AZƏRBAYCAN ZABİTİ


                  




Ulu   babam  Babəkin   ocağından  od  alır,
Şanlı  soy-kökümüzü  iftixarla   yaşadır,
Bizə   kəm   baxanların   gözlərinə     salır,
Ölkəmin    inam   dağı – Azərbaycan   zabiti!

O,   topçu  Şıxlinskinin  dirilən   bir  arzusu,
Xalqın  elit   övladı,  tükənməz  bir  ruzusu,
Əhdində  möhkəm   olan  əbədi  bir  namusu,
Ölkəmin    inam   dağı – Azərbaycan   zabiti!                

Möhtaca   yer  qoymadı,  gücləndi  qəlb  təpərim,
Tarixi   uğurlardan   çoxaldı  al  səhərim,
O,   ərsəyə   gələndən   söküldü  qəm-kədərim,
 Ölkəmin    inam   dağı – Azərbaycan   zabiti!

Siz  Heydər   liseyində  dünyaya   göz   açdınız,
Öndərin   zəkasında   günəş   kimi  saçdınız,
Qarabağ   savaşında  düşmənə  od   yaxdınız,
Ölkəmin    inam   dağı – Azərbaycan   zabiti!

Niyyəti  qəhrəmanlıq,   dəyişməz  heç   ünvanı,
Onunla   ayaq   açdı  uzun   zəfər   karvanı,
Hünəriylə   bəzəyir   anam   Azərbaycanı, 
Ölkəmin    inam   dağı Azərbaycan   zabiti!

Güclü   zabit   dayağı   ölməz   qüdrət   deməkdir,
Sadiq   ordu  varlığı  enməz   dövlət   deməkdir,
Zəngin  hərbi   ehtiyat   sönməz  taqət   deməkdir
Ölkəmin    inam   dağı – Azərbaycan   zabiti!



                       İbrahim   MƏSİMOĞLU




Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”