ERMƏNİLƏRİN GEYLİK SEVDASI
Get-gedə erməni yalanının ömrü gödəlir. Necə deyərlər,
daha erməni bəxti onun eybəcər üzünə gülmək istəmir. Əvvəllər belə deyildi. Daşnak
ulduzu heç dəryada batmazdı. Saxta sənədlər düzəltməklə yazılan, yaxud geniş
miqyasda ermənipərəstlərin dilində yayılan yalan məlumatlar, tarixi uydurma faktları
aradabir özgələr tərəfindən inkar edilir və təhrif olunan tarix səhifələrinə
aydınlıq gətirmək məqsədilə bəzi ədalətli dünya tarixçiləri tərəfindən erməni
hiyləsinin mahiyyəti açılırdı. Dağlıq Qarabağ problemi erməni xalqını öz içində
iki cəbhəyə böldükdən sonra daha öz yalanlarını özləri ifşa edirlər. Ermənistan
erməniləri Dağlıq Qarabağ ermənilərini açıq-açığına pisləyir, daim hakimiyyət
davası aparır və müxtəlif yollardan istifadə etməklə onlara qarşı sui-qəsd
qururlar. Çox şükürlər olsun ki, insanlığa bəla gətirən ermənilər indi də özlərinə
qənim kəsiliblər. Bu mübarizə fonunda erməni yalanı istər-istəməz halda tez üzə
çıxır.
Şişirtmə taktikası ilə virtual aləmə soxulan
“Ermənistan iqtisadiyyatı” saytının 29 may 2020-ci il tarixli məlumatlarından
birində açıqlanır ki, son 2 il ərzində Ermənistan Ordusunun mühəndis
qoşunlarının büdcəsi səkkiz dəfə artırılıb. Bunun nəticəsində müasir texniki
vasitələr alınmaqla yanaşı ön cəbhədə yeni tipli bunkerlər qurulub, həmçinin ön
xətdə içməli su ilə bağlı problemlərə son qoyulub. Bu barədə məlumat verən Mühəndis
Qoşunları İdarəsinin rəisi İşxan Matevosyan kəskin tənqid edilir. Çünki erməni
ordusunda rüşvətxorluq və talançılıq meyillərinin çox olması hamıya aşkar bir məsələdir.
Verilən rəylərdən belə nəticə çıxır
ki, Ermənistan Ordusunun mühəndis qoşunlarında heç nə dəyişilməyib. Deyilən
faktlar sabun köpüyündən başqa bir şey deyil. Bircə o faktı təsdiqləyirlər ki,
bəzi ön xətt mövqelərində içməli su problemi aradan qaldırılıb. Qarik
Markaryanın kəskin şəkildə yazdığı tənqidi qeydlər daha çox siyasi məna
daşıyır: “Təzə heç nə yoxdur. “Soros” fondunun gey nümayəndələri Ermənistanın
dağılması və Artsaxın (qondarma Dağlıq Qarabağ Respublikasının) təhvil verilməsini
istəyirlər. Baş nazir Nikol Paşinyan restoranda xaş yeyir və həyat yoldaşının
idarə etdiyi "Mənim addımım"
fondu vasitəsilə pul qazanır. Robertserj qızıl dövrünü yaxşı xatırlayıram:
kazinolarda oyunlar, pulların yuyulması, cinayət, rüşvətsevərlik. Biz yaxşıları
qiymətləndirə bilmirik və çox zəif olmuşuq.”
Spartak Yegiazaryan adlı digər bir dığa
öz siyasi baxışını bəyan edir: “Di yaxşı, nə qədər mümkündürsə, təcili olaraq
Robertserj hakimiyyətini bərpa etmək lazımdır! Yoxsa Nikolun və “Soros”un cinsi
azlıq nümayəndələri ölkəni diz çökdürəcəklər.”
Ermənilərin geylik sevdası barədə söz-söhbət
səbəbsiz deyil. Gey məsələsi ermənilər arasında sosial şəbəkənin söz bəhsləşmələrində
yaman qabardılır. Keçən il aprelin 6-da “İnsan haqlarının milli gündəliyi –
BMT-nin monitorinqi” mövzusunda ictimai dinləmələr zamanı Ermənistan
parlamentinin kürsüsündə ilk dəfə olaraq transgender qadın, başqa sözlə desək,
arvadlaşan kişi Lilit Martirosyanın çıxışı sübut edir ki, sözügedən məsələ dərinləşməkdədir. Hətta Ermənistan
prezidenti Armen Sarkisyanın ən kiçik gey oğlu Ayk Sarkisyanın nikah sənədini
ortaya çıxarıblar. “Feysbuk” sosial şəbəkə səhifələrində unikal erməni
kişisinin geysevər qayınatalığını təbliğ edən yazılarda ucalan erməni
biseksuallığının təntənəsinin hətta Böyük Britaniya şahzadəsi tərəfindən
alqışlanması da vurğulanır. Açıq şəkildə söyləyirlər ki, geylər Ermənistanı didikləyib
axırına çıxacaqlar. Deyilənlərə görə, yüz minlərlə kubalı cinsi azlıq nümayəndələri
Ermənistana gəmilərdə gətirilir və hər bir ailə daxilində məcburi şəkildə məskunlaşdırılır.
Söz sözü çəkər. Erməni şərhçi Qalust Qriqoryanın verdiyi proqnoz yada
düşür: “Ermənistanda geylərin sayı getdikcə daha da çoxalacaq… Ermənistan
ordusunda atmosfer nə qədər pisləşəcəksə, iqtisadiyyatda vəziyyət nə qədər ağırlaşacaqsa,
bir o qədər geylərin sayı sürətlə artacaq.” Gülünc doğuran bir fakt da ondan
ibarətdir ki, erməni gənclər ordudan yayınmağın çıxış yolunu gey olmaqda görürlər.
İyrənc
daşnak düşüncəsi ilə fərqlənmək istəyən Mais Qriqoryan isə öz fikrini guya
gizli olsun deyə erməni əlifbasında yazıb. O belə bir qənaətə gəlir ki, deyilən
informasiyalarla yalnız kasıb erməniləri inandıra biləcəklər, əvvəl güzəranımız
pis idi, indi lap bərbad olacaq.
Belə bir fikir yaranır ki, halal dədə-baba
yurdumuz olan Dağlıq Qarabağda süni məskunlaşdırma aparmaqdan çəkinməyən işğalçı
ermənilərin geylik sevdası hərtərəfli çiçəklənir. Bu gedişlə gey
dığaların ayaqları altında əzab çəkən torpağımızdan, biseksual kir-pasağı ilə çirklənən
suyumuzdan deyil, həm də əsassız dəyişdirilən coğrafi adlardan da arvadlaşan
dığaların nəfəsi duyulacaq. Faşist erməni işğalçıları üzərində tam və qəti qələbə
çaldıqdan sonra Dağlıq Qarabağ bütöv bir halda təmiz ələkdən keçirilməlidir. Demək,
bizim qarşımızda çox böyük problemlərin həlli dayanır.
İbrahim MƏSİMOĞLU
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий