KORONAVİRUSA EŞQ ELAN EDƏN DIĞALARA DƏSTƏK VERƏNLƏR VARMI?!
Əvvəllər erməni yalanı eşidəndə çox acıqlanırdım. Haylar nəslinin ötən yeddi qatını söyüb neçə-neçə söyüşdən keçirirdim. İndi isə tamam rahatlıq qazanmışam. Bu mənəvi dincliyimin əsaslı səbəbləri var. Daha dünyanın ictimai fikir müstəvisində daşnak fırıldaqçılığının, saxta erməniçiliyin, habelə qansız, imansız erməni terrorunun hər üzünü görən insanların sayı hesaba gəlmir. Yeni milli qəhrəmanlıq tariximizi yaza-yaza şanlı ordumuzun 2-ci Dağlıq Qarabağ savaşı gedişində bir-birini inkar edən murdar erməni yalanı eşitməkdən bezar olmuşuq. Bəzən onların uydurmalarına heç qulaq asmaq istəmirik, bəzən də uzun-uzadı gülməkdən doymuruq. Bir neçə gündür ki, qondarma Dağlıq Qarabağ faşist rejiminin sarsaq ombudsmanı Artaq Beqlaryan yamanca çərənləməkdədir. Onun gicbəsər çıxışlarını erməni saytlarında oxuduqca yalnız gülürəm. Elə süni faktlar qondarır ki, onun əsassız hüquqi iddia və mühakimələrində azacıq da olsa həqiqət i...