəkə
faşizm, terrorizm və separatizmin qarışığıdır.
Məqalədə
əsaslı faktlar üzərində yığcam təhlil aparılır: “Erməni diasporu indi Qarabağda
müharibənin maliyyələşdirilməsini davam etdirir və Cənubi Qafqazda kiçik dövlət
kimi Ermənistanın millətçi əhval-ruhiyyəsini qızışdırır. Dünya erməni diasporu
Qarabağda müharibənin başa çatmasına mane olur, bölgəni düşmənçilik və nifrətlə
qidalandırır, hətta öz xalqını girov saxlayır, onunla müxtəlif eksperimentlər həyata
keçirir. Qafqazda gedən bu müharibə, söz yox ki, transmilli “dərisoyanların” və
onların erməni operatorlarının sifarişidir. “Yem axtaran” ermənilər
Los-Anceles, Monako, Marsel, Qahirə, Moskva və Krasnodarda oturaraq İrəvanın idarəetmə
pultunu əllərində saxlayırlar. Onların bilavasitə rəhbərliyi altında Ermənistan
dövləti regionda iqtisadi inkişafa və siyasi həmrəyliyə mane olan faşist niyyətli
bir vəhşi simaya çevrilmişdir. Son illər dörd aparıcı regional dövlət - Rusiya,
Türkiyə, Azərbaycan və İran güclü iqtisadi əlaqələr, layihələr, infrastruktur
sistemi qurublar və indi də bu istiqamətdə işlər dayanmır. Regionun inkişafına
yeganə maneə sayılan Ermənistan münaqişənin mənbəyi kimi çıxış edir. Ermənistanın
işğal etdiyi Azərbaycan əraziləri geri alındıqdan sonra erməni vandalizminin nəticələri
aradan qaldırılmalı və regionun iqtisadi inkişafı üçün istifadə olunmalıdır. Azərbaycan
bu əraziləri yenidən quracaq, dağıdılmış şəhərlər bərpa ediləcək və orada müxtəlif
xalqların nümayəndələri, o cümlədən ermənilər yaşayacaqlar.”
Göründüyü kimi, sözügedən yazıda irəli
sürülən mühakimələr bizim deyil və bizim təhrikimizlə səsləndirilmir. Hər şey
multikultural siyasətimizin ləkə götürməyən dəst-xəttinə bir nişanədir. Biz
insan öldürən yox, insanlığa təmənnasız dayaq verənik. Biz necə gəldi baş kəsmirik,
düşmən əsirlərinə zülm vermirik, hətta döyüşdə düşmənə arxadan güllə atmırıq.
Savaş meydanında ayaq altında qalan erməni meyitlərini müharibə qanunlarına əsasən
özlərinə vermək istəyirik, lakin düşmən öz döyüşçü leşinə də yiyə durmur. Güclü
olsaq da, sülh təklif edirik, amma qan ağlayan xalqını vecinə almayan Ermənistanın
hərbi-siyasi rəhbərliyi humanist mövqeyimizə qara yaxmağa can atır. ATƏT-in
Minsk Qrupunun həmsədrləri kimi Rusiya, ABŞ, Fransa ölkələrini əhatə edən erməni lobbisi tərəfindən
mülki təyinatlı təyyarələrlə Ermənistana yeni silah və sursat daşınır, su kimi
axan daşnak qanı onları heç cür məyus etmir.
Əsas baş şəhər kimi İrəvan həqiqi savaş
informasiyalarından tam bixəbərdir. Hərbi əməliyyatlarda ölən erməni hərbçilərinin
sayı təxminən 7 minə çatıb. Amma bunu etiraf edən yoxdur. Sosial şəbəkə məlumatlarından
yəqin edirik ki, düşmənin heç bir bölgəsində Azərbaycan Prezidenti İlham
Əliyevin işğal olunmuş ərazilərdən çıxmaq və qan tökülməsinin qarşısını almaq
çağırışları eşidilmir. Əksinə ağlasığmaz siyasi məzhəkə qurur, min cür yalan
uydururlar. Görün bu səfeh və qaniçən erməni başçıları arasında Dağlıq Qarabağ
məğlubiyyətindən ürəyi soğan kimi soyulan bir nəfər varmı?!
Məqalənin axırında belə bir yekun fikir
söylənilir: “Bu münaqişə indi söndürülməlidir ki, gələcək nəsillərə ötürülməsin.
Azərbaycan bu qanlı münaqişəyə son qoya bilər. Bu, artıq baş verir. Nəticə
etibarilə bu regionda yaşayan ermənilər də bunu başa düşməlidirlər. Ola bilsin
ki, İrəvan işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin
çıxarılması və müharibənin başa çatdırılması ilə bağlı Azərbaycanın təkliflərinə
razılıq versin. Ancaq dünya erməni diasporu bu prosesi əngəlləyir. Ermənilərin
düşməni Azərbaycan və Türkiyə deyil, bu xalqlar bir yerdə yaşaya bilərlər və
tarixi təcrübə də bunu sübut edir. Ermənilərin əsas düşməni onların öz
diasporudur".
Doğrudan da, xarici erməni diasporu öz
xalqına canı yanan diaspor deyil. Erməni faşizmi aşkar vəhşilikdir. Öz
qanlarını içməkdən doymurlar. Onların işğal inadkeşliyi bumeranq rolu
oynamaqdadır. Bizim hünər dərsimiz, bəlkə, hayları birdəfəlik susdurdu. Amma
yenə qana bilmirlər ki, öz xalqına geyindirmək istədiyi şir dərisi yalnız əks-reaksiya
verir, ifrat allergiya törədir. Ermənidə mərd insanlıq cildi axtarmağa dəyməz. Tarixən
diz yalayan hayların vücuduna cəmi-cümlətanı uyğun gələn bir dəri var: o da
tülkü dərisidir!
İbrahim
MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий